Bədiüzzaman Səid Nursi “Axırzaman Mehdisi” olmadığını necə izah etmişdir?

İslam tarixi boyunca Mehdiyyət mövzusu həmişə gündəmdə olan və maraq oyandıran mövzu olmuşdur. Belə ki, böyük İslam alimi və hicri 13-cü əsrin mücəddidi Bədiüzzaman Səid Nursi İslam tarixində bir çox insanın hz. Mehdinin onların dövründə gələcəyini düşünərək yanıldıqlarını ifadə etmişdir.

Bədiüzzaman Səid Nursi “Risalə-i Nur Külliyyatının” bir çox yerində Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi hz. Mehdinin ondan sonra gələcəyini xəbər vermiş və hədislərdə Mehdiyyət haqqında keçən mövzuları izah etmişdir. Səid Nursinin hz. Mehdinin və tələbələrinin gələcəyi ilə əlaqədar ifadələrindən biri belədir:

“Ta Axırzamanda həyatın geniş dairəsində əsl sahibləri olan hz. Mehdi və şagirdləri (tələbələri) Allahın icazəsi ilə gəlib o dairəni genişlədər və o toxumlar sünbüllənər.” (Sikke-i Tasdik-i Gaybi, səh. 138; Kastamonu Lahikası, səh. 72)

Lakin dövrümüzdə bəzi şəxslər Bədiüzzaman Axırzamanda gələcəyi müjdələnilən hz. Mehdi olduğuna inanırlar.

Halbuki, Bədiüzzaman əsərlərində onun Axırzamanda müjdələnilən Mehdi olmadığını səbəbləri ilə birlikdə dəfələrlə açıqlamışdır. Bunu anlamaq üçün onun bu mövzudakı sözlərini araşdırmaq yerinə düşəcək.

Bu kitabçada Bədiüzzaman Səid Nursinin onun Axırzamanda gələcək hz. Mehdi olmadığına dair əsərlərində yer verdiyi izahları ələ alınır.

“İstiqbAli dünyəviyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək həqiqəti öz əsrlərində yaxın zənn ediblər.” (Sözlər, səh. 318)

Bədiüzzaman bəzi şəxslərin hz. Mehdinin keçmişdə gəldiyini düşünərək yanıldıqlarını ifadə etmiş və hz. Mehdinin gəliş zamanı haqqında məlumat vermişdir:

Bədiüzzaman bu sözləri ilə İslam tarixində bir çox insanın hz. Mehdinin onun dövründə gələcəyini düşünərək yanıldıqlarını ifadə etmiş və hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-dən “1400 il sonra” gələcəyini xatırlatmışdır. Bu, çox əhəmiyyətli məlumatdır. Bədiüzzaman burada nə 1373, nə 1378, nə 1398, nə də başqa tarix verməmişdir, yalnız 1400-cü ildən sonrakı tarixdən bəhs etmişdir. Bu tarix Miladi 1980-ci ilə uyğun gəlir. Hicri 13-cü əsrin mücəddidi olaraq hicri 14-cü əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, hicri 1379-cu il, yəni Miladi 1960-cı ildə vəfat etmişdir. Bədiüzzaman hz. Mehdinin gəliş tarixi üçün öz yaşadığı dövrdən çox uzaq dövrü bildirir. Bədiüzzaman bu açıqlaması ilə açıq və qəti tarix verərək özünün hz. Mehdi olmadığını ifadə edir, hz. Mehdinin onun vəfatından təxminən 20 il sonra gələcəyini müjdələyir.

Bədiüzzaman risalələrində Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq “hər yüz ilin əvvəlində bir mücəddid göndəriləcəyini” xatırlatmışdır. Bədiüzzaman eyni zamanda “1400 il sonra” tarixini verərək “14 və 15-ci əsrlər arasında vəzifə icra edəcək mücəddidin də hz. Mehdi olduğunu” xəbər verir.

Bədiüzzaman hz. Mehdi üçün “1400 il sonra gələcək” ifadəsindən istifadə edərək, hz. Mehdinin dəqiq “gələcəyini” müjdələyir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin şəxsi-mənəvi olmadığını, “ifadə edilən tarixdə gələcək şəxs olduğunu” açıqlayır.

Bədiüzzaman verdiyi bu məlumatla hz. Mehdinin keçmişdə və Bədiüzzamanın yaşadığı dövrdə hələ gəlmədiyini də söyləyir. Çünki diqqət yetirilsə, Bədiüzzaman “hz. Mehdi gəldi, ya da gəlmişdir” demir, “gələcək zamanı” ifadə edən sözdən istifadə edir və “gələcək” deyir.

Bədiüzzaman hz. Mehdi haqqında “həqiqət” sözündən istifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə hz. Mehdinin gəlişinin həqiqət, yəni heç bir şübhəyə yer buraxmayacaq qədər “qəti həqiqət” olduğunu ifadə etmişdir.

Bədiüzzaman bu sözü ilə hz. Mehdinin gəlişindən əvvəl Mehdi olduğu sanılan şəxslərin əksinə, “1400 il sonra gələcək olan Mehdinin həqiqət” olacağını ifadə etmişdir. Yəni bu müqəddəs şəxsin, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində müjdələdiyi bütün xüsusiyyətlərə sahib olan “əsl Mehdi” olacağını və bu xüsusiyyətləri ilə Mehdi zənn edilən şəxslərdən fərqlənib tanınacağını xatırlatmışdır.

Bədiüzzaman daha əvvəl də bir çox insanın hz. Mehdinin gəliş tarixi ilə əlaqədar müxtəlif qənaətlərə gəldiklərini və bu mübarək şəxsin “özlərinin yaşadıqları əsrə yaxın” bir tarixdə gələcəyini düşündüklərini ifadə etmişdir. Ancaq Bədiüzzaman “Karib (yaxın) zənn ediblər” deyərək bu şəxslərin hz. Mehdinin əvvəlki tarixlərdə gəldiyini düşünməklə sadəcə yanlış “zənnə düşdüklərini” xatırlatmışdır. Əslində isə hz. Mehdinin “hicri 1400-cü ildə” gələcəyini və bu tarixdən sonra fəaliyyətinə başlayacağını bildirmişdir. Bədiüzzamanın verdiyi bu tarix Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlarla uyğundur.

“Hz. Mehdi haqqında olan rəvayətin ixtilafı və sirri budur: Hədisi təfsir edənlər Ramuz əl-Hədis təfsirlərinə və gizli mənalarına tətbiq ediblər. Məsələn: O vaxt xilafət Şamda və ya Mədinədə olduğu üçün hz. Mehdi və Süfyanla bağlı hadisələri xilafətin yaxınlığında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək o cür təsvir ediblər.” (Sözlər, səh. 359)

Bədiüzzaman son səltənət və Xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin də bu şəhərdə həyata keçəcəyini bildirmişdir:

