Bədiüzzaman Səid Nursi müsəlmanlari hz. İsa (ə.s)-ın gəlişi ilə müjdələmişdir

Hicri 13-cü əsrin ən böyük İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi, 1960-cı ildə Haqqın rəhmətinə qovuşana qədər, bütün ömrünü insanları Allaha iman etməyə və Quran əxlaqını yaşamağa dəvət edərək keçirmişdir. Bu mübarizədə çox əziyyət görmüş, ancaq o, yaşadığı həyatdan həmişə razı olmuş və başına gələn hər çətinliyi böyük təvəkküllə, səbirlə, sevinclə qarşılamışdır. Quran təfsiri olan Risaləyi Nur Külliyyatı, Bədiüzzamanın Allaha olan coşğulu sevgisini, dərin imanını və Allahın dininə olan bağlılığını açıqca ortaya qoyan çox hikmətli öyüdlərlə doludur. Bu səbəblə bu dəyərli insanın etdiyi izahlar və verdiyi nümunələr, bütün müsəlmanlar üçün çox əhəmiyyətli rəhbər hökmündədir.

Bədiüzzaman əsərlərində, Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi mövzularına çox geniş yer ayırmışdır. Xüsusilə vurğuladığı mövzuların başında isə hz. İsa (ə.s)-ın yer üzünə gəldiyi sırada dünya üzərindəki dinsiz fikir sistemlərini təmsil edən dəccaliyyət ilə çox böyük mübarizə icra edib, onu məğlub edəcək. Hz. İsa (ə.s), hz. Mehdi (ə.s) ilə birlikdə dinsizliyi ortadan qaldıracaq, Allahın haqq dininin əxlaqını dünya üzərində hakim edəcək, bunu edərkən də müsəlmanlarla birlikdə hərəkət edəcək.

Kitabın bu hissəsində Bədiüzzaman Səid Nursinin əsərlərinin müxtəlif hissələrində yer alan hz. İsa (ə.s) ilə əlaqədar izahlar ələ alınacaq.

Hz. İsa (ə.s)-ın Allah Qatına alınması

Bədiüzzaman, “Məktubat” adlı əsərinin girişində 3 həyat təbəqəsindən bəhs edir: Bunlardan birincisi, bütün insanların hal-hazırda yaşadığı həyat təbəqəsidir. İkincisi isə hz. Xızırın yaşadığı həyatdır. Bədiüzzaman bu həyatı “… eyni vaxtda bir çox yerlərdə ola bilərlər. Bizim kimi bəşəriyyət ləvazımat ilə daimi bağlı deyildirlər. Bəzən istədikləri vaxt bizim kimi yeyərlər, içərlər; lakin bizim kimi məcbur deyildirlər…” şəklində açıqlayır. Üçüncüsü isə hz. İsa (ə.s)-ın olduğu həyat təbəqəsidir.

Ustad Bədiüzzaman bu həyatla əlaqədar bu əhəmiyyətli açıqlamaları etmişdir:

1) Üçüncü təbəqə həyat: Həzrəti İdris və İsa (ə.s)-ın yaşadığı təbəqədə həyatdır ki, bəşəriyyət levazımatından (lazımlı olanlar) təcərrüd (ayrılma, təmizlənmə) ilə, mələk həyatı kimi bir həyata girərək nurani lətafət kəsb edər (gözəllik qazanar). Sanki bədəni kimi lətafətində və cəsədi nəcmi nuraniyətində olan cismi dünyəviləriylə səmavatda olarlar. (Məktubat, səh. 6)

Bədiüzzaman bu sözündə hz. İsa (ə.s)-ın insanların həyatlarını davam etdirmək üçün ehtiyac duyduqları hər şeydən uzaqlaşdığını, mələklərə bənzər bir həyata qovuşub nurani bir gözəllik qazandığını ifadə edir. Hz. İsa (ə.s)-ın ulduz kimi parlayan və bənzərsiz gözəllikdə olan dünyadakı bədəniylə Allah Qatında olduğunu açıqlayır.

Bədiüzzaman Səid Nursinin diqqət çəkdiyi bir başqa əhəmiyyətli mövzu isə, hz. İsa (ə.s)-ın ikinci dəfə dünyaya gəlişi haqqında şübhə içində olan cəmiyyətlərdir. Bədiüzzaman açıqlamalarında bütün kainatı yoxdan var edən, hər şeyə qadir olan Rəbbimizin hz. İsa (ə.s)-ı ikinci dəfə dünyaya gətirməyə müqtədir olduğunu xatırladır.

