Bitki görünüşlü xəyalət balıqları

Xəyalət boru balığı adlandırılan dənizaltı canlıları fövqəladə kamuflyaj qabiliyyətləri sayəsində olduqları yerdə, demək olar ki, heç sezilmirlər. Göründüyü kimi, xəyalət boru balığının bu növü şəklin altındakı bitkiyə həm forma, həm də rəng etibarilə çox bənzəyir. Bu canlılar düşmənlərindən xilas olmaq üçün krinoidlər (zanbaq formalı dəniz heyvanları), yumşaq mərcanlar və dəniz otları kimi bir çox fərqli orqanizmin arasına qarışaraq, sanki onların bir hissəsinə çevrilirlər.