Peyğəmbərimiz (s.ə.v) hədislərində özündən sonra bir çox şəxsin gələcəyini bildirmişdir. Bu şəxslərin bəziləri gəlmiş, vəzifələrini icra etmiş və vəfat etmişlər. Hər əsrin əvvəlində göndərilən mücəddidlər də bunlardan bəziləridir. Peyğəmbərimiz (s.ə.v)-in gələcəyini xəbər verdiyi şəxslərin bəziləri hələ də gözlənilir. Bədiüzzaman da hədislər əsasında əsərlərində hələ də gözlənilən bu Axırzaman şəxsləri haqqında ətraflı məlumatlar vermişdir. Hz. İsa və hz. Mehdi ilə yanaşı Dəccal və Süfyan (hədislərdə Axırzamanda İslam dünyasında ortaya çıxacağı və hz. Mehdiyə qarşı mübarizə aparacağı bildirilən və Süfyanı Dəccal olaraq xatırlanan şəxs) kimi inkarçılar da Axırzaman şəxsləri də Bədiüzzamanın məlumat verdiyi bu şəxslər arasındadır. Bədiüzzaman buradakı “hz. Mehdi kimi eşhasın (şəxslərin)” sözləri ilə çox açıq şəkildə hz. Mehdinin mənəvi varlıq olmadığını, “şəxs olduğunu” ifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə hz. Mehdi kimi digər Axırzaman şəxslərinin də şəxsi-mənəvi olmadıqlarını, “şəxs” olduqlarını açıqlamışdır. Şübhəsiz ki, Bədiüzzamanın bu sözləri, Axırzaman şəxslərindən bəzilərinin “şəxs”, bəzilərinin isə “şəxsi-mənəvi” olaraq gələcəkləri iddialarını etibarsız edir. Çünki Bədiüzzaman “hz. Mehdi kimi şəxslər” sözləri ilə bunların hamısını ehtiva edir və hamısını “şəxs” kimi ifadə edən bir ifadədən istifadə edir. Necə ki, Bədiüzzaman əsərlərində Dəccal və Süfyanın şəxs olduqlarını nə qədər dəqiq şəkildə açıqlamışdırsa, hz. İsa və hz. Mehdi mövzusunda da bu həqiqəti o qədər açıq və aydın ifadələrlə dilə gətirmişdir. Dəccalın da, hz. İsa və hz. Mehdinin də fiziki xüsusiyyətlərini təsvir etmişdir. Bu səbəbdən, hz. İsa və hz. Mehdinin şəxsi-mənəvi olacaqları düşüncəsi, Bədiüzzamanın bu şərhləri ilə ziddiyyət təşkil edir. Bədiüzzaman bu sözündə hz. Mehdi haqqında şəxs sözündən istifadə edərək bəhs edir və əks düşüncələrin etibarsızlığını ortaya qoyur.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərini açıqlayanlar, o dövrlərdə səltənətin mərkəzi Bəsrə, Şam, Kufə kimi yerlərdə olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin bu yerlərdə baş verəcəyini düşünmüşdülər. Ancaq Bədiüzzaman, son səltənət və Xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin də bu şəhərdə baş verəcəyini bildirmişdir. Bu ifadələrlə Bədiüzzaman Axırzaman ilə əlaqədar rəvayət və açıqlamaların daha yaxşı anlaşılmasını təmin edir.

“Ashab-ı Kütüb-i Sittedən İmamı Hakimin “Müstedrek”ində və Əbu Davudun “Kitabı Sünen”ində, Beyhaki “Şuabı İman”da dəlillərə əsaslanaraq irəli sürdükləri: “Hər yüz ildə Allah Təala bir mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə açıqlamaq üçün göndərilən böyük İslam alimi, yeniləyici) göndərir…” hədisi şərifinə məzhər (sahib, çatmış) və masadak (ifadə edilən xüsusiyyətlərə tam uyğun gələn) və müzhiri tam olan (xəbərdarlıq vəzifəsini tam olaraq yerinə yetirən).” (Barla Lahikası, səh. 119)

Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq Allahın hər əsrin əvvəlində bir mücəddid göndərəcəyini bildirir.

Bədiüzzamanın burada diqqət çəkdiyi kimi Peyğəmbərimiz (s.ə.v) “hər yüz ildə bir mücəddid göndərildiyini” bildirmişdir:

“Həqiqətən, Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan əlavə edilən xurafatlardan) təmizləyəcək, yeniləyəcək (elm sahibi) bir şəxs göndərir.” (Sünen-i Əbu Davud, 5/100)

Hədisdə Allahın hər yüz ildə bir mücəddid, yəni dini xurafatlardan təmizləyib Quranda izah edildiyi şəkli ilə ortaya qoyan, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi ilə hərəkət edən, zamanın ehtiyaclarına görə insanların ağlında yaranan suallara Qurandan həll yolu gətirən bir insan göndərdiyi ifadə edilir. Növbəti hissələrdə açıqlanacağı kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı hər əsrin əvvəlində insanlara doğrunu göstərən mücəddid göndərmişdir. Axırzamanın böyük mücəddidi də hz. Mehdi olacaq. Hz. Mehdi bir çox hədisdə bildirildiyi kimi, Quran əxlaqını əskiksiz tətbiq edəcək, dini batil inanc və tətbiqlərdən təmizləyəcək, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini yenidən canlandıracaq və bunu bütün dünyaya hakim edəcək.

“Yuxarıdakı hədisdə “hər yüz ilin əvvəlində dini yeniləyəcək mücəddid göndərir” müjdəsinin verildiyi xəbərə (verdiyi məlumatlara) əsasən həzrəti Mövlana Xalid əksər əhli həqiqətə görə (din alimlərinin əksəriyyətinin təsdiqi və ittifaqı ilə) 1200-cü ilin, yəni on ikinci əsrin mücəddididir.” (Barla Lahikası, səh. 120)

Bədiüzzaman bu sözündə, hz. Mövlana Xalidin 12-ci əsrin mücəddidi olduğunu açıqlayır.

Hədislərdə bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonra hər əsrin əvvəlində insanlara din əxlaqını və hökmlərini izah edən, dövrün ehtiyaclarına görə açıqlamalar edən mücəddid gəlmişdir. Məsələn, İmam Rəbbani hicri 1000-ci ilin mücəddididir. Mövlana Xalidi Bağdadi hicri 1193-cü (miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (miladi 1827-ci ildə) vəfat etmişdir. Bu mübarək insan, İslam alimlərinin əksəriyyətinin razılığı ilə hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman da bu həqiqətə diqqət çəkir.

“Madam ki, tam yüz il sonra dörd tərəfdə təvafüq edərək (tam uyğun gələrək) Risalə-i Nur əczaları (hissələri) eyni vəzifəni icra edib. Hədisin ifadəsi ilə Risalə-i Nurun dini yeniləmə barəsində bir mücəddid hökmündə olduğu aydındır.” (Barla Lahikası, səh. 121)

Bədiüzzaman bu sözündə isə, hz. Mövlana Xalidi Bağdadidən tam yüz il sonra özünün və əsərlərinin mücəddid vəzifəsi icra etdiyini açıqlayır. Buna görə, 13-cü əsrin mücəddidi Bədiüzzaman Səid Nursidir. 14-cü əsrin mücəddidi isə hz. Mehdi olacaq.

Bədiüzzaman Səid Nursi isə Mövlana Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü (Miladi 1878-ci) ildə doğulmuşdur. Hicri 1379-da vəfat etmişdir. (Miladi 1960) Bədiüzzaman hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra, yəni 13-cü əsrdə böyük imani xidmət etmişdir. Bu səbəbdən Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.

Bədiüzzaman Risalə-i Nurun mücəddidlik, yəni dini yeniləmə vəzifəsini tam olaraq yerinə yetirdiyini ifadə etmişdir. Risalə-i Nurun təsiri ilə mücəddidlərin fəaliyyətləri bir-birinə uyğundur, 12-ci əsrdəki hz. Mövlana Xalid ilə eyni vəzifəni hicri 13-cü əsrdə Bədiüzzamanın vəsilə olduğu Risalə-i Nur yerinə yetirmişdir. Bu səbəbdən hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra nəşr olunmuş Risalə-i Nura əsasən, risalələrin müəllifi Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.

Bədiüzzamanın burada irəli sürdüyü bir başqa əhəmiyyətli mövzu da vardır. Bütün elçilər və peyğəmbərlər kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və İslam tarixində olan heç bir mücəddid və ya müctəhid də şəxsi-mənəvi olaraq göndərilməmişdir. Allahın Quranda bildirdiyi adətullahına uyğun olaraq bütün mücəddidlər, insanları xəbərdar edib qorxudacaq, onları Allahın rizası, rəhməti və Cənnəti ilə müjdələyə biləcək, onlara doğrunu yanlışdan ayıran hidayət rəhbəri ola biləcək insan kimi gəliblər. Hər birinin tələbələri və onların yolunu izləyənlərdən ibarət şəxsi-mənəviləri olmuşdur.