2) Bəli hər zaman səmavatdan məlaikələri yerə göndərən və bəzi vaxtda insan surətinə vəz edən (Həzrəti Cəbrayılın “Dıhyə” surətinə girməsi kimi) və ruhaniləri aləmi ərvahdan (ruhlar aləmindən) göndərib bəşər surətinə təməssül etdirən (bənzədən), hətta ölmüş övliyaların çoxlarının ərvahlarını (ruhlarını) cəsədi misalıyla dünyaya göndərən bir Hakimi Zülcəlal, Həzrəti İsa əleyhissalamı, İsa dininə aid ən mühüm bir hüsnü xəttiməsi (gözəl nəticə) üçün, səması dünyada cəsədiylə olan və həyatda olan Həzrəti İsa, bəlkə aləmi axirətin ən uzaq nöqtəsinə getsəydi və həqiqətən ölsəydi, yenə belə bir nəticə-i əzmə üçün ona yenidən cəsəd geydirib dünyaya göndərmək, o Hakimin hikmətindən uzaq deyil… bəlkə onun hikməti elə iktiza etdiyi üçün (lazım olduğu üçün) vəd etmiş və vəd etdiyi üçün əlbəttə göndərəcək. (Məktubat, 15-ci məktub, səh. 56-57)

Bədiüzzaman bu sözündə mələkləri insan surətində yer üzünə göndərən, kainatdakı bildiyimiz və bilmədiyimiz bütün aləmlərin tək sahibi olan, aləmlərin Rəbbi olan Allahın hz. İsa (ə.s)-ı da istədiyi surətdə yenidən dünyaya geri gətirə biləcəyini söyləyir. Hz. İsa (ə.s)-ın belə əhəmiyyətli bir dövrdə və belə şərəfli bir vəzifə üçün yenidən dünyaya gələcəyini vəd edən Rəbbimiz, mütləq vədini yerinə yetirəcək.

Hz. İsa (ə.s) gəldiyində imanın nuru ilə tanınar

Kitabın əvvəlki hissələrində də vurğuladığımız kimi, hz. İsa (ə.s)-ın dünyaya ikinci dəfə gəldiyində necə tanınacağı həmişə maraq mövzusu olmuşdur. Bədiüzzaman əsərlərində bu mövzunu da açıqlayır, hz. İsa (ə.s)-ın imanın nuru ilə tanınacağını söyləyir. Ustadın üzərində durduğu bir başqa mövzu isə, hz. İsa (ə.s)-ı hər kəsin tanıya bilməyəcəyi, yalnız ona yaxın olan kəslərin və imanda dərinləşmiş olanlar onu tanıya biləcəklər.

1) Həzrəti İsa əleyhissalam gəldiyi vaxt, hər kəs onun həqiqi İsa olduğunu bilməsi lazım deyil. Onun mukarrəb (yaxınları) və havassı (dindarlar və mənəvi dərəcəsində üstün olanlar), iman nuruyla onu tanıyar. Yoxsa bədahət (aşkarlıq) dərəcəsində hər kəs onu tanımayacaq. (Məktubat, 15-ci məktub, səh. 56-57)

Bədiüzzaman bir başqa açıqlamasında hz. İsa (ə.s)-ı tanıyanların sayca çox az olacaqlarından, dünya üzərindəki dinsiz güclərin daha güclü olacağından bəhs edir:

2) Rəvayətdə var ki: (İsa əleyhissalam dəccalı öldürdüyü münasibətiylə) “Dəccalın fövqəladə böyük və minarədən daha yüksək bir əzəməti heykəldə və Həzrəti İsa əleyhissalam ona nisbətən çox kiçik olduğunu” göstərir. Bunun bir izahı bu olmalıdır ki: İsa əleyhissalamı iman nuruyla tanıyan və tabe olan camaatı ruhaniyə-i mücahidinin kəmiyyəti (miqdarı), dəccalın məktəb və əsgər cəhətdən, elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir. (Şüalar, səh. 588-589)

Bədiüzzaman bu sözləriylə hz. İsa (ə.s)-a tabe olacaq camaatın ilk başlarda sayca az olacağına diqqət çəkir.

