Dörd məzhəbin qurucuları, şübhəsiz, olduqca dəyərli müsəlmanlardır və qiymətli İslam alimləridir. Lakin bunu bilmək lazımdır ki, dörd məzhəbin qurulmasında əsas rolu həmin hədislər oynayıb. Dörd məzhəbin qurucuları da öz seçdikləri hədisləri öz məzhəbləri üçün əsas qəbul ediblər. Dörd imam Kutubi-Sittəni, yəni altı məşhur hədis kitabını yazan hədis imamlarının ölçülərindən kənara çıxaraq öz məzhəblərini qurublar. Daha əvvəl də qeyd etdiyimiz kimi, bunların ən böyüyü olan Hənəfi məzhəbinin qurucusu Əbu Hənifə hədis bilgisi zəifliyi və öz düşüncələrini önə sürməsi iddiası ilə başda Buxari olmaqla, digər hədis imamları tərəfindən tənqid olunmuşdur.
Hədis alimləri və məzhəblərin səhih saydığı hədislər arasında bu qədər ziddiyyət var ikən, hədislərin rədd edilməz olduğunu iddia edənlər də ortaya çıxmışdır. Həmin adamların dəstəyi ilə, məsələn, Buxarı və Müslimdəki tək bir hədisi inkar edənin kafir olduğu qəbul edilmiş, hədislərin Quran ayələrinin hökmünü qaldırdığını belə iddia edənlər olmuşdur. Xurafatçıların meydana gətirdiyi cahil cəmiyyətlərin formalaşmasının əsil səbəbi bu qorxunc məntiqlərdir.