Mövlana Xalidi Bağdadi və Bədiüzzaman kimi mücəddidlər bunun ən gözəl nümunələrindəndir. Bu mübarək şəxslər yaşadıqları əsrdə şəxs kimi gəlmiş böyük İslam alimləridir. Hər biri layiqincə vəzifələrini icra ediblər. Hər birinin yanında tələbələrindən ibarət və onları təmsil edən şəxsi-mənəviləri olmuşdur. Ətrafında ona bağlı olanlar və tələbələri böyük xidmət göstəriblər, onların şəxsi-mənəvilərini meydana gətiriblər. Ancaq, əlbəttə ki, bu şəxsi-mənəvilərin başında bir mücəddid olaraq həm Mövlana Xalidi Bağdadi, həm də Bədiüzzaman şəxsən iştirak etmişdirlər. Deməli, onlardan sonra gələcək hz. Mehdi də eyni şəkildə şəxsi-mənəvi olmayacaq, eyni vəzifələri boynuna götürə biləcək, dinin həqiqətlərini insanların ehtiyaclarına görə açıqlaya biləcək İslam alimi və mücəddid hökmündə bir şəxs olacaq. Bədiüzzaman bu həqiqəti verdiyi məlumatlarla çox açıq şəkildə ortaya qoyur:

“Çox vaxt məktublarımda işarə etdiyim kimi, hz. Mehdi Ali Rəsulun (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi-mənəvisinin üç vəzifəsi vardır. Əgər qiyamət tez qopmazsa və bəşəriyyət (insanlar) yolundan tamamilə azmazsa, o vəzifələri onun camaati və seyidlərin (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələnlərin) edəcəyini Rəhməti İlahiyyədən (Allahın rəhmətindən) gözləyirik. Onun üç böyük vəzifəsi olacaq.” (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzaman, bu sözündə hz. Mehdinin şübhəsiz ki, Axırzamanda gələcəyini və hz. Mehdinin müqəddəs camaatı ilə birlikdə yerinə yetirəcəyi üç böyük vəzifəsi olacağını açıqlayır.

Bədiüzzaman bu sözündə hz. Mehdi ilə əlaqədar bir neçə əhəmiyyətli mövzunu eyni zamanda açıqlamışdır. Bədiüzzaman əvvəlcə “hz. Mehdi Ali Rəsulun təmsil etdiyi” sözləri ilə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələcək şəxs olduğunu xatırlatmışdır. Şəxsi-mənəvinin hər hansı bir soydan gəlməsi şübhəsiz ki, mümkün deyil. Ancaq bir insan başqasının soyundan gələ bilər. Bədiüzzaman da burada bu həqiqəti vurğulamış, hz. Mehdinin şəxsi-mənəvi olmadığını, “şəxs” olduğunu açıq şəkildə ifadə etmişdir.

Bədiüzzaman bu sözündə hz. Mehdi və camaatının iki ayrı anlayış olduğunu xatırladaraq, hz. Mehdinin “şəxsi-mənəvi” olduğu iddiasının etibarsızlığını ortaya qoymuşdur. Bədiüzzaman “hz. Mehdi Ali Rəsulun təmsil etdiyi müqəddəs camaatın şəxsi-mənəvisi” sözləri ilə “hz. Mehdinin camaatı” olacağını və “bu camaatın başında da onu təmsil edənin şəxsən hz. Mehdi olacağını” ifadə etmişdir. Hz. Mehdinin camaatının olması üçün əvvəlcə hz. Mehdi şəxs olaraq mövcud olmalıdır. Çünki bir şəxsi-mənəvinin özünə aid camaatının olması mümkün deyil. Bədiüzzaman da bu sözündə bu həqiqəti dilə gətirmişdir. Bədiüzzamanın ifadə etdiyi bu vəziyyəti bir neçə sual verərək anlaya bilərik:

1) Bədiüzzaman hz. Mehdi Ali Rəsulun nəyi təmsil etdiyini bildirmişdir?

Mübarək camaatın şəxsi-mənəvisini.

2) Bədiüzzaman mübarək camaatın şəxsi-mənəvisini kimin təmsil etdiyini bildirmişdir?

Hz. Mehdinin…

Bu sualların cavabları hz. Mehdi və onun mübarək camaatının bir-birindən fərqli anlayışlar olduğunu bir daha ortaya qoyur.

Bədiüzzaman Axırzamanda hz. Mehdinin yanında olan möminlərin mübarək camaat olduqlarını, bu camaatın lideri olan hz. Mehdinin də hz. Peyğəmbər (s.ə.v)-in soyundan gələn mübarək biri olacağını bildirmişdir. Bədiüzzaman bu sözünün sonunda “onun üç vəzifəsi olacaq” cümləsi ilə bu mövzunu açıqlayır, bu üç vəzifəni yanındakı mübarək camaat ilə birlikdə hz. Mehdinin şəxsən öndərliyi ilə yerinə yetirəcəyini ifadə edir.

Hz. İsa və hz. Mehdinin şəxsi-mənəvi, ruh, ya da məna kimi görünməz bir güc olaraq xarakterizə olunması Allahın Quran ayələrində bildirilən Adətullahı (Allahın qanunu) ilə tamamilə ziddiyyət təşkil edir. Tarix boyunca heç bir elçi və ya peyğəmbər şəxsi-mənəvi olaraq gəlməmişdir. Quranda müxtəlif camaatlərə göndərilən elçilər, nəbilər və rəsulların həyatı, mübarizələri və təbliğləri haqqında bir çox məlumat verilmişdir. Həyatının sonuna qədər göndərildikləri qövmləri haqq dinə dəvət etmiş, onları Allahın əzabına qarşı xəbərdar edib qorxutmuş və iman edənləri Cənnətlə müjdələyiblər. Yaşadıqları camaatdəki inkarçıların təzyiqlərinə, qurduqları tələlərə və haqq din uğrunda mübarizələrinə səbir və təvəkküllə etiraz etmiş, onları Allahın razı qalacağı əxlaqı yaşamağa çağırmışlar. Bütün bu məlumatlar bizə, tarix boyunca heç bir elçi, nəbi və ya rəsulun şəxsi-mənəvi olaraq göndərilmədiyini, bütün elçilərin fərd olaraq gəldiklərini göstərir.

Əsrlərdir davam edən bu Adətullah (Allahın qanunu) bütün İslam tarixində olduğu kimi Axırzamanda gələcək hz. İsa və hz. Mehdiyə də aiddir. Ancaq əlbəttə ki, bütün peyğəmbər və elçilərin olduğu kimi hz. İsa və hz. Mehdinin də özlərindən ayrı şəxsi-mənəviləri də olacaq. Quranda göndərilmiş bütün peyğəmbər və elçilərin ətrafında onlara inanan və göstərdikləri haqq yolu izləyən toplum olduğu xəbər verilmişdir. Elçilərə iman edən bu şəxslər və onların elçiləri ilə birlikdə etdikləri bütün fəaliyyətləri bu elçilərin şəxsi-mənəvilərini meydana gətirir. Quranda peyğəmbərlərin həyatını izah edən hekayələrdə bu vəziyyət açıq şəkildə görülür. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in səhabələri onun şəxsi-mənəvisini meydana gətirmişdir. Lakin bu, Peyğəmbərimiz (s.ə.v)-in mövcudluğu şərti ilə meydana gəlmişdir. Bu vəziyyət Axırzamanda da dəyişməyəcək, Bədiüzzamanın da dilə gətirdiyi kimi hz. İsa və hz. Mehdi yanlarındakı möminlərin başında şəxsən hidayət öndəri olacaqlar.

