Bolluq və zənginlik verilməsi

Bütün kainat, içindəki canlı və cansız varlıqların hamısı ilə birlikdə Allaha aiddir

Bütün kainat, içindəki canlı və cansız varlıqların hamısı ilə birlikdə Allaha aiddir. Və Allah sahib olduqlarından dilədiyi insanların əmrinə verir. İnsanları ruziləndirən, zənginləşdirən, bol-bol məhsullar verən, nemətləndirən Allahdır. Allah ayələrində bildirdiyi kimi, istədiyi insana ruzisini artırar, istədiyinə isə ruzisini azaldar və bunların hamısını xeyir və hikmətlə edər. Ruzisi bollaşan da, azalan da bunlarla sınanmaqdadır. Allahın verdiyi nemətlərlə azıb harınlamayan, hamısı üçün Allaha şükür edənlər, əllərindəki nemətlər alındığında isə, Allaha təvəkkül edərək, səbir göstərənlər Allahın məmnun olduğu bəndələrdir. Quranda bildirilən Hz. Süleymanın sözləri, Allahın nemətlərinin insanlar üçün bir sınaq olduğunu açıqlamaqdadır:

Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!” (Nəml surəsi, 40)

Hz. Süleymanın Quranda xəbər verilən, “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm” şəklindəki sözləri, nemətlərin insanlara veriliş səbəblərindən birini açıqlamaqdadır.

Allah Quranda dünya həyatının bəzəyi olaraq təyin etdiyi malları, uşaqları, həyat yoldaşını, qohumları, vəzifəni, etibarı, zəkanı, gözəlliyi, sağlamlığı, qazanc gətirən ticarəti, uğuru, qısaca hər cür neməti insanı sınamaq üçün verir.