Bir hədisin həqiqətən Peyğəmbərimizin (s) sözü və ya əməli olduğunu anlamağın iki yolu vardır: Qurana uyğun olması və ya həyata keçməsi

Hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır

Hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bəziləri səhihdir, yəni Peyğəmbərin dediyi həqiqi sözlərdir. Bəziləri zamanla uydurulmuş, bir hissəsi isə mənası dəyişdirilmişdir. Bir hədisin, həqiqətən, Peyğəmbərimizin sözü və ya əməli olduğunu anlamağın iki yolu var: Quranla üst-üstə düşməsi və reallaşması. Qurana zidd olan söz və ya əməlin Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək isə birbaşa ona böhtan atmaq deməkdir. Çünki Peyğəmbərimiz (səv) yalnız Qurana tabe olmuşdur.

Quranı ancaq hədislərlə anlamaq məntiqi İslam dünyasına böyük zərərlər vermişdir. Çünki bu məntiqlə hərəkət edən müsəlmanların çoxu din adından uydurulan hədislərə tabe olmağa başlamışdılar. Hətta müəyyən müddət sonra Quranı kənara qoyub ancaq həmin hədisləri dinlərinin qaynağına çevirmişdilər. Uydurma hədislər Quran ayələrinə uyğun gəlməyəndə isə o hədislərin ayələrin hökmlərini nəsh etdiyini (hökmdən qaldırdığını) deməyə belə cürət etmişdilər. Beləliklə, yüzlərlə uydurma hədisdən qaynaqlanan müxtəlif dinlər yaranmış, İslam dinində bir çox mövzuda bir-birindən fərqlənən çoxlu məzhəblər ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, ancaq hamısı fərqli şeyləri müdafiə etmişdilər. Hətta bir-birilərinin dindən çıxdığını belə düşünmüşdülər. İslam alimlərinin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quranda uca Allaha belə şikayət edir:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30)

blank