Bir Şeyi Bütləşdirmək Nə Deməkdir?

Bütləşdirmək sadəcə bəzi heykəllərə sitayiş etmək hesab edilir. Halbuki bu məfhum daha geniş məna ifadə edir və təkcə keçmiş dövrlərə aid deyil. Bir şeyi bütləşdirən insanın mütləq “bu, mənim tanrımdır, mən buna sitayiş edirəm” deməsi və həmin varlığa səcdə etməsi vacib deyil.

Bütləşdirmək bir şeyi və ya bir kəsi Allahdan üstün tutmaqdır. Məsələn, bir insanın razılığını Allahın rizasından üstün tutmaq, bir kəsdən Allahdan qorxan kimi qorxmaq, birisini Allahı sevən kimi sevmək bütləşdirməkdir.

Allah Quranda insanların bütləşdirdiyi şeylərin onlara heç bir faydasının olmadığını bildirir:

…Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)