BƏRR – Qullarına Qarşı Yaxşılığı Çox Olan

Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 28)

Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. Bu nemətlər Allahın qullarına qarşı yaxşılığının çox olduğunun açıq-aşkar dəlilləridir.