Bədiüzzaman hz. Mehdinin “bir və ya iki deyil, üç böyük vəzifəsi olacağını” bildirir. Bədiüzzaman hz. Mehdinin təmsil etdiyi camaatı ilə birlikdə bu üç vəzifənin üçünü eyni zamanda yerinə yetirəcəyindən bəhs etmişdir. Bədiüzzaman bunun hz. Mehdini özündən əvvəl gələn mücəddidlərdən fərqləndirən və tanıdan ən əhəmiyyətli əlamətlərindən olduğunu bildirmişdir.

Bu üç böyük məsuliyyət digər İslam alimlərinin dövrlərində yerinə yetirilməmişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gələn mücəddidlərin onun üç vəzifəsindən yalnız birini yerinə yetirdiklərini söyləmişdir. Ancaq Axırzamanda gələcək hz. Mehdinin hər üç vəzifəni eyni vaxtda edəcəyini və bu xüsusiyyətinə görə də Axırzamanın “böyük Mehdi”si ünvanını alacağını bildirmişdir.

“Birincisi: Elm və fəlsəfənin təsiri ilə və Materializm və Ateizm xəstəliyinin insanlar arasında kütləvi şəkildə yayılması ilə hər şeydən əvvəl Fəlsəfə və Materializmi (materializm, Darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz axınları) tamamilə susduracaq şəkildə imanı qurtarmaqdır. İman əhlini dəlalətə düşməkdən qorumaq (iman edənləri azğınlıqdan qorumaq)…” (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üç böyük vəzifəsindən birincisini açıqlayır. Buna görə hz. Mehdinin birinci vəzifəsi “materialist və ateist fəlsəfələri tamamilə susduracaq şəkildə insanların iman etmələrinə vəsilə olmaq”dır.

1) Elm və fəlsəfə

Bədiüzzaman bu sözlərində elm və fəlsəfənin təsiri ilə materializm, Darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz axınların insanlar arasında yayılmasına diqqət çəkmişdir. Bədiüzzaman bu axınların təsirsiz hala gətirilərək qarşısının tamamilə alınmasının və insanların imanının qurtarılmasının hz. Mehdinin birinci vəzifəsi olduğunu ifadə etmişdir.

Bədiüzzaman burada hz. Mehdinin birinci vəzifəsi ilə əlaqədar olaraq “elm və fəlsəfə”nin təsirinə xüsusilə diqqət çəkir. Elm və fəlsəfə iman gözü ilə baxan insanların dünyagörüşünə, böyük inkişafa, Allahın varlığının və sifətlərinin daha yaxşı başa düşülməsinə vəsilə olar. Bədiüzzamanın da ifadə etdiyi kimi elmin materializmin müdafiəçiləri tərəfindən insanlar üzərində yaradılan yanlış tərəflərini hz. Mehdi ortadan qaldıracaqdır. Axırzamanda texnologiyanın sürətlə inkişafı ilə bir çox elm sahəsində irəliləyişlər olacaq. Allahın varlığının dəlilləri, yer üzündəki iman həqiqətləri elmi dəlillər ilə ortaya çıxacaq. Hz. Mehdi bu həqiqətləri insanlara ən təsirli üsullarla çatdıracaq və dünya miqyasında nəticə əldə edəcək. Məsih Dəccalın Axırzaman fitnəsi, ancaq belə güclü üsullarla qırılacaq.

2) Materializm, Darvinizm və Ateizm xəstəliyi

Materializm və Ateizm insanlığa böyük fəlakətlər gətirən azğın axınlardır. Darvinizm, Materializm və Ateizmə fikri dayaq verir. Darvinizmin iddiası, kainatın və canlılığın kor təsadüflər nəticəsində öz-özünə mövcud olmasıdır. Son 150 ilin ən böyük yalanı olan bu axının fikirlə susdurulması günümüzə qədər mümkün olmamışdır. Darvinizm müasir elmin son tapıntıları və irəliləyən texnologiya vəsiləsi ilə hz. Mehdi dövründə tamamilə ortadan qalxacaq. Bəşəriyyət tarixinin ən şiddətli fitnəsinin qarşısının fikri mübarizə ilə susdurulması hz. Mehdi zamanında həyata keçiriləcək.

Bədiüzzaman bu sözlərində hz. Mehdinin “Fəlsəfəni və Materializmi susduraraq” insanların imanlarının xilas olmasına vəsilə olacağını ifadə etmişdir. Bədiüzzaman Axırzamanda ateist fəlsəfələrin təhlükəli olacağını bildirmiş, xüsusilə, Darvinist, Materialist fəlsəfələrin ateizmlə güclənəcəyini və Allahın varlığını inkar edəcək qədər təhlükəli olacağını ifadə etmişdir. Bu səbəblə, hz. Mehdinin birinci vəzifəsinin, materializm, yəni Allahı inkar üzərinə qurulmuş materialist, darvinist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənası ilə qaldırmaq olacağını ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “tamamilə aradan qaldıracaq şəkildə” ifadəsi çox əhəmiyyətlidir. Bilindiyi kimi, materializmin həm Türkiyədə, həm də dünyada güclənməsi Bədiüzzamanın zamanında davam etdiyi kimi, vəfatından, yəni 1960-cı ildən sonra da günümüzə qədər davam etmişdir. Təsirləri televiziya və radio kanallarının inkişafı, yazılı mətbuatın da dəstəyi ilə getdikcə artmışdır. Yəni Bədiüzzamanın vəfatından sonra da materializm təbliğatı artaraq 21-ci əsrə qədər gəlmişdir.

Özünün də ifadə etdiyi kimi, Bədiüzzamanın dövründə bu mövzuda tam nəticə əldə edilməmişdir. Bədiüzzaman bu sözündə istifadə etdiyi “Tamamilə aradan qaldıracaq şəkildə” ifadəsi ilə bu həqiqətə diqqət çəkmişdir. Materializm, ateizm və darvinizmin çöküşü ilə birlikdə insanların imanını qurtarma vəzifəsi dünya səviyyəsində hz. Mehdiyə verilmişdir. Bədiüzzamanın şəxsən başlatdığı, ancaq tamamilə sona çatmayan bu axınla fikri mübarizə hz. Mehdi ilə davam edəcək və nəticə əldə ediləcək.

Bədiüzzaman da “tamamilə aradan qaldıracaq” ifadəsi ilə, ancaq hz. Mehdinin bu mübarizədə “tam üstünlük əldə edəcəyinə” işarə edir.

“İkinci vəzifəsi: Xilafət-i Məhəmmədiyyə (s.ə.v) ünvanı ilə (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi ünvanı ilə) İslam əxlaqının əsaslarını yenidən canlandırmaqdır. İslam aləminin birliyinə əsaslanaraq bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və Allahın əzabından qurtarmaqdır. Bu vəzifənin, istinad nöqtəsi və xidmətçiləri, yəni milyonlarla üzvü olan ordusu olmalıdır.” (Emirdağ Lahikası, səh. 25)

Bədiüzzamanın açıqlamalarına görə hz. Mehdi hal-hazırda müxtəlif qruplar halında dağınıq olan müsəlmanları birləşdirəcək, İslam əxlaqını, fəzilətini və Peyğəmbərimiz (s.ə.v)-in əsl sünnələrini canlandıracaq. İslam aləmini birləşdirəcək, bu vəsilə ilə bəşəriyyəti maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın qəzəbindən çəkinmələrinə vəsilə olacaq.