“…Dəccalın məktəb və əsgər cəhətdən, elmi və maddi ordularına…”: Bədiüzzaman bu ifadəylə hz. İsa (ə.s)-ın qarşısında olacaq dinsiz güclərin həm təhsil heyətləri, həm əsgəri güc, həm də maddi baxımdan çox güclü olacaqlarını ifadə edir. “…camaatı ruhaniyəii mücahidinin…”: Bu ifadəylə hz. İsa (ə.s)-a tabe olan birliyi təsvir edir. “Camaat” ifadəsiylə bu kəslərin bir yerdə olduqlarına, birlikdə hərəkət etdiklərinə işarə edilir. Bu “camaat” dinsiz güclərin hakim olduğu yerlərdə din əxlaqını hakim etmək üçün böyük səy göstərəcək, ixlasla Allah yolunda çalışacaq, böyük fikri mübarizə icra edəcək. “Ruhani” ifadəsi isə bu camaatdakıların səmimi iman etmiş, hadisələrin görünən istiqamətləriylə bərabər gizli istiqamətlərini də yaşayan bir birlik olduğuna diqqət çəkir. “Mücahidin” sözü isə bu camaatın Allah yolunda səy göstərən, Allahın dinini yaymaq üçün dünya səviyyəsində böyük təbliğ fəaliyyəti icra edən bir birlik olduğuna işarədir.

Hz. İsa (ə.s) İslam dini ilə hökm edəcək, Qurana tabe olacaq

Bədiüzzaman Səid Nursi, dinsiz ideologiyaların hakim olduğu belə bir dövrdə hz. İsa (ə.s)-ın yenidən dünyaya dönəcəyini müjdələyir. Ustadın aşağıdakı sözlərində xəbər verdiyi kimi, hz. İsa (ə.s) yer üzünə ikinci dəfə gəlişində Quranla hökm edəcək, Qurana tabe olacaq. Xristianlıq ilə müsəlmanlar birləşərək dinsizlik axınına qarşı Quran əxlaqını yaşayaraq üstün gələcəklərdir. Risaləi Nurda bu mövzuyla əlaqədar izah edilənlər belədir:

1) Axırzamanda Həzrəti İsa (ə.s) gələcək, Şəriəti Məhəmmədiyə (ASM) ilə əməl edəcək tərcüməsindəki hədisin sirri budur ki: Axırzamanda fəlsəfəi-tabiiyənin (təbiət fəlsəfəsi) verdiyi cərəyanı küfrüyə (inkarçı hərəkət) və inkarcı üluhiyyətə (Allahı inkar) qarşı İsəvilik dini tasaffi edərək (təmizlənərək) və xurafatdan təcərrüd edib (xurafatlardan təmizlənib) İslamiyyətə inqilab edəcəyi bir vaxtda, necə ki, İsəvilik şəxsi mənəvisi, vəhyi səmavi qılıncı ilə dinsizliyin şəxsi mənəvisini öldürər; elə də hz. İsa (ə.s), İsəvilik şəxsi mənəvisini təmsil edərək, dinsizliyin şəxsi mənəvisini təmsil edən dəccalı öldürər (mənən yox edər)… yəni inkarı üluhiyyət fikrini öldürəcək. (Məktubat, səh. 6)

“…fəlsəfəi-tabiiyənin verdiyi cərəyanı küfrüyə və inkarı üluhiyyətə (Allahı inkar) qarşı…”: Bədiüzzaman hz. İsa (ə.s)-ın darvinizmin meydana gətirdiyi inkarçı hərəkətə və Allahın varlığını inkar edənlərə qarşı böyük bir mübarizə icra edəcəyini ifadə edir.

“…İsəvilik dini tasaffi edərək (təmizlənərək) və xurafatdan təcərrüd edib (çəkinərək) İslamiyyətə inqilab edəcəyi…” Bədiüzzaman bu hikmətli şərhində hz. İsa (ə.s)-ın Axırzamanda təkrar dünyaya gəldiyində İslam dininin hökmlərinə görə hərəkət edəcəyi istiqamətindəki hədisi təfsir edir. Hz. İsa (ə.s)-ın mübarizəsi müxtəlif xurafatlar və ənənələrlə əslindən uzaqlaşan xristianlığın əsl halına dönməsi ilə başlayacaq. Hz. İsa (ə.s) xristianlığı bütün batil xurafatlardan təmizləyəcək və daha sonra da İslamiyyətə dönəcək.

