Bəqərə Surəsi, 120-ci ayədə Uca Allah buyurur, “Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar.” Bəs biz, əgər bizim dinimizə tabe olmazlarsa, Xristianlardan razı olarıqmı? Biz də onlardan razı olmarıq, bu, normal bir haldır. Hər kəs öz dinini haqlı olaraq görür. Razı olmamaq başqa, düşmən olmaq başqa şeydir. Təbii ki, razı olmarıq, düzəlməsi üçün, yaxşı olması üçün, haqqa, İslama girməsi üçün səy göstərərik.
“De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!”” İslamdır, Qurandır doğru yol. “Əgər sənə gələn bu qədər elmdən sonra onların nəfslərinin istəklərinə tabe olsan…” yəni onların inancını qəbul etsən, təslis (üçləmə) inancını qəbul etsən və ya Tövratdakı yanlış hökmləri qəbul etsən “…sənin üçün Allahdan nə bir dost, nə də bir yardımçı olar.” Bunu etmək haramdır. Kitab əhlinin inancına tabe olmaq, təslis inancına tabe olmaq haramdır. Allahın birliyində onlarla ittifaq edib, dost olmaq olar.
Quranın bir hissəsini qəbul edib, bir hissəsini qəbul etməmək müşriklərin xüsusiyyətidir. Allah Quranda bunu açıq şəkildə bildirir: “Onlar ayələrin bir hissəsini qəbul edər, bir hissəsini qəbul etməzlər” deyir. Allah ayədə deyir ki: “İman gətirənlərə dostluq baxımından ən yaxın olanların Biz xristianıq deyənlər olduğunu görəcəksən” (Maidə, 82). Bu ayəni niyə bəs qəbul etmirlər? Ayəni qəbul edilmədiyi zaman dindən çıxar insan.
Allah deyir ki: “Xristian və Yəhudi qadınlarla evlənə bilərsiniz” deyir, “yeməklərini yeyə bilərsiniz” deyir (Maidə, 5). Bir çox məzhəbçi bu ayəni qəbul etmirlər. Müşrik və ya dinsiz olanla din ilə bağlı onsuz da dost olunmaz. Yəni onun dediklərinə görə hərəkət etmək olmaz. Məsələn, Allah müşrik üçün deyir ki:
“Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allahın sözünü dinləyə bilsin. Sonra onu əmin-amanlıqda olacağı yerə çatdır” deyir, “canınızı təhlükəyə ataraq onu qoruyun” deyir Allah. Müşrik üçün, dinsiz üçün. Biz də müşriki dinə çəkmək üçün şəfqət göstərməliyik.
Məsələn, bir dinsiz, sən ona uymadıqca səndən razı olar? Olmaz. Bu dediyi ayə: “Sən onların dininə tabe olmadıqca, nə Yəhudilər, nə də Xristianlar səndən əsla razı qalmazlar” ayəsi geniş əhatəli ayədir. Bu, Buddist üçün də keçərlidir, kommunist üçün də keçərlidir.
İslama uyğun yaşamayan, məsələn, çox səthi, qeyri-ciddi insanlar vardır. Ayədə deyilən insanlar inanclarda bir-biri ilə tam uyğunluq içində olmazlar. Hər kəs digərini öz inancına çəkmək istəyər. Allah ayədə onların yanlış inanclarını qəbul etməyin deyir. Məqsəd budur. Yoxsa onlara təbliğ etməyin, şəfqət göstərməyin, İslama, Qurana dəvət etməyin, onlarla sosial əlaqələrinizi kəsin mənasında deyil. Məzhəbçilər bu ayələri səhv başa düşürlər.

