Bədiüzzamanı Mehdi zənn edənlərə Bədiüzzaman nə demişdir?

“RİSALƏ-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNİ HAQLI OLARAQ HZ. MEHDİ KİMİ QƏBUL EDİRLƏR. O şəxsi-mənəvinin də bir nümayəndəsi Nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi-mənəvisi və o şəxsi-mənəvinin bir nümayəndəsi olan BİÇARƏ TƏRCÜMANI ZƏNN ETDİKLƏRİNDƏN, BƏZƏN O İSMİ (hz. Mehdi adını) ONA VERİRLƏR. Lakin bu, YANLIŞDIR…” (Emirdağ Lahikası, səh. 266)

Bədiüzzaman Risalə-i Nurun şəxsi-mənəvisinin və bu əsərlərin müəllifi olaraq özünün də bəzən hz. Mehdi zənn edildiyinin, ancaq bunun bir qarışdırma və yanlış olduğunu ifadə etmişdir.

Bədiüzzaman burada “HAQLI OLARAQ” kəliməsindən Risalə-i Nur camaatının Mehdi qəbul edilməsini haqlı hesab etdiyini vurğulamaq üçün deyil, belə düşüncənin asanlıqla anlaşılan və üzrlü hesab edilən yanlış olduğunu vurğulamaq üçün istifadə etmişdir. Mövzunun davamında bu məna asanlıqla aydın olur. Bədiüzzaman əvvəlki sətirlərdə açıqlanan sözlərində də bu yanılmanın hz. Mehdinin dünya səviyyəsində yerinə yetirəcəyi iki böyük vəzifəsinin gözardı edilməsindən qaynaqlandığını ifadə edərək bunun “HAQLI DÜŞÜNCƏ OLMADIĞINI” açıqlamışdır.

Bədiüzzaman Risalələri qələmə alan şəxs olaraq, Risalə-i Nurlar kimi özünün də hz. Mehdi olaraq qiymətləndirildiyini, ancaq bunun “BİR ZƏNN” olduğunu ifadə etmişdir. “Zənn etmə” sözü həqiqət deyil, yanılma və aldanma ifadə edən sözdür. Bədiüzzaman, tələbələrinin yalnız hz. Mehdinin əhəmiyyətli vəzifəsi olan iman həqiqətlərini izah etməsini qiymətləndirdiyini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan “İslam Birliyinin təmin edilməsi, bütün İslam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim edilməsi”nin onda olmayan xüsusiyyət olduğunun diqqətə alınmadığını söyləmişdir. Buna görə Risalə-i Nura və ona edilən Mehdilik yaraşdırmasının yalnız “zənn”dən ibarət olduğunu ifadə etmişdir.

Bununla yanaşı, Bədiüzzaman “zənn edirlər” deyərək burada bir daha özünü bu düşüncədəki insanlara daxil etmədiyini və onlarla eyni fikri paylaşmadığını ifadə edir.

Bədiüzzaman özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin “İLTİBAS” olduğunu ifadə etmişdir. “İltibas” sözünün mənası “BƏNZƏR ŞEYLƏRİ BİR-BİRİNƏ QARIŞDIRMAQ”dır. (Yeni Lüğət, səh. 267) Buna görə də burada bir- birinə qarışdırılan ancaq əslində bir-birindən fərqli olan iki anlayış vardır. Bədiüzzaman Risalə-i Nur, ya da özünün hz. Mehdi ola biləcəyinin “zənn edildiyini”; ancaq əslində bunun “qarışdırıldığını” ifadə edir.

Bədiüzzaman bu qarışıqlığın, Risalə-i Nurun, hz. Mehdinin üç təməl vəzifəsindən biri olan “imanı qurtarmaq” vəzifəsini boynuna götürməsindən qaynaqlandığını açıqlamışdır. Bədiüzzamanın açıqladığı kimi tarix boyunca göndərilmiş bütün mücəddidlər hz. Mehdinin vəzifələrindən yalnız birini ediblər. Ancaq Bədiüzzaman da daxil olmaqla “üç vəzifə, heç bir mücəddid tərəfindən eyni anda yerinə yetirilməmişdir”.

Buna görə də tarixdə Mehdilik mövzusunda bunun kimi bənzətmələr bir çox adama edilmişdir. Ancaq Bədiüzzaman “hz. Mehdinin hamısını bir yerdə və dünya səviyyəsində həyata keçirəcəyi vəzifələrini” izah edərək, bu Mehdilik iddialarının heç birinin doğru olmadığını və hz. Mehdinin irəlidə gələcək bir şəxs olduğunu açıqlamışdır.

Risalə-i Nura və Bədiüzzamana edilən bu bənzətmədə də eyni vəziyyətdir. Bədiüzzaman hz. Mehdi ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki və İslam alimlərinin açıqlamalarındakı izahlar və xüsusiyyətlərinə dair verilən məlumatlar diqqətə alınmadığı üçün “qarışdırıldığını” ifadə edir.

Bədiüzzaman, özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin “SEHİV” olduğunu söyləmişdir. “SEHİV” sözün mənası “XƏTA, YANLIŞ, yanılma” deməkdir (Yeni Lüğət, səh. 617). Bədiüzzaman özünə və Risalə-i Nura hz. Mehdi adının verilməsinin “qarışdırma” olacağını ifadə etməklə kifayətlənmir, cümləsinin davamında bunun bir “sehiv”, yəni “səhv” olacağını da vurğulayır. Bu, çox açıq ifadədir. Əgər Bədiüzzaman özünə və Risalə-i Nurun şəxsi-mənəvisinə edilən Mehdilik iddialarında hər hansı bir düzgünlük payı görsəydi, şübhəsiz ki bunu “səhv” olaraq xarakterizə etməzdi. Bu iddiaların yerində olduğunu ifadə edən sözlərdən açıq şəkildə istifadə edərdi. Bunun səhv olduğunu ifadə etməsi, Bədiüzzamanın bu mövzudakı qənaətini çox açıq və heç bir etiraza yer buraxmayacaq şəkildə ortaya qoyur. Bədiüzzaman Risalə-i Nurun, ya da özünün hz. Mehdi ola biləcəyi fikrini qəbul etmir.