Beləcə xristianlar və müsəlmanlar birlik olub, dünya üzərində böyük güc yaradacaqlar. Hz. İsa (ə.s) bu dinsiz sistemin hamısını ifadə edən dəccalı fikirlə yox edəcək, inkarçı sistemləri tamamilə yer üzündən ləğv edəcək.

2) Məhz belə bir sırada, o cərəyan çox qüvvətli göründüyü bir zamanda, hz. İsa (ə.s)-ın şəxsiyyəti mənəviyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək, yəni rəhməti ilahiyyənin səmasından nüzul edəcək; xristianlıq dini o həqiqətə qarşı tasaffi (saflaşacaq) edəcək, xurafatdan və təhrifdən sıyrılacaq, hakaiki-İslamiyə ilə birləşəcək; mənən xristianlıq bir cür İslamiyyətə inqilab edəcək… (Məktubat, səh. 53)

Bədiüzzaman yuxarıdakı sözündə dinsizliyi təmsil edən dəccalın ətrafda çox qüvvətli olduğuna diqqət çəkir. Məhz bu dövrdə hz. İsa (ə.s) Allahın rəhməti sayəsində təkrar yer üzünə gələcək və beləcə gerçək xristianlıq ortaya çıxacaq. Daha əvvəl də vurğuladığımız kimi, hz. İsa (ə.s)-ın ilk edəcəyi şey, vəhy edilməsindən sonra müxtəlif təhrifə uğrayan xristianlıq dinini əslinə çevirmək, bütün batil tətbiqləri, azğın inancları, əsli olmayan tətbiqləri, gərəksiz ənənə və qaydaları ortadan qaldırmaq olacaq. İki min ildən bu yana öz əslindən uzaqlaşmış xristianlığı öz gerçək halına çevirə biləcək tək adam hz. İsa (ə.s)-dır. Belə bir dəyişiklik də bu günə qədər reallaşmamışdır.

“…hakaiki-İslamiyə ilə birləşəcək; mənən xristianlıq bir cür İslamiyyətə inqilab edəcək…”: Xristianlığın saf halına dönərək vəhy edildiyi özünə geri döndükdən sonra, Allahın son haqq dini və Allah Qatında tək etibarlı din olan İslamın həqiqətləriylə birləşəcək və İslama çevrilməyə başlayacaq.

3) Və Qurana iktida (uyğun gəlmək, tabe olmaq) edərək, o İsəvilik şəxsi mənəviyə tabe və İslamiyyət, mətbu (tabe olunan) mövqeyində qalacaq. Haqq dini, bu iltihak nəticəsində əzmli qüvvət qazanacaq. Dinsizlik cərəyanına qarşı ayrı-ayrı məğlub olan İsəvilik və İslamiyyət birlik nəticəsində, dinsizlik cərəyanına qələbə çalıb onu məhv etmə istedadında ikən; aləmi səmavatda cismi bəşərisiylə olan şəxsi İsa (ə.s), o haqq dini cərəyanının başına keçəcəyini, bir Müxbiri Sadiq (Hz. Məhəmməd (s.ə.v)), bir Qadiri-Küllü Şey vəd edərək xəbər vermişdir. Madam xəbər vermiş, haqdır; madam Qadiri-Küllü Şey vəd etmiş, əlbəttə edəcək. (Məktubat, səh. 54)

“…Qurana iktida (uyğun gəlmək, tabe olmaq) edərək, o İsəvilik şəxsi mənəvisi tabe; və İslamiyyət, mətbu mövqeyində qalacaq..”: Xristianlığın hz. İsa (ə.s) ilə başlayacaq bu çevrilməsi, son kitab olan və hər kəsin inanmaqla mükəlləf olduğu Qurana tabe olmaqla nəticələnəcək. Hz. İsa (ə.s)-ın şəxsi və ona tabe olan xristianlıq İslama tabe olacaq.

