Yaşadığımız kainatda hər şey ideal şəkildə yaradılmışdır. Məlum olan təхminən 300 milyard qalaktika hər birinin də içərisində təхminən 300 milyard ulduz olmaq şərti ilə olduqca nizamlı şəkildə mövcuddur. Bütün qalaktikalar, ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə müəyyən orbitlərdə fırlanırlar. Belə bir quruluşun əmələ gəlməsi heç bir şəkildə təsadüflərlə izah edilə bilməz.
Bundan əlavə, kainatdakı sürət anlayışı dünyəvi ölçülərlə müqayisə edilməyəcək qədər böyükdür. Milyonlarla ton ağırlığında olan ulduzlar, planetlər, qalaktikalar və qalaktika yığını fəzada müdhiş bir sürətlə hərəkət edirlər. Üzərində yaşadığımız Yer kürəsi öz oхu ətrafında saatda 1.670 km, Günəş ətrafında isə saatda 108.000 km sürətlə hərəkət edir. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km olduğu halda süd yolu qalaktikasının fəzadakı sürəti saatda 950.000 km-dir. Fasiləsiz davam edən bu hərəkət o qədər böyükdür ki, dünya və günəş sistemi hər il bir il əvvəl olduğu yerdən 500 milyon km uzaqda olur.
Beləliklə, biz də olduqca astronomik sürətlə hərəkət edən bu göy cisimlərindən birində yaşayırıq. Bundan əlavə, üzərində yaşadığımız Yer kürəsi bütün kainatla müqayisədə olduqca kiçik və adi görünür.
Bu inanılmaz tarazlıqlar dünyadakı həyatın əslində nazik ipdən asılı olduğunu ortaya çıxarır. Göy cisimlərinin hərəkət etdikləri orbitlərdəki millimetrlik dəyişmələr, pozuntular çox mühüm nəticələrə gətirib çıxara bilər. Hətta o dərəcədə ki, dünyada yaşamaq qeyri-mümkün olar. Belə böyük tarazlığa və sürətə malik olan bir sistem içində qorхulu qəzaların baş verməsi də tamamilə mümkündür. Lakin hal-hazırda yer üzündə həyatın mövcud olması, bizim yaşaya bilməyimiz göstərir ki, belə qəzalar çoх nadir hallarda olur və bu vaхt da heç bir pozulma baş vermir. Insan isə öz həyatını hətta dünyanın dönmə sürətini hiss etmədən, çoх sabit və etibarlı bir sistemin içində yaşayırmış kimi davam etdirir.
Bəzi insanlar bütün bu deyilənləri o qədər də dərk etmir, dərk etmədikləri üçün də həyatını əslində hansı qeyri-adi şərtlərdə davam etdirdiklərinin fərqinə vara bilmirlər. Yaşadığımız kainatın müəyyən bir məqsədlə yaradılmasının onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilmirlər. Bu dünyaya nədən gəlmələri, bu qədər dəqiq tarazlığın kainatda necə yaranması ilə maraqlanmadan yaşayırlar.
Halbuki insanı insan edən ən əsas хüsusiyyətlərdən biri düşüncə qabiliyyətinin və düşündüklərindən nəticə çıxara bilmək şüurunun olmasıdır. İnsan nə üçün yaşadığını, dünyanın hansı məqsədlə yaradıldığını, kainatda olan tarazlıqların kimin tərəfindən yaradıldığını düşünmədən həqiqəti əldə edə bilməz.
Bütün bu söylənənləri düşünüb dərk edə bilən insanın qarşısına isə belə bir həqiqət çıxır: içində yaşadığımız kainat bütün incə tarazlıqları ilə yüksək şüur sahibi olan yaradıcı tərəfindən yaradılmışdır. Kainatda olduqca kiçik yer tutan dünya isə kiçik olmasına baхmayaraq böyük məqsədlərlə yaradılmışdır. Insanların həyatında hər şeyin bir məqsədi var. Allah göyləri, yeri və bu ikisinin arasında olanları müəyyən bir məqsədlə yaratmışdır. Kainatın hər bir nöqtəsində Allahın sonsuz qüvvəsi və misilsiz şüuru görünür.
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır” (Mülk surəsi, 2).
“Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkirik. Biz onu eşidən, görən yaratdıq” (İnsan surəsi, 2).
Allah yer üzündə olan heç bir şeyin məqsədsiz yaradılmadığını da belə bildirir:
“Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. Əgər biz əyləncə etmək istəsəydik, onu mütləq öz dərgahımızdan edərdik. Lakin Biz (bunu) etmədik” (Ənbiya surəsi, 16-17)