Bədiüzzaman, “Xilafət-i Məhəmmədiyyə ünvanı ilə” sözləri ilə hz. Mehdinin İslam dünyasının öndəri olacağını ifadə edir. Hz. Mehdinin “İslam camaatının lideri xüsusiyyəti ilə İslamiyyəti yenidən canlandırması, milyonlarla üzvü olan toplumun maddi və mənəvi gücü ilə hərəkət edərək bütün yer üzündə İslam birliyini təmin etməsi” xüsusiyyətləri, nə Bədiüzzaman, nə də ondan əvvəlki mücəddidlərin dövründə baş verməmişdir. Bədiüzzaman Səid Nursi yaşadığı dövr boyunca İslam dünyası və müsəlmanlar üçün bənzərsiz xidmətlər göstərmiş, bir çox insanın doğru yolu tapmasına, Allaha yaxınlaşmasına və imanda dərinləşməsinə vəsilə olmuşdur. Ardında müsəlmanlar üçün əhəmiyyətli hidayət rəhbəri olan hikmətli əsərlər buraxmış, üstün elm və fərasəti ilə bütün müsəlmanlara işıq tutmuşdur. Böyük mütəfəkkir olan Bədiüzzaman 13-cü əsrin mücəddididir. Ancaq özünün də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində açıqladığı kimi, “bütün müsəlmanların lideri” xüsusiyyətini daşımayıb. Allahın icazəsi ilə, bütün İslam aləmi üçün böyük müjdə ehtiva edən bu hadisələr, Axırzamanda hz. Mehdi vəsiləsi ilə yaşanacaq və bu ünvanı da hz. Mehdi daşıyacaq. Bədiüzzaman bu mövzunu bütün dəlilləri ilə izah edərək, özünün Axırzaman Mehdisi olmadığını açıq şəkildə ifadə etmişdir.

Bu gün dünyada 1 milyarddan çox müsəlman yaşayır. Dünya tarixində ilk dəfə müsəlmanlar bu qədər çoxdurlar. Bu böyüklükdə kütləyə öndərlik etmək tarixdə heç kimə nəsib olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu şərəfli xüsusiyyəti, Allahın icazəsi ilə, Axırzamanın “böyük Mehdisi” daşıyacaq.

Bədiüzzaman “İslam aləmini canlandırmaqdır” sözləri ilə hz. Mehdinin ikinci vəzifəsinin İslam əxlaqının əsaslarını yenidən canlandırmaq olduğunu ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “canlandırmaq” sözü çox əhəmiyyətlidir. Bu söz “yenidən həyat vermək” mənasındadır. Hz. Mehdi İslam əxlaqının dünya səviyyəsində yaşanmasına vəsilə olacaq. Bədiüzzaman bu mövzunun toxumlarını atmışdır, ancaq ifadə etdiyi kimi “yenidən həyat vermək şəklində canlanma”, tam mənası ilə hz. Mehdi vəsiləsi ilə yerinə yetiriləcək.

Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin daha əvvəl heç bir mücəddid tərəfindən yerinə yetirilməmiş vəzifələrindən birinin “İslam Birliyinin təmin edilməsi” olduğunu bildir. Bilindiyi kimi, bu birlik dünya müsəlmanlarının bir dam altında yaşadıqları son dövlət olan Osmanlı imperiyasının devrilməsindən sonra ortadan qalxmışdı. Hz. Mehdi bu birliyin yenidən qurulmasına vəsilə olacaq, milyonlarla Müsəlmanı bir yerə gətirəcək. Bədiüzzaman hz. Mehdinin bu birliyə əsaslanaraq bəşəriyyəti maddi və mənəvi təhlükələrdən qoruyacağını və Allahın qəzəbindən çəkinmələrinə vəsilə olacağını bildirmişdir. Bədiüzzamanın da vurğuladığı kimi, İslam birliyinin təmin edilməsi və bu birliyin liderliyi ünvanının daşınması Bədiüzzamanın, ondan əvvəlki mücəddidlərin dövründə və günümüzdə hələ baş verməmişdir. Bədiüzzaman da bu həqiqəti vurğulamış, bu hadisələrin hz. Mehdinin tanınmasında ən əhəmiyyətli əlamətlərdən biri olacağını xatırlatmışdır. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi gələndə vəsilə olacağı bu hadisələrlə, Allah, onu bütün insanlara tanıdacaq.

Bədiüzzaman “milyonlarla üzvü olan ordular” sözləri ilə hz. Mehdinin bu birliyi yaratmasında ona kömək edəcək çox geniş kütlənin olacağından danışır. Bədiüzzaman hz. Mehdinin Allahın varlığı və birliyi mövzusunu, iman həqiqətlərini bütün bəşəriyyətə izah edəcək, geniş miqyaslı iman xidməti icra edəcək elm və iman toplumu olacağını bildirmişdir.

Bədiüzzaman əsərlərində yer verdiyi digər sözlərində özünün də bu elm ordusu üçün onlara əvvəldən zəmin yaradan əsgər olduğunu izah edir. Bədiüzzamanın yaşadığı müddətdə onun xidmətinə verilmiş belə geniş kütləvi dəstək və kömək olmamışdır. Bədiüzzamanın da sözlərində dəfələrlə ifadə etdiyi kimi, məhdud birlik olan Nur tələbələri çox məhdud imkanlarla və böyük fədakarlıqlarla böyük imani xidmət ediblər. Bədiüzzaman belə böyük kütlənin dəstəyinin, ancaq Axırzamanda olacağını və bunun da hz. Mehdinin icra edəcəyi böyük vəzifə üçün nəsib olacağını bildirir.

“Üçüncü vəzifəsi: …O şəxs bütün iman edənlərin mənəvi yardımları ilə və İslam birliyinin köməyi ilə və bütün alimlərin və vəlilərin və şəxsən Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn hər əsrdə milyonlarla güclü, fədakar seyidlərin dəstəyi ilə (Peyğəmbər soyundan gələn fədakar şəxslərin dəstəyi ilə) o böyük vəzifəni icra etməyə çalışar.” (Emirdağ Lahikası, səh. 260)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üçüncü vəzifəsini açıqlamışdır. Buna görə hz. Mehdi Quran əxlaqının gözardı edildiyi dövrdə insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam birliyini quracaq və bu böyük vəzifələrində ona dəstək olan bir çox saleh insan olacaq.

Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsini çox əhəmiyyətli və geniş kütlələrin dəstəyi ilə həyata keçirəcəyini bildirmişdir. Bədiüzzaman “bütün iman əhlinin mənəvi köməyi ilə” sözləri ilə hz. Mehdinin bu vəzifəni icra etmədə əsas köməyin “bütün müsəlmanların” ittifaq halında meydana gələrək yaradacaqları birliyin olacağını bildirmişdir.

Hz. Mehdi və köməkçiləri gücünü Allah sevgisindən, iman coşğusundan alan cəsur insanlar olacaqlar. İmanlarının nuru bütün dünyanın aydınlanmasına vəsilə olacaq. Bütün müsəlmanların daxil olduğu bu ittifaq Bədiüzzamanın dövründə olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi bu geniş kütlənin mənəvi yardımları ancaq Axırzamanda hz. Mehdi ilə birlikdə meydana gələcək və onun üçüncü vəzifəsinin həyata keçməsində böyük rol oynayacaq.

Bədiüzzaman “İslam Birliyinin dəstəyi ilə” sözləri ilə hz. Mehdinin üçüncü vəzifəsini “İslam Birliyinin köməyi ilə” yerinə yetirəcəyini bildirmişdir. Belə birlik Bədiüzzamanın dövründə olmamışdır. Bədiüzzaman İslam Birliyinin bu cür yardımlaşmasının hz. Mehdi dövründə olacağını və onun üçüncü vəzifəsinə böyük dəstək verəcəyini bildirmişdir.

