Milçək havada uçarkən son dərəcə çevikdir. Edilən kiçik bir hərəkətə sürətlə reaksiya verərək dərhal istiqamətini dəyişib, əks yönə uça bilir. Otaqda qonmaq üçün döşəmə, divar və ya tavan arasında asanlıqla seçim edir. Milçəyin bu cür çevik hərəkət etməsində mükəmməl görmə qabiliyyətinə sahib olması əsas rol oynayır. Milçəyə yaxından baxdıqda bu çevikliyin səbəbi dərhal başa düşülür. “Fasetli göz” adlandırılan milçək gözü çox sayda linzadan təşkil olunmuşdur və canlının geniş bucaqda görməsini təmin edir.
Milçəyin fasetli gözü hər biri optik linzaya sahib bir çox optik vahidlərdən ibarətdir və bir şəklin çox sayda görüntüsünü meydana gətirir. Hər bir vahiddən çıxan sinir dövrələri görüntülərdən ortaq bir görüntü qəbul edir və beləliklə, parazitli arxa plandan daha təmiz tək şəkil əldə edilir. Milçəklərin gözü işıq titrəyişlərini saniyədə 330 dəfəyə qədər qəbul edir. Bu baxımdan insan gözündən 6 dəfə həssasdır. Eyni zamanda, işıq spektrindəki bizim görə bilmədiyimiz ultrabənövşəyi şüaları da qəbul edə bilir. Bu sistem milçəyin, xüsusilə, alatoranlıqda düşmənlərindən daha asan qaçmağını təmin edir.
Milçəyin fasetli gözü canlının həyatı üçün son dərəcə mühüm funksiya daşıyan görmə duyğusunun fəaliyyətində rol oynayan, vacib orqandır. Bu orqana baxdığımız zaman işığı sındıran linzaların geniş bir sahənin görüntüsünü alan və bir mərkəzdə görüntüləyən, çökük səth meydana gətirdiyini görürük. Bu səthdə optik vahidlərin ətrafı altıbucaqlılardan təşkil olunmuşdur. Altıbucaqlı quruluş sayəsində gözlər doğru şəkildə uc-uca yerləşir. Beləliklə, fərqli geometrik formalardan istifadə edildiyi təqdirdə yaranacaq lazımsız boşluqlar ortaya çıxmır; sahə ən effektiv şəkildə istifadə edilir. Çoxlu sayda linzadan gələn şüaların qarışıq görüntü əmələ gətirməsi gözlənilsə də, bu baş vermir, milçək geniş bucaqda tək görüntü görür.
Milçək gözündə mükəmməl dizayn var. İnsanların, xüsusilə, bir neçə əsrdir istifadə etdiyi bu mühəndislik prinsipi milçəklər tərəfindən təqribən 390 milyon ildir istifadə olunur. Təbiətin tarixinə daha geniş nəzər saldığımız zaman isə fasetli göz quruluşunun (Kembri dövründə, trilobitlərdə) təxminən 530 milyon illik tarixinin olduğunu görürük.
Milçəklər var olduqları gündən etibarən bu göz quruluşuna sahibdirlər.
Milçəyin göz quruluşunu Kim yaradıb?
Burada belə bir sual ortaya çıxır: Alimlər cihaz hazırlayarkən milçəyin göz quruluşunu təqlid edirlər. Müasir texnologiyada milçəyin göz quruluşundan ilham alınması gözdəki dizaynın mükəmməlliyini açıq şəkildə göstərir. Milçək gözündəki hər hissəciyin konkret bir məqsəd üçün yaradıldığını görürük. Bəs milçək bu göz quruluşuna necə sahib olmuşdur? Bütün hissəcikləri bu cür nizamlayan kimdir?
Milçək gözündəki nizam bu quruluşun canlıya sonsuz ağıl sahibi bir varlıq tərəfindən verildiyini göstərir. Şübhəsiz ki, milçəyi sahib olduğu mükəmməl görmə sistemi ilə birlikdə yaradan Aləmlərin Rəbbi Uca Allahdır. Milçəkdəki bu qüsursuz yaradılış Allahın sonsuz qüdrətinin göstəricisidir. Allah bir Quran ayəsində belə bildirir:
“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin! Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də.” (Həcc surəsi, 73)

