Bəqərə surəsi (2-7)

Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

O kəslər ki, qeybə inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər. (Bəqərə surəsi, 3)

O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman edir, axirətə də şəksiz-şübhəsiz inanırlar. (Bəqərə surəsi, 4)

Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar. Xilas olanlar da məhz onlardır. (Bəqərə surəsi, 5)

Həqiqətən, inkar edənləri xəbərdar etsən də, etməsən də, onlar üçün birdir. Onlar iman etməzlər. (Bəqərə surəsi, 6)

Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)