Bədiüzzaman hz. Mehdinin bu üçüncü vəzifəsindəki digər köməyin “bütün övliyaların dəstəyi ilə” olacağını bildirmişdir. Hz. Mehdinin gəlişi 1400 ildir bütün İslam alimləri və iman sahibləri tərəfindən böyük həyəcanla gözlənilir. Şübhəsiz ki, bütün alimlərin və vəlilərin daxil olacağı bu dəstək hz. Mehdinin mübarizəsində və bu vəzifəni icra etməsində böyük rol oynayacaq və asanlıq yaradacaq. Diqqət yetirilsə, Bədiüzzaman burada xüsusilə “bütün” kəliməsini işlətmiş və hz. Mehdini “alimlərin hamısının” dəstəkləyəcəyini bildirmişdir. Bədiüzzamanın dövründə İslam alimləri belə ittifaq etməmişdilər. Bədiüzzaman bu dəstəyin ancaq hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə ilə birlikdə həyata keçəcəyini xatırlatmışdır.

Bədiüzzaman bu sözü ilə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək soyundan olacağına, ona dəstək verənlər arasında da Əhli Beytdən, yəni Peyğəmbər soyundan gələn şəxslərdən ibarət olacağına diqqət çəkmişdir. Bədiüzzaman, bütün müsəlmanlar, İslam alimləri və övliyalar ilə birlikdə “milyonlarla seyidin də hz. Mehdinin yanında olacağını və bu müqəddəs şəxsə dəstək verəcəyini” bildirmişdir. Hz. Mehdinin üçüncü vəzifəsinin yerinə yetirilməsi üçün köməkçiləri tərəfindən verilən dəstək daha əvvəl nə Bədiüzzaman dövründə, nə də ondan əvvəlki mücəddidlərin dövründə olmamışdır. Bədiüzzamanın açıqladığı kimi, “Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn milyonlarla seyidin iştirakı” ancaq hz. Mehdi dövründə olacaq.

Bədiüzzaman “o vəzifəni icra etməyə çalışacaq” sözləri ilə hz. Mehdinin şəxsi-mənəvi deyil, “insan kimi fəaliyyət göstərəcəyini” ifadə etmişdir. Çünki şəxsi-mənəvinin bir vəzifəni “icra etməyə çalışması” mümkün deyil. Belə cəhdi ancaq insan edə bilər. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. Mehdinin şəxs olduğunu ifadə etmişdir.

Bədiüzzaman sözlərində hz. Mehdinin yerinə yetirəcəyi xidməti “böyük vəzifə” kimi xarakterizə etmişdir. Bədiüzzamanın bu ifadəsinə görə hz. Mehdinin edəcəyi xidmətlər özündən əvvəlki dövrlərdə gələn mücəddidlərin vəzifələrindən fərqli olaraq “böyük miqyaslı” fəaliyyətlərdir. Hz. Mehdi İslam əxlaqını dünya səviyyəsində hakim edəcək, İslam dünyasını birləşdirəcək və bütün müsəlmanların liderliyini boynuna götürəcək. Bədiüzzamanın “vəzifə-i uzma” sözləri ilə ifadə etdiyi bu hadisələr hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərindən olacaq.

“Hərçənd hər əsrdə hidayət verən, bir növ Mehdi və mücəddid gəlir və gəlmişdir. Lakin hər biri üç vəzifədən yalnız birini icra etdiyi üçün Axırzamanın Böyük Mehdisi ünvanını almamışdır.” (Emirdağ Lahikası, səh. 260)

Bədiüzzaman bu sözündə Quran əxlaqını dünyada hakim etmək məqsədi ilə əvvəlki əsrlərdə də bəzi Müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin Axırzamanda hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni eyni zamanda yerinə yetirə bilmədiklərini ifadə etmişdir.

Bədiüzzaman bu sözü ilə bir neçə əhəmiyyətli mövzuya açıqlıq qazandırmışdır. Bədiüzzaman əvvəlcə hz. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq hər yüz ilin əvvəlində bir mücəddid (yeniləyici) göndəriləcəyini bildirmişdir. Bədiüzzaman Risalələrdə hz. Mehdinin də hicri 14-cü əsrin əvvəlində gələcəyini və 14 və 15 -ci əsrlər arasındakı mücəddid olacağını ifadə etmişdir.

Bədiüzzaman bu sözü ilə keçmiş dövrlərdə göndərilmiş mücəddidlər ilə hz. Mehdi arasındakı fərqi açıqlamış və hz. Mehdinin hansı xüsusiyyəti ilə bu mücəddidlərdən fərqlənəcəyini bildirmişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gələn mücəddidlərin, onun üç vəzifəsindən birini yerinə yetirdiklərini və bu baxımdan “bir cür Mehdi və mücəddid vəzifəsini boynuna götürdüklərini” söyləmişdir. Ancaq Bədiüzzaman yuxarıda bəhs etdiyi üç vəzifənin üçünü birdən yerinə yetirəcək olan şəxsin yalnız “böyük Mehdi” olacağını və bu xüsusiyyəti ilə digər mücəddidlərdən fərqlənəcəyini ifadə etmişdir. Necə ki, Bədiüzzamanın istifadə etdiyi “bir növ Mehdi” ifadəsi də bu vəziyyəti açıqlayır. Bədiüzzaman keçmişdə gələn və hz. Mehdinin üç böyük vəzifəsindən yalnız birini edən şəxslərin əslində Axırzamanın gözlənilən Mehdisi olmadıqlarını, bu şəxsləri “bir növ Mehdi” olaraq xarakterizə edərək ifadə etmişdir.

Bədiüzzaman istifadə etdiyi “hər biri” ifadəsi ilə hz. Mehdidən əvvəl gəlmiş mücəddidlərin də hz. Mehdi kimi əsl şəxsiyyətlər olduqlarına, şəxsi-mənəvi olmadıqlarına diqqət çəkir. Bu açıqlamada bəhsi keçən əvvəlki əsrlərdə göndərilən mücəddidlərin bir şəxs olduqları qəbul olunarkən, Bədiüzzamanın eyni açıqlamasında yenə şəxs olacağını ifadə etdiyi “Böyük Mehdi”nin şəxsi-mənəvi olacağı düşüncəsi əlbəttə ki, ziddiyyətlidir. Bu düşüncəyə görə, Axırzaman Mehdisindən əvvəl gələn bütün mücəddidlər də şəxsi-mənəvi olmalı idi. Ancaq belə şey olmamışdır. Necə ki, Bədiüzzaman da sözlərində bu həqiqəti açıqlamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olması ilə tanınacaq Böyük Mehdi Axırzamanda “bir şəxs” kimi ortaya çıxacaq və Allahın icazəsi ilə Bədiüzzamanın ifadə etdiyi üç vəzifəni eyni zamanda yerinə yetirəcək.

Bədiüzzaman sözlərində iki ayrı növ Mehdi olduğunu ifadə etmişdir. Bunlardan birincisini, “sabiq (əvvəlki) Mehdilər”, digərini isə Axırzamanda gələcək “böyük Mehdi” adlandırmışdır. Bədiüzzaman Səid Nursi hz. Mehdinin edəcəyi fəaliyyətləri saymış və bunları ondan başqa heç kimin edə bilməyəcəyini ifadə etmişdir. Buna görə, bu əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə vəsilə olan şəxsə “böyük Mehdi” demişdir. Bədiüzzaman əsərlərində, özü də daxil olmaqla əvvəlki dövrlərdə gələn, sabiq Mehdilər olaraq adlandırdığı mücəddidlərin bu üç vəzifəni yerinə yetirə bilmədikləri üçün Böyük Mehdi ola bilməyəcəklərini izah etmişdir. Bədiüzzaman əsərlərində bu şəxslərin Böyük Mehdi ünvanını ala bilməmələrinin bir başqa səbəbinin isə, bu şəxslərin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə etdiyi xüsusiyyətlərə uyğun gəlməmələri olduğunu bildirmişdir.

