Bir başqasının dua etməsi insana fayda gətirərmi?

Allah “Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər””. (Mömin surəsi, 60) ayəsi ilə bütün insanları dua etməyə çağırmış və bunun qarşılığında dualara cavab verəcəyini bildirmişdir. Buna görə də bir insanın başqa insanlar üçün etdiyi dua da – Allahın diləməsi ilə – əlbəttə ki, fayda verə bilər. Bir ayədə Allah Peyğəmbərimizə (s.ə.v.) möminlər üçün dua etməsini belə bildirmişdir:

… Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Tövbə surəsi, 103)

İman edən insan yalnız özünün deyil, bütün digər möminlərin də Allahın razılığını qazanmasını və Onun cənnətinə qovuşmasını istəyər. Buna görə də o, özü üçün etdiyi qədər mömin qardaşları üçün də dua edər. Lakin bu duaların qəbul olunması məsələsində hökm yalnız Allaha məxsusdur. Allah dilədiyi şəxsin istəyini dilədiyi şəkildə yerinə yetirər. Diləyərsə də bir xeyir və hikmətə uyğun olaraq həmin duaya başqa formada cavab verər.