“Bütləşdirmək” xalq arasında yalnız bəzi heykəllərə ibadət etmək olaraq bilinir. Halbuki, bu anlayışın çox daha geniş bir mənası vardır və yalnız keçmiş dövrlərə aid deyil. Hər dövrdə Allaha şirk qoşan və başqa ilahlar qəbul edən, bütlərə tapınan cahil insanlar olmuşdur. Bir şeyi büt kimi qəbul edən insanın mütləq bütləşdirdiyi şey üçün “bu bir ilahdır, mən buna ibadət edirəm” deməsi və ya o varlığın qarşısında səcdə etməsi şərt deyil.
Bütləşdirməyin təməlində insanın bir şeyi və ya kimisə Allahdan üstün tutma səhvinə düşməsi durar. Buna nümunə olaraq, kiminsə məmnuniyyətini Allahın məmnuniyyətindən üstün tutmasını, kimdənsə Allahdan qorxduğu kimi qorxmasını və ya kimisə Allahı sevdiyi kimi sevməsini göstərə bilərik.
Quranda Allah insanların Ona şərik qoşduqları bütlərin onlara heç bir fayda verə bilməyəcəyini belə bildirir
Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)

