Əbəsə surəsi, 1-12-ci Ayələr

O qaşqabağını sallayıb üzünü yana çevirdi – yanına bir korun gəlməsinə görə. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi və yaxud nəsihət dinləyib faydalanacaqdı. Nəsihətə ehtiyacı olmayana gəlincə isə – sən ona diqqət yetirirsən. Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur. Səy göstərib sənin yanına gələn, Allahdan qorxan kimsəyə gəlincə, ona məhəl qoymursan! Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın. (Əbəsə surəsi, 1-12)