“Bütləşdirmək”, xalq arasında yalnız bəzi heykəllərə ibadət etmək mənası ilə bilinir. Halbuki, bu anlayışın çox daha geniş mənası var və yalnız keçmiş dövrlərə də aid deyil.
Hər dövrdə Allaha şirk qoşan və başqa ilahlar qəbul edən, bütlərə sitayiş edən cahil insanlar olmuşdur. Bir şeyi bütləşdirmək mütləq həmin şey üçün “bu bir ilahdır, mən buna sitayiş edirəm” deməsi və ya o varlığın qarşısında səcdə etməsi lazım deyil.
Bütləşdirmənin təməlində insanın, bir şeyi və ya bir kimsəni Allahdan üstün görməsi durur. Buna nümunə olaraq da, bir kimsənin razılığını Allahın məmnuniyyətindən üstün tutmağı, bir kimsədən Allahdan qorxan kimi qorxmağı, ya da onu Allahı sevərcəsinə sevməyi verə bilərik.
Quranda Allah, insanların Allaha şərik qoşduqları bütlərin onlara bir fayda təmin edə bilməyəcəkləri bildirir.
“Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız.” (Ənkəbut surəsi, 17)