“Mən özümü seyid (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) kimi qəbul etmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki, Axırzamanın o böyük şəxsi Ali Beytdən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) olacaq.” (Emirdağ Lahikası, səh. 247-250)

Hz. Mehdinin hədislərdə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, “seyid”, yəni Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmasıdır.

“Qiyamətin qopması üçün bir gün qalmış olsa belə, Allah Mənim Ali Beytimdən (soyumdan) olan bir şəxsi (hz. Mehdini) göndərəcək”. (Süneni Əbu Davud, 5/92)

Bədiüzzaman da bu sözündə onun Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmadığını, hz. Mehdinin isə bu mübarək soydan olacağını ifadə etmişdir.

Bədiüzzaman seyid deyil və seyid olmamasının onun Mehdi olmayacağının dəlillərindən biri olduğunu ifadə edir. Şübhəsiz ki, bir şəxsə sual verilməsinin səbəbi bu mövzunun doğrusunu öyrənməkdir. Bədiüzzaman Səid Nursidən də Mehdi olub olmadığının soruşma səbəbi doğruları öyrənməkdir. Bu sual qarşısında “Xeyr, mən Mehdi deyiləm” deyirsə və bunun onlarla dəlilini qarşıya qoyursa, buna inanmaq lazımdır. Çünki Bədiüzzaman çox açıq şəkildə bu mövzuya cavab vermiş və “mən seyid deyiləm” demişdir.

Üstəlik, Bədiüzzaman seyid olsaydı, bunu gizlətməsi üçün heç bir səbəb yoxdur. Çünki seyid olmaq gizlədilməməlidir. Tam əksinə, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmaq müsəlmanlar üçün böyük şərəfdir. Bu səbəbdən Bədiüzzaman seyid olsaydı, bunu heç bir şəkildə gizlətməz və açıq şəkildə ifadə edərdi. Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğunu ifadə etməkdən böyük qürur duyardı. Ondan belə sual soruşanda “Bəli seyidəm, amma Mehdi deyiləm” deyərdi. Çünki Bədiüzzaman şəxsən öz əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in hədisini xatırladaraq “seyid olan şəxsin seyidliyini gizlətməsinin Quran əxlaqına uyğun olmadığını” ifadə etmişdir.

“Duhul və huruc (üsyan) günah olduğu kimi, seyid olmayanın seyidəm deməsi və seyid olanın isə deyiləm deməsi də günahdır… hədis və Quranda qadağan edilmişdir.” (Muhakemat, səh. 52)

Bədiüzzamanın bu sözü çox açıqdır. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyi kimi, İslam əxlaqına görə seyid olan şəxs heç bir səbəblə bunu gizlədə bilməz. Seyid olmayan şəxs mən seyidəm deyə bilməz. Bu vəziyyətdə Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı şəxsin seyidliyini gizlətdiyi düşüncəsi doğru deyil. Bununla yanaşı, hər seyid olan şəxs mütləq Mehdi olacaq deyə bir şey yoxdur. Dünyada milyonlarla seyid olan insan var. Bir insanın seyid olması Mehdi olmasını tələb etmədiyi üçün, hər insan bu həqiqəti rahatlıqla dilə gətirə bilər. Üstəlik, Bədiüzzaman “mənim bu mövzudakı tək əskikliyim seyidliyimdir, əgər seyid olsaydım, Mehdi olardım” da deməmişdir. Tam əksinə, Bədiüzzaman hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri açıqlamış və bunların heç birinin özünün yaşadığı dövrdə olmadığını ifadə etmişdir.

Bədiüzzaman “Ali Beytdən olacaq” sözləri ilə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn seyid olacağını ifadə etmişdir. Bədiüzzaman əsərlərinin müxtəlif hissələrində hz. Mehdinin bu xüsusiyyətinə diqqət çəkərək, hz. Mehdinin mənəvi varlıq olmadığını, müəyyən soydan gələcək “bir şəxs” olduğunu vurğulamışdır. Peyğəmbərimiz (s.ə.v)-in də hz. Mehdinin bu xüsusiyyətini bildirdiyi çox sayda hədisi vardır. Bir şəxsi-mənəvinin Peyğəmbər soyundan gəlməsi mümkün deyil. Üstəlik, belə düşüncə həm Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə, həm də Bədiüzzamanın sözləri ilə çox açıq şəkildə ziddiyyət təşkil edir. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi “Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn bir şəxs” olacaq.

“Ümmətin gözlədiyi Axırzamanda gələcək şəxsin üç vəzifəsindən ən vacibi, ən böyüyü və ən dəyərlisi əsl imanı nəşr edib və paylamaq yolu ilə yaymaq və iman edənləri dəlalətdən qurtarmaqdır.” (Sikkə-i Tasdiki Gaybi, səh. 9)

Bədiüzzaman hz. Mehdinin üç böyük vəzifəsindən birincisinin və ən əhəmiyyətlisinin əsl imanı yayaraq insanların azğınlıqdan xilas olmasına vəsilə olması olduğunu ifadə etmişdir.

Bədiüzzaman müsəlmanların gözlədiyi, Axırzamanda gələcək mübarək şəxsin tək vəzifəsi bir olmayacağını bildirmişdir. Bu şəxsin “Üç böyük və geniş əhatəli vəzifəsi “ olacağını ifadə etmişdir. Bədiüzzaman bu vəzifələrin;

İnsanların imanını qurtarmaq,

İslam Birliyini qurmaq və bütün dünya müsəlmanlarının öndəri olmaq,

Quran əxlaqını bütün dünyaya hakim etmək və xristianlarla ittifaq qurmaq,

olduğunu açıqlamışdır. Peyğəmbərimiz (s.ə.v)-dən bu günə kimi göndərilən mücəddidlər arasında, 1400 ildir bu vəzifələrin birini yalnız müəyyən tərəflərdən yerinə yetirmiş İslam böyükləri olmuşdur. İslam tarixində insanların imanına vəsilə olan bir çox böyük alim olmuşdur. Osmanlı padşahları İslam birliyini idarə etmiş Müsəlman öndərlərdir. Lakin heç biri bəhs edilən üç əhəmiyyətli vəzifəni eyni zamanda və dünya səviyyəsində yerinə yetirə bilməyiblər. Bədiüzzaman da burada hz. Mehdinin bu xüsusiyyətini vurğulayaraq, bu üstün xüsusiyyətli şəxsin keçmiş dövrlərdə gəldiyindən bəhs edilə bilməyəcəyini, bu vəzifələrin icra edilməsinin onu insanlara tanıdan xüsusi əlaməti olacağını ifadə etmişdir.

Bədiüzzaman “imanı qurtarma vəzifəsi”nin Axırzamanda gələcək hz. Mehdinin üç vəzifəsindən birincisi olduğunu ifadə etmişdir. Bu vəzifəni hz. Mehdinin “ən əhəmiyyətli və ən qiymətli vəzifəsi” olaraq adlandırmışdır. Axırzamanda heç kimə nəsib olmamış miqyasda olacaq. Bədiüzzaman burada istifadə etdiyi “nəşr edəcək” sözü ilə iman həqiqətlərinin hər cür imkandan istifadə edərək, gələcək olan bu mübarək şəxsin öz dövründə “çox böyük və əhəmiyyətli imani xidmət” edəcəyini bildirmişdir. Bu xidmətin müxtəlif kütləvi informasiya vasitələri ilə ediləcəyinə diqqət çəkmişdir. Bu şəkildə də imanı yayma çalışması dünyadakı bütün insanlar tərəfindən bilinəcək. Axırzamanda Məsih Dəccalın fitnəsi bütün insanları əhatə edəcək, bu böyüklükdəki fitnəni təsirsiz hala gətirib inananların imanını qorumaq da hz. Mehdinin ən böyük vəzifələrindən biri olacaq. Bədiüzzaman bu günə qədər belə böyük miqyasda “imanı qurtarma vəzifəsi”nin heç bir mücəddid tərəfindən yerinə yetirilmədiyinə və hz. Mehdinin də bu vəzifəsini böyük təsir yaradacaq şəkildə həyata keçirməsi ilə tanınacağına işarə etmişdir.

