Bəzi cəmiyyətlərdəki əxlaqi tənəzzül ilə dinsizlik arasındakı

əlaqə nədir?

Allahın insanlara göndərdiyi dinə təslim olmağı qəbul etməyən insanlar Quranda bildirilən gözəl əxlaqı yaşamaz və yenə Quranda göstərilən sərhədləri qorumazlar. Allahdan qorxub çəkinmədikləri və axirətə də inanmadıqları üçün etdiklərinin hesabını vermək qorxusu daşımazlar. Nəticədə, dinin yaşanmadığı cəmiyyətlər hər cür əxlaqsızlığı və pisliyi qorxmadan, nəticələri düşünmədən törədən insanlardan ibarət olur.

Belə cəmiyyətlərin sürətlə və geniş miqyasda mənəvi tənəzzülə məruz qalması qaçılmaz olar. Çünki bu insanlar qadağan edildiyi halda, rahatlıqla oğurluq edər, insanlara zərər verər, qəzəblənər, adam öldürər, başqalarının hüquqlarını tapdalayar, yalan danışar, özlərindən başqa heç kimə əsla dəyər verməz, hər şeyi bir mənfəət müqabilində edər və özlərindən daha zəif olanları mütləq əzərlər. “Mən dindar deyiləm, lakin qəzəbli də deyiləm” deyən şəxs bir gün dözə bilməyəcəyi bir hadisə ilə qarşılaşar və özündə hər cür pisliyi etmək haqqı görər. Elə qəzəblənər ki, məqamı gəldikdə adam öldürməyə belə cəhd göstərə bilər.

Məhz dinsizlik, heç bir ilahi sərhəd tanımadığı üçün cəmiyyətlərdəki insani duyğuların öldürər. Bu isə geniş miqyaslı mənəvi tənəzzülün yaranmasına zəmin hazırlayar. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə dinin insanlara qazandırdığı ədalət, həlimlik, tərbiyə, mərhəmət və sevgi kimi dəyərlər əsla olmaz. Buna görə də dinsizlik cəmiyyətdəki mənəvi tənəzzülün əsas qaynağıdır. varmı? Axirətdə onların da yaşayacağı cənnət və cəhənnəm olacaqmı?