Bəqərə Surəsi 30-cu Ayədə Hz. Mehdiyə İşarələr

Bəqərə Surəsi 30-cu Ayədə Rəbbimiz bu şəkildə bildirir:

Hani Rəbbin mələklərə: “Mütləq Mən, yer üzündə bir xəlifə var edəcəyəm” demişdi. Onlar da: “Biz Səni şükrünlə ucaldır və (daim) təqdis edərkən, orada fitnə-fəsad törədəcək və qanlar axıdacaq kimsəmi var edəcəksən?” Dedilər. (Allah:) “Şübhəsiz sizin bilmədiyinizi Mən bilirəm” dedi. (Bəqərə Surəsi, 30)

Bu ayə ümumiyyətlə Hz. Adəmin yaradılışı ilə əlaqələndirilmişdir. Lakin ayədəki dəlillərə baxdıqda, burada Hz. Mehdinin zühurunun xəbər verildiyi açıq şəkildə anlaşıla bilir.

“Mütləq Mən, yer üzündə bir xəlifə var edəcəyəm”

İlk növbədə ayədə “yaradacağam” mənasına gələn ifadə keçmir. Bunun yerinə “qılmaq, bir şeyi bir məqama gətirmək, təyin etmək” şəklində mənası olan söz istifadə olunur. Ayədəki ifadəyə baxıldıqda, Uca Allahın yer üzündə bir xəlifə yaradacağını deyil, yer üzündə bir xəlifə təyin edəcəyini bildirdiyi görünür. Bu şəxs, yaradılmış olan və insanların qurtuluşu üçün xəlifə təyin edilən bir şəxs olacaqdır.

“Orada fitnə-fəsad törədəcək və qanlar axıdacaq kimsəmi var edəcəksən?”

Ayədə keçən “kimsə” sözü, həm tək, həm də birdən çox şəxsi əhatə edə bilən bir mənaya malikdir. Eynilə “Bura kim gələrsə ona yemək ver” cümləsində olduğu kimi cəm bir zümrədən bəhs edir. Ayə bu məna nəzərə alınaraq tərcümə edildikdə:

“Orada fitnə-fəsad törədəcək və qan tökəcək kimsələrimi var edəcəksən?” mənasına gəlir.

Klassik təfsir baxımından ayədə, xəlifənin göndərildiyi insan cəmiyyətindən fəsad və qan tökənlərin çıxması şərhi ortaya çıxır. Böyük alim Təbəri bu ayə ilə bağlı: “Çünki mələklər Rəbbinə verdikləri cavabda, fəsadı və qan tökməyi Onun yer üzündəki xəlifəsinə aid etmədilər; əksinə, ‘Orada fəsad törədəcək olanımı qılacaqsan?’ dedilər” şərhini verir.

Ayədə xəlifənin, fəsad törədən cəmiyyətin içindən çıxacağı anlaşılır. Bu vəziyyət Adətullaha da (Allahın təyin etdiyi İlahi qanunlar) uyğundur; çünki xəlifə, pozulmuş insan cəmiyyətinə doğrunu gətirici və nizam təmin edici olaraq göndərilir. Burada, qanı dayandıracaq və yer üzünə ədalət gətirəcək olan Hz. Mehdidən bəhs edilir.

“(Allah:) ‘Şübhəsiz sizin bilmədiyinizi Mən bilirəm’ dedi.”

Ayədə mələklər, keçmişdə peyğəmbərlərə qarşı hücumları, döyüşləri və fəsadçıların əməllərini bildikləri üçün yaşanmış olan taleyin bilgisiylə danışırlar. Bir xəlifə təyin edildikdə yenə fitnəkarların maneələr törədəcəyinin fərqindədirlər.

Allah isə onlara: “Şübhəsiz sizin bilmədiyinizi Mən bilirəm” şəklində cavab verir.

Bəllidir ki Allah, mələklərə daha əvvəl bilmədikləri bir şeydən bəhs edir, Hz. Mehdinin göndəriləcəyi müjdəsini açıqlayır. Allah, bu böyük müjdəni mələklərindən belə gizli saxlamış, axırzamanda Hz. Mehdinin gəlişi ilə bu gözəlliklə qarşılaşmalarını diləmişdir.