Bir Şeyi “Bütləşdirmək” Nə Deməkdir?

“Bütləşdirmək” xalq arasında yalnız bəzi heykəllərə ibadət mənasıyla bilinir. Halbuki, bu anlayışın daha geniş mənası vardır və yalnız keçmiş dövrlərə aid deyil. Hər dövrdə Allaha şirk qoşan və başqa ilahlar qəbul edən, bütlərə tapınan cahil insanlar olmuşdur. Bir şeyi özünə bütləşdirmək insanın mütləq bütləşdirdiyi şey üçün “bu bir ilahdır, mən buna sitayiş edirəm” deməsi və ya o varlığın qarşısında səcdə etməsi lazım deyil.

Bütləşdirmənin təməlində insanın bir şeyi və ya bir kimsəni Allahdan üstün tutma səhvinə düşməsi durar. Buna nümunə olaraq da, bir kimsənin razılığını Allahın rizasından üstün tutması, bir kimsədən Allahdan qorxan kimi qorxmağı ya da onu Allahı sevirmiş kimi sevməyi vermək olar.

Quranda Allah, insanların Allaha şərik qoşduqları bütlərin onlara bir fayda verməyəcəkləri belə bildirir:

Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)