Bəqərə surəsi, 11-15

Onlara: “Yer üzündə fəsad törətməyin!” deyildiyi zaman: “Biz ki, ancaq islah edənlərik!” deyirlər. Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin bunu başa düşmürlər. Onlara: “insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin (bunu) bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!” deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 11-15)