“…Bu həqiqətdən aydın olur ki; sonra gələcək o mübarək şəxs Risalə-i Nuru bir proqramı kimi nəşr və tətbiq edəcək.” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman bu sözü ilə bir daha hz. Mehdinin gəlişini müjdələmiş və bu mübarək şəxsin fəaliyyətlərini yerinə yetirərkən özünü “hz. Mehdiyə zəmin hazırlayan qabaqcılı” adlandıran Bədiüzzamanın əsərlərindən də istifadə edəcəyini ifadə etmişdir.

Hz. Mehdidən əvvəlki əsrin mücəddidi olduğuna görə əsərlərində özünü “hz. Mehdinin qabaqcılı”, “ona zəmin hazırlayan əsgəri” adlandırmışdır. Başqa sözündə də “onun əkdiyi toxumların hz. Mehdi tərəfindən böyüdüləcəyini və bu mübarək şəxs vəsiləsi ilə bu toxumların sümbüllənəcəyini” izah edərək hz. Mehdinin gəlişindən əvvəl etdiyi çalışmalarla ona “ön hazırlıq” etdiyini izah edir. Bədiüzzaman bu sözündə də Risalə-i Nur Külliyyatının hz. Mehdinin təbliğində istifadə edəcəyi ön hazırlıq olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdi zühur edəndə Risalələri hazır görəcəyini və imanı qurtarma vəzifəsində Risalələrdən faydalanacağını ifadə etmişdir. Bədiüzzaman bu sözləri ilə özünün hz. Mehdi olmadığını, hz. Mehdinin “ondan sonrakı dövrdə gələcəyini” açıqlamışdır.

“O şəxsin ikinci vəzifəsi şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) icra və tətbiq etməkdir (tətbiq etmək və yerinə yetirməkdir)”. (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman bu sözündə də hz. Mehdinin ikinci vəzifəsinin Quran əxlaqının əsaslarının tam olaraq yaşanmasına vəsilə olmaq olduğunu açıqlayır.

“İcra və tətbiq etmək”, “tətbiq etmək, qüvvəyə mindirmək, yerinə yetirmək” deməkdir. Bədiüzzaman da bu sözü ilə hz. Mehdinin, Quran əxlaqının əhəmiyyətini və əsaslarını, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini ifadə edir. Bu da hz. Mehdinin İslam birliyini meydana gətirməsi və bütün müsəlmanların liderliyini boynuna götürməsi ilə həyata keçəcək. Bədiüzzaman da bu həqiqəti xatırladaraq, bu vəzifəni hələ heç kimin yerinə yetirmədiyinə və olanda da bunun hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olacağına diqqət çəkmişdir.

“Birinci vəzifə, maddi güc ilə deyil, bəlkə güclü etiqad (güclü və səmimi iman) və ixlas (yalnız Allahın məmnuniyyətini güdmə) və sədaqətlə (ürəkdən bağlılıqla) olduğu halda, ikinci vəzifə üçün çox böyük maddi güc və hakimiyyət lazımdır ki, tətbiq edilə bilsin (yerinə yetirilə bilsin).” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman hz. Mehdinin ikinci vəzifəsinin ancaq “böyük maddi güc və hakimiyyət ilə” icra edə biləcəyini ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin ikinci vəzifəsini ancaq “böyük maddi güc və hakimiyyət ilə” edə biləcəyini vurğulamışdır. Bu gücə sahib olacaq tək şəxs hz. Mehdidir. Bədiüzzaman hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində həyata keçirəcəyini xatırladaraq, onun sahib olacağı maddi güc və hakimiyyətin də çox böyük ölçüdə olacağına diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in dövründən bu günə kimi belə güc və hakimiyyət təmin edilməmişdir. Bədiüzzaman da yaşadığı müddətdə belə güc və hakimiyyət sahibi olmamışdır. Bütün həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu uğurda hər cür fədakarlığı gözə almış və çox böyük xidmət etmişdir. Ancaq onun təbliği maddi güc və hakimiyyət daxilində deyil, çox çətin maddi şərtlərdə və böyük çətinliklər altında keçmişdir. Həm Bədiüzzaman, həm də tələbələri böyük iman xidmətlərini çox məhdud imkanlarla ediblər. Bədiüzzaman şərəfli mübarizəsini bu çətinliklər ilə davam etdirmiş və ixlas ilə, səmimiyyəti ilə müsəlmanlara nümunə olmuşdur. Ancaq şəxsən özünün də ifadə etdiyi kimi, bu vəziyyət, hz. Mehdinin əldə edəcəyi “çox böyük maddi güc və hakimiyyət”in Bədiüzzamanın həyatında olmadığını açıq şəkildə ortaya qoymuşdur. Necə ki, Bədiüzzaman da, ona Mehdilik isnad edən şəxslərə hz. Mehdi olmadığını bu dəlil ilə də qarşıya qoyaraq açıqlamışdır.

“O şəxsin üçüncü vəzifəsi, İslam Xilafətini (İslam Xəlifəliyini) İslam Birliyi üzərində inşa edərək (İslam Birliyi üzərinə quraraq), İsəvi ruhaniləri ilə (dindar xristianlarla və Xristian alimləri ilə) ittifaq edib (əməkdaşlıq və həmrəylik edərək) İslam dininə xidmət etməkdir. Bu vəzifə, çox böyük səltənət, güc və milyonlarla insanın fədakarcasına iştirakı ilə tətbiq edilə bilər (yerinə gətirilə bilər).” (Sikke-i Tasdiki Gaybi, səh. 9)

Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsinin İslam camaatıni birləşdirmək və Xristian aləmi ilə ittifaq etmək olduğunu ifadə etmişdir.

Hz. Mehdinin İslam birliyini qurub Xristian öndərlər ilə ittifaq etməsi və bu vəsilə ilə İslama xidmət etməsi Bədiüzzamanın yaşadığı dövrdə və ondan əvvəl olmamışdır. Bədiüzzaman da bu vəzifənin, Allahın icazəsi ilə, hz. Mehdi tərəfindən yerinə yetiriləcəyini ifadə edərək, onun hz. Mehdi olmadığını bir daha sübut etmişdir.

Bədiüzzaman hz. Mehdinin İslam camaatıni birləşdirib Xristian öndərləri ilə İslam və Xristianlığın ortaq cəbhəsi olan “materializm və dinsizliyə” qarşı ittifaq edəcəyini və bu yolla İslam dininə xidmət edəcəyini bildirir. Bir Quran ayəsində bildirildiyi kimi, “ Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, – deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.” (Maidə surəsi, 82) səmimi müsəlmanlar və səmimi xristianlar bir-birlərinin müttəfiqidirlər. Dinsizliyə qarşı ortaq fikri mübarizə icra etməli və köməkləşməlidirlər. Axırzamanda bu həmrəyliyin ən gözəl nümunəsi hz. İsa və hz. Mehdi vəsiləsi ilə yaşanacaq. Bədiüzzaman da bu sözləri ilə hz. Mehdinin bu əhəmiyyətli əlamətinə diqqət çəkir. Bədiüzzaman özü həyatda ikən hələ yaşanmamış bu hadisələri xatırladaraq