Kainatın əmələgəlmə anı olan Big Bangdə qurulan tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərən dəlillərdən biridir. Avstraliyadakı Adelaide Universitetindən məşhur riyazi fizika professoru Pol Deyvisin (Paul Deyvis) fikrincə, Big Bangin ardınca baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir faiz (1/10e18) fərqli olsaydı, kainat meydana gəlməzdi. Stefan Houkinq (Stephen Hawking) də “Zamanın qısa tarixi” adlı əsərində kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti belə qəbul edir:
“Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı, kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi.”