“…Dinsizlik cərəyanına qarşı ayrı-ayrı məğlub olan İsəvilik və İslamiyyət birlik nəticəsində, dinsizlik cərəyanına qələbə çalıb onu məhv edəcək…”: Hz. İsa (ə.s) liderliyindəki xristianlıq Qurana tabe olduğunda çox böyük güc meydana gələcək. Çünki indiki vaxtda dünyanın ən böyük iki dini olan xristianlıq və müsəlmanlıq həm siyasi, həm iqtisadi, həm də mənəvi istiqamətdən çox böyük iki qüvvətdirlər. Bu səbəblə də dinsiz ideologiyalar qarşısında birləşdiklərində çox böyük bir güc qazanaraq dinsizlik axınlarını fikirlə yox edib, məhv edəcəklər. İnsanları həyatlarının gerçək məqsədindən uzaqlaşdıran, eqoist, sevgisiz, qarşıdurmaçı bir həyata itələyən materialist fəlsəfə və dinsizliyin dünya üzərindəki təsirləri iki dinin birləşməsiylə ortadan qalxacaq.

“…cismi bəşərisiylə olan şəxsi İsa (ə.s), o dini haqq cərəyanının başına keçəcəyini…”: İki dinin ittifaqı və xristianların Qurana tabe olması ilə dünyada əhalinin əksəriyyətinə sahib olacaq iki din, tək bir səs və tək bir bədən kimi hərəkət edəcək. Bədiüzzaman bu sözündə hz. İsa (ə.s)-ın yer üzünə gəlib, dinsizliyi fikirlə yerlə bir edəcəyini Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində xəbər verdiyini xatırlatmış və bu səbəblə də bu xəbərin mütləq reallaşacaq haqq məlumat olduğunu söyləmişdir.

Hz. İsa (ə.s)-ın dinsiz axınlara qarşı mübarizəsi

Bədiüzzaman Səid Nursi Axırzamanla əlaqədar olan açıqlamalarında, iki fəlsəfi axının yer üzündə təxribatçılıq çıxaracağını və bu axınların dinsizliyi hakim etmək üçün səy göstərəcəklərini vurğulayır. Bu axınlardan birincisi İslam əxlaqını daxildən degenerasiyaya uğratmağa çalışacaq. İkincisi isə Allahı açıq şəkildə inkar edən, maddənin əzəldən bəri var olduğunu, sonsuza qədər də var olacağını qarşıya qoyan və canlıların cansızdan təsadüfən ortaya çıxdığını müdafiə edən materialist və təbiətçi fikir, yəni materializm və darvinizmdir.

Bu təyin etmə əlbəttə Allahın varlığını inkar edən bütün fikir axınlarına da təməl təşkil etmişdir. Materialistlər tarixin ən qədim çağlarından bəri bütün haqq dinlərə qarşı cəbhə almışlar, bu yolda qarşılarına çıxanlarla mübarizə etmiş, xalqlara zülm etmiş, döyüşlər çıxarmış, hər cür degenerasiyanın ən ön mərhələlərində iştirak etmişlər. Hz. İsa (ə.s) da yer üzünə təkrar döndüyündə bu materialist və darvinist fikirlə mübarizə edəcək və Allahın icazəsiylə onlara qarşı qalib gələcəkdir.

Bədiüzzaman, külliyyatında bu materialist axına belə diqqət çəkir:

1) Tabiiyyun, maddiyyun fəlsəfəsindən doğan bir cərəyanı Nəmrudanə, getdikcə Axırzamanda fəlsəfəi-maddiyə vasitəsiylə intişar edərək qüvvət tapıb, üluhiyyəti inkar edəcək bir dərəcəyə gəlir… Allahı inkar edən o cərəyan əfradları, kiçik bir Nəmrud hökmündə nəfslərinə bir ağalıq (İlahlıq) verər. Və onların başına keçən ən böyükləri, ispirtizma (ölülərlə xəbərləşmənin mümkün olduğuna inanan görüş) və maqnetizmin (bəzi hərəkətlərlə başqasına təsir etmə-hipnoz) hadisə növündən müdhiş möcüzələrə məzhər olan dəccal isə; daha irəli gedib, cəbbaranə suru (xarici görünüşə aid) hökumətini bir cür ağalıq təsəvvür edib üluhiyyətini elan edər. (Məktubat, 15-ci məktub, 56)

Bədiüzzaman bu sözündə tabiiyyun və maddiyyun fəlsəfələrinin cəmiyyət üzərindəki dağıdıcı təsirləri üzərində dayanır. Ustadın “təbiətçilik, yəni təbiətə tapınma və materializm, yəni yalnız maddənin varlığını qəbul etmə xəstəliyi” olaraq təyin edə biləcəyimiz bu ifadəsi, dinsizliyin təməlini meydana gətirən materializm və darvinizmə diqqət çəkir. Axırzamanda bu iki fəlsəfə materialist fəlsəfə vasitəsiylə bütün dünyada yayılacaq, Allahın varlığını açıqca inkar edər bir vəziyyət alacaq. Bu axınların mənsubları Allahın sonsuz güc və qüdrətini öz zəif ağıllarına görə inkar edib, özlərinin müstəqil güclərə sahib olduqları yanılmasına qapılarlar.

