Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, – deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, – deyərlər. (Bəqərə surəsi, 14)
(Əslində) Allah onlara istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir. (Bəqərə surəsi, 15)
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların ticarəti xeyir gətirmədi və onlar doğru yolu tapmadılar. (Bəqərə surəsi, 16)
Onların (münafiqlərin) halı (qaranlıqda) od qalayan kimsənin halına bənzəyir. Alov ətrafındakıları işıqlandırdığı zaman Allah onların çırağını söndürər və onları heç nə görə bilməyəcəkləri qaranlıqlarda qoyar. (Bəqərə surəsi, 17)
