Bir insan axirətdə həqiqətləri gördükdən sonra, etdiklərini düzəltmək istəsə belə bir imkanı olacaqmı?

O gün heç bir səhvi düzəltmək üçün fürsət olmayacaq. Ölümdən sonra iman gətirmək heç kimə qurtuluş gətirməyəcək. Ayələrdə bildirildiyi kimi, kafirlər haqq-hesab günü onlardan nə istənilsə, onu etmək üçün yalvaracaqlar, lakin onlardan heç bir şey qəbul olunmayacaq. Dünyaya qayıtmaq və saleh əməllər etmək istəyəcəklər, lakin istəkləri rədd ediləcək. Səhvlərini düzəltmə ehtimalının olmadığını anladıqda, kafirləri dözülməz bir peşmanlıq bürüyəcək. Burada yaşanan çarəsizlik və peşmanlıq dünyadakı heç bir şeyə bənzəməyəcək. Çünki kafirlər, Allahın istəyi istisna olmaqla, heç bir xilas olmaq ümidləri olmadan əbədi cəhənnəm əzabı yaşayacaqlarını başa düşəcəklər:

Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin. Xeyr, daha əvvəl (qəlbində) gizlətdikləri (küfr və günahlar) onların qarşısına çıxdı. Əgər (dünyaya) geri qaytarılsaydılar, onlar yenə qadağan olunduqları şeylərə geri qayıdacaqdılar. Onlar həqiqətən, yalançıdırlar. Onlar: “Dünyadakı həyatımızdan başqa (bir həyat) yoxdur və biz (təkrar) diriləsi də deyilik!” – demişdilər. Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” – deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!” (Ənam surəsi, 28-30)

Belə olmaqla birlikdə Allahdan bir rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi də vardır

Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu: “Qəlbində zərrə qədər iman olan kimsə atəşə girməyəcəkdir.” Əbu Səid deyir ki: “Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə bu ayəni oxusun: “Şübhəsiz ki, Allah zərrə qədər zülm etməz …” (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601))