Bədiüzzaman dəccal və meydana gətirdiyi dinsiz qüvvət ilə əlaqədar bu tərifi edir:

2) Həm aləmi insaniyyətdə inkarı üluhiyyət niyyətiylə mədəniyyət və müqəddəsatı bəşəriyəyi zirü zəbər (qarmaqarışıq) edən dəccal komitəsini, hz. İsa (ə.s)-ın dini həqiqisini İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı adı altında və “Müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o dəccal komitəsini, hz. İsa (ə.s)-ın riyasəti altında öldürəcək və məhv edəcək; bəşəri, inkarı üluhiyyətdən qurtaracaq. (Məktubat səh. 441)

“… inkarı üluhiyyət niyyətiylə mədəniyyət və müqəddəsatı bəşəriyəyi zirü zəbər…”: Bədiüzzaman, dəccal və onun təmsil etdiyi dinsiz axınları “Allahın varlığını inkar məqsədiylə mədəniyyəti və insanların müqəddəratlarını qarışdıran” bir birlik olaraq təyin edir.

“… Həzrəti İsa əleyhissalamın dini həqiqisini İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı adı altında və “Müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət…”: Bütün təhriflərdən təmizlənilən gerçək xristianlığın İslam dini ilə birləşməsi üçün səmimiyyətlə, fədakarcasına səy göstərən hz. İsa (ə.s) və səmimi İsəviləri Bədiüzzaman “Müsəlman İsəvilər” olaraq təyin edir. Hz. İsa (ə.s) öndərliyindəki bu müsəlman İsəvilər camaatı, dəccaliyyətin dinsiz fikir sistemlərini ortadan qaldıracaq.

3) “O qədər qüvvətlidir və davam edərki, tək hz. İsa (ə.s) onu öldürər, başqa çarə olmaz.” rəvayət edilmiş. Yəni, onun peşəsini və hiyləgər rejimini pozacaq, öldürəcək; ancaq səmavi və ülvi, xalis bir din İsəvilərdə zühur edəcək və həqiqəti Quraniyəyə iqtida və ittihad edən bu İsəvi dinidir ki, hz. İsa (ə.s)-ın nüzulu ilə o dinsiz peşə məhv olar və ölər. Yoxsa onun şəxsi, bir mikrob, bir soyuqdəymə ilə öldürülə bilər. (Şüalar, səh. 581)

Bədiüzzaman bu hikmətli sözündə dəccalı ancaq hz. İsa (ə.s)-ın yox edə biləcəyinə işarə edən hədislərə diqqət çəkmişdir. Dəccalın məskun nizamını, təcavüzkar rejimini ortadan qaldıracaq olan, dinsizliyi insanlar arasında yaymaq və müqəddəsatı pozaraq təsvir edilən peşəsini pozacaq olan hz. İsa (ə.s), ona tabe olan səmimi İsəvilər və xurafatlardan sıyrılıb Qurana təslim olan xristianlardır. Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi ilə dəccalın dinsiz peşəsi yox olacaq.

“O dinsiz peşə məhv olar, ölər. Yoxsa onun şəxsi, bir mikrob, bir soyuqdəymə ilə öldürülə bilər”: Bədiüzzaman burada çox əhəmiyyətli bir mövzuya diqqət çəkir. Əhəmiyyətli olan dinsizliyi insanlar arasında yaymaq üçün səy göstərən insanları tək-tək fikirlə təsirsiz hala gətirmək deyil, dinsiz axınların yaşamasına imkan verən, onlara sözdə dayaq təmin edən bütün fikri sistemlərin ortadan qaldırılmasıdır. Yoxsa kəslərin tək-tək fikirlə təsirsiz hala gətirilməsi çox asandır.

4) Sehr və maqnetizm və ispirtizma (ruh çağırma) kimi istidraci (inkarçıların inkarlarını artıran hadisə) möcüzələriylə özünü mühafizə edən və hər kəsi tabeliyinə alan o dəhşətli dəccalı öldürə biləcək (mənən yox edəcək), peşəsini dəyişdirəcək; ancaq gözəl, möcüzəli və kütlənin məqbulu bir şəxs ola bilər ki: O şəxs, ən çox əlaqədar və əksər insanların peyğəmbəri olan hz. İsa (ə.s)-dır. (Şüalar, səh. 587)

Bədiüzzaman bu sözündə də müxtəlif aldatıcılarla insanların inkarlarını daha da artırmaq üçün səy göstərən dinsiz axınları ortadan qaldıra biləcək, özünə peşə olaraq aldığı bu səyindən dəccalı çevirə biləcək tək adamın hz. İsa (ə.s) olduğunu ifadə edir.

5) Böyük dəccal, şeytanın azdırması və hökmü ilə şəriəti İsəviyənin ehkamını qaldırıb xristianların həyatı ictimaiyələrini (ictimai həyat) idarə edən rabitələri pozaraq, anarxistliyə və Yəcüc və Məcücə zəmin hazırlayar. (Şüalar, səh. 593)

Bədiüzzaman dünya üzərindəki dinsiz fikir sistemlərinin hamısını birdən təyin etmək üçün istifadə etdiyi dəccalın, İsəviliyin bütün dini hökmlərini ortadan qaldırmağı, ictimai həyatı təşkil edən bütün mənəvi bağlarını pozaraq bu kəsləri təxribatçılığa, üsyankarlığa və anarxizmə təşviq edən bir axın olduğunu ifadə edir.

Bədiüzzaman, hz. İsa (ə.s) və onunla birlikdə olan İsəvilərin dinsiz axınları məhv etməsini isə bu şəkildə təyin edir:

6) Şəxsi İsa (ə.s)-ın qılıncı və öldürülən dəccalın, təşkil etdiyi dəhşətli maddiyunluq və dinsizlik əzəmətli heykəli və şəxsi mənəvisini məhv edəcək ancaq İsəvi ruhaniləridir ki; o ruhanilər, dini İsəvinin həqiqətini, həqiqəti İslamiyə ilə qarışdıraraq qüvvətlə onu dağıdacaq, mənən öldürəcək… (Şüalar, səh. 493)

“dəhşətli maddiyunluq və dinsizlik əzəmətli heykəli: Bədiüzzaman bu sözləriylə dünyanın dörd bir tərəfini təsiri altına almış materialist axınları böyük bir heykələ bənzədir. Bu heykəl bəhs edilən axınların məskun və qüvvətli olduqlarına bir işarə ola bilər. Böyük bir heykəli yıxmaq, yerindən sökmək olduqca çətindir. Ancaq bu heykəlin yıxılmasıyla maddiyunluq və dinsizlik həm maddi, həm də mənəvi olaraq ortadan qalxacaq.

“dini İsəvinin həqiqətini, həqiqəti İslamiyə ilə qarışdıraraq”: Hz. İsa (ə.s) ikinci dəfə dünyaya gəldiyində Allahın son kitabı olan Qurana tabe olacaq, pozulmuş xristianlığı gerçək halına çevirib gerçək İslamla birləşdirəcək.

“qüvvətlə onu dağıdacaq, mənən öldürəcək”: Allahın iki haqq dini birləşdiyində geniş mənada çox böyük bir güc qazanacaq. Dünyanın dörd bir tərəfində hakim ideologiya olan materializmi fikirlə məğlub edəcəklər və insanlar üzərindəki bütün təsirini yox edəcəklər.

Bədiüzzaman Səid Nursi, hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə dönüşünü izah etdiyi bütün şərhlərində onun o dövrdəki bütün inkarçı sistemləri ortadan qaldıracağına və bunu edərkən də müsəlmanlarla birlikdə hərəkət edəcəyinə işarə edir. Hz. İsa (ə.s), hz. Mehdi (ə.s) və camaatı ilə birlik olacaq, hz. Mehdi (ə.s)-ın arxasında namaz qılaraq onun liderliyinə tabe olacaq və inkarçı sistemin zülmünü tam mənasıyla ortadan qaldıracaq.