“Bir vəlidən eşitdim ki; o şəxs, əvvəlki vəlilərin qeybi işarələrindən istihrac etmiş (mənasını ortaya çıxarmış) və bu qənaətə gəlib ki: “Şərq tərəfindən bir nur zühur edəcək (ortaya çıxacaq), bidətlər zülumatını (dinə sonradan girmiş xurafatları) dağıdacaq.” (Mektubat, səh. 371)
Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan “bidət” olaraq adlandırılan bəzi yanlış inanc və tətbiqlər hələ də cəmiyyətdə davam edir. Bu bidətlər Bədiüzzamanın dövründə də var idi və onun vəfatından sonra da olmağa davam etdi.
Hədislərdə bildirildiyinə görə hz. Mehdi ortaya çıxdığında, İslam dininə sonradan daxil edilmiş bütün batil inanc və tətbiqləri ortadan qaldıracaq. “…insanlar arasında Peyğəmbərin (s.ə.v) sünnəsi ilə rəftar edəcək” (İslam Ensiklopediyası, 14-cü cild, səh. 116) rəvayətində bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in yoluna uyğun gələcək və eynilə onun dövründəki kimi din əxlaqının haqq ilə yaşanmasına vəsilə olacaq.
“Hz. Mehdi bütün bidətləri aradan qaldıracaq.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
“Mehdi bütün bidətləri aradan qaldıracaq. Axırzamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək.” (Kıyamet Alametleri, səh. 163)

