Bəqərə surəsinin 247-ci ayəsi Mehdiyyət üçün mühüm yer tutan Talut hekayəsini əhatə edir

Bəqərə surəsinin 247-ci ayəsi Mehdiyyət üçün mühüm yer tutan Talut hekayəsini əhatə edir

Bəqərə surəsinin 247-ci ayəsi Mehdiyyət üçün mühüm yer tutan Talut hekayəsini əhatə edir. Bu ayə, Allahın Talutu məlik, yəni kral və lider olaraq seçib göndərdiyini bildirir. Səhih hədislərdə bu ayənin Hz. Mehdiyə işarə etdiyi bildirilir. Xüsusilə əbcəd hesabı istifadə olunmaqla ayənin Axırzamanla əlaqəsi olduğu diqqət çəkir. Ayədə, “Allah sizə Talutu məlik olaraq göndərdi” ifadəsinin əbcəd hesabı hicri 1400 (Miladi 1979) ilinə işarə edir. Bu tarix səhih hədislərə görə Mehdinin çıxış dövrünü göstərir.

Ayənin davamında, o dövrün insanlarının Talutun liderliyinə qarşı çıxdığı, özlərinin daha çox elm, mal, mülk və siyasi gücə malik olduqlarını iddia edərək bu seçimi qəbul etmədikləri bildirilir. Lakin ayə, Allahın Talutu seçdiyini və onun liderliyinin ilahi bir seçim olduğunu vurğulayır. Əbcəd hesabına görə, “Həqiqətən, Allah sizə onu seçdi” ifadəsi Miladi 1996 ilini, “Allah istədiyinə mülkünü verir” ifadəsi 1989 ilini, “Allahın rəhməti genişdir, biləndir” ifadəsi isə 2036 ilini göstərir. Bu tarixlər Mehdiyyət dövrünün mühüm dönüş nöqtələrini göstərir.

Ayədə həmçinin Təbutu-Səkinədən (Mübarək Sandıq) bəhs olunur. Bu sandığın Hz. Mehdinin liderliyinin dəlili olaraq ortaya çıxacağı qeyd edilir. Təbutu-Səkinənin Hz. Musa və Hz. Harundan qalan mübarək əmanətləri ehtiva etdiyi, mələklər tərəfindən qorunduğu və insanlara sükunət və güvən hissi verdiyi ifadə edilir. Sandığın içərisində bir qabda manna, Hz. Musaya aid daş lövhələrdən bir parça, Hz. Süleymanın əsasının bir hissəsi və müxtəlif mübarək əmanətlərin olduğu bildirilir. Bu əmanətlərin pozulmadan saxlandığı və sandığın xüsusi bir quruluşa malik olduğu vurğulanır. Bəzi hədis rəvayətlərinə görə, Təbutu-Səkinənin ortaya çıxması Hz. Mehdi dövründə böyük bir kütlənin müsəlman olacağına işarədir.

Ayənin davamında Talutun liderliyinin Allah tərəfindən dəstəkləndiyi və Calutun (dəccalın) məğlub edildiyi qeyd olunur. Əbcəd hesabına görə, “Beləliklə, onları Allahın izni ilə məğlub etdilər” ifadəsi 2029 ilini, “Davud Calutu öldürdü” ifadəsi isə 2024 ilini göstərir. Bu tarixlər Mehdiyyətin dünya hakimiyyəti ilə əlaqəlidir. Həmçinin, “Allah istədiyinə mülkünü verir” ifadəsi siyasi güc və hakimiyyətin Hz. Mehdiyə veriləcəyini göstərir.

Bəqərə surəsinin 253-cü ayəsində Hz. İsaya açıq-aydın dəlillər verildiyi və onun Ruhul-Qüds ilə dəstəkləndiyi bildirilir. Bu ayənin əbcəd hesabı 2017-ci ilini göstərir. Ayə, Allaha inanmağın və tağutu rədd etməyin “qopmaz bir qulp tutmaq” mənasına gəldiyini ifadə edir. Bu, Quranın “sıratul-müstəqim” (düz yol) və “həblullahul-mətin” (Allahın qopmaz ipi) kimi Allaha bağlılığının əhəmiyyətini vurğulayır.

Nəticə etibarilə, Bəqərə surəsinin 247-ci və 253-cü ayələri Talut hekayəsi və Tabutu-Səkinə vasitəsilə Hz. Mehdinin zühuruna dair müxtəlif işarələr vermişdir. Əbcəd hesabı ilə bu ayələrin Axırzamanda baş verəcəyini isə Allah öncədən bizlərə bildirmişdir.