Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir, gözlərinə də pərdə var. Üstəlik, onları böyük bir əzab gözləyir. İnsanlar arasında elələri də var ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik var, üstəlik Allah onların xəstəliyini artırmışdır. Yalan danışdıqlarına görə, onlar üçün ağrılı-acılı bir əzab vardır. (Bəqərə surəsi, 6-10)
