Bədiüzzamanın da, fərqli tarixlərdə verdiyi bütün açıqlamalarda, hz. Mehdi (ə.s)-ın gəliş zamanı olaraq hicri 14-cü əsrin əvvəllərinə işarə edilmişdir. Ustad bir sözündə, hz. Mehdi (ə.s)-ın əsri-səadət dövründən 1400 il sonra çıxacağını belə bildirib:
“İstiqbali-dünyəviyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində karib (yaxın) zənn ediblər”. (Sözler, səh. 318)
Ustadın ifadəsində bildirdiyi; “səhabə dövründən 1400 il sonrası” hicri 14-cü əsrin əvvəllərinə, yəni miladi təqvimlə 1979-1980-ci illərə təsadüf edir.
Bədiüzzaman, hicri 1327-ci ildə Şamda Əməvi məscidində on min insana verdiyi xütbəsində, hicri 1371-ci ildən sonrakı İslam aləminin gələcəyinə istiqamətli izahlar etmiş, Axırzamandan müxtəlif tarixlər vermis və gözlənilən hz. Mehdi (ə.s)-ın mübarizə dövrlərinə diqqət çəkmişdir. Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın vəzifəyə başlaması və inkarçı zehniyyəti fikrən məğlub etməsi ilə əlaqədar bu tarixləri bildirir:
“Ta 1371-ci ildən sonrakı aləmi-İslamın (İslam aləminin) müqəddaratına (taleyinə) nəzər salan Şam xütbəsindəki həqiqətlər… Bəli, indi olmasa da 30-40 il sonra fən və həqiqi mərifət və mədəniyyətin məhasini o üç qüvvəni tam təchiz edib, cihazatını verib o doqquz maniləri məğlub edib dağıtmaq üçün, təhərriyi-həqiqət meyelanını və insaf və məhəbbəti-insaniyəyi o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşallah yarım əsr sonra onları darmadağın edəcək”. (Hutbe-i Şamiye, 25)
Şamda etdiyi bu çıxışında, hicri 1371-ci ildən sonra yaşanacaq hadisələrə diqqət çəkərək, hz. Mehdi (ə.s)-ın vəzifəyə başlamasının bu tarixdən 30-40 il sonra baş tutacağını bildirmişdir. Bu tarix isə hicri 1401-1411-ci, miladi təqvimlə isə 1980-1990-ci illər arasıdır.
Ustad həmçinin eyni çıxışın davamında, hz. Mehdi (ə.s)-ın, inkarçı fikir sistemini fən, elm və mədəniyyətin imkanları sayəsində fikrən susduracağını xəbər vermişdir. Bu fikri üstünlüyün tarixi olaraq da 1371-ci il tarixindən yarım əsr sonrasını bildirmişdir. Bu da hicri 1421-ci, yəni miladi 2001-ci il deməkdir.
“Bəli, indi (1371-ci il) olmasa da otuz-qırx (30-40) il sonra…
Fənn: Müsbət elmlər, biologiya, fizika, kimya və s.
Həqiqi bacarıq: Hünər, sənət, elm və fənlərlə öyrənilən məlumat.
Mədəniyyətin məhasini: Mədəniyyətin yaxşılıqlarını
O üç qüvvə ilə təchiz edib lazımi ehtiyacını ödəyib o doqquz əngəlləri məğlub edib, dağıtmaq üçün, Təhərriyi-həqiqət meyelanını: Həqiqəti araşdırma meyli
Məhəbbəti-insaniyəyi: İnsan sevgisini.
O doqquz düşmən sinfinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr sonra (50 il) onları darmadağın edəcək”.
1371 + 50 = 1421 (miladi 2001)
Bədiüzzaman hicri 1400-cü ilin əvvəllərində hz. Mehdi (ə.s)-ın inkarçı fəlsəfə ilə mübarizəyə başlaması zamanına, 1401-1411=1981-1991-ci illər arası fən, hünər, sənət və mədəniyyətin yaxşılıqlarını birləşdirib bunlarla mübarizəsinə və inkarçı fəlsəfəni fikrən darmadağın edəcəyi tarix olaraq da hicri 1421 = miladi 2001-ci ilə diqqət çəkir. Bədiüzzamanın Axırzamanla əlaqədar digər bir açıqlaması isə belədir:
“Yetmiş birdə fəcri-sadiq başladı və ya başlayacaq. Əgər bu, fəcri-kazib də olsa, otuz-qırx il sonra fəcri-sadiq çıxacaq”. (Hutbe-i Şamiye, 23)
Fəcr: Dan yerinin ağarması, günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı
Fəcri-kazib: Səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq.
Fəcri-sadiq: Fəcri-kazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma.
1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991
Bədiüzzaman İslam əxlaqının dünyaya təkrar hakim olmasını Günəşin doğuşuna bənzədir. Günəşin batdıqdan sonra ertəsi gün yenidən doğması kimi, İslam əxlaqının da dünya üzərində təkrar doğub parlayacağına bu bənzətmə ilə işarə edər. Fəcri-kazib və fəcri-sadiq ifadələriylə isə bu doğuşun başlanğıc illərinə diqqət çəkilmişdir.
Buna görə haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizm və materialist fəlsəfənin məhv olmağa başlamasının 1981-1991-ci illərdə, fikrən tam mənası ilə susdurulub məhv edilməsinin isə 2001-ci ildə olacağına işarə etmişdir.
“Bu zamanda elə fövqəladə hakim cərəyanlar vardır ki, hər şeyi öz hesabına aldığı üçün, fərəzə (tutaq ki,) həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat (şəxs) belə bu zamanda gəlsə… (Kastamonu Lahikası, səh. 57)
Bədiüzzaman Səid Nursi, “həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat (şəxs)” deyərək hz. Mehdi (ə.s)-ın öz dövründə hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir. Bədiüzzaman hicri 13-cü əsrdə yaşamışdır. Özündən sonra gələcək əsr olan hicri 14-cü əsr hz. Mehdi (ə.s)-ın çıxış zamanıdır.
Bədiüzzamanın Risale-i Nur Külliyyatında Mehdinin mübarizə və hakimiyyət dövrləri ilə bağlı tarix verdiyi başqa açıqlamaları da mövcuddur:
“Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlamaqdan başqasını istəmir” (Tövbə surəsi, 32) ayəsindəki “…Allah, Öz nurunu tamamlamaqdan başqasını istəmir” cümləsi barəsində Bədiüzzaman belə deyir:
“İndi xatirə gəldi ki, əgər şəddəli “ləmlər” və (mim) iki-iki sayılsa, bundan bir əsr sonra zulümatı (zülm dövrünü, qaranlığı) aradan qaldıracaq zatlar (şəxslər) isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər”. (Şualar, səh. 605)
Bu ayənin əbcəd dəyəri isə hicri 1424-cü, yəni miladi 2004-cü ildir. Bu tarix də, hz. Mehdi (ə.s)-ın darvinizmə və materializmə qarşı apardığı fikri mübarizəsində üstün gəldiyi illərə işarə edir.
Bədiüzzaman “…inkar edənlərin vəliləri isə tağutdur…” (Bəqərə surəsi, 257) ayəsindəki “tağut” (batil fikir sistemi) sözünün əbcəd dəyərini 1417 (miladi təqvimlə 1997-ci il) olaraq veriri və bu tarixdə “tağut”un öz daxilində çökəcəyini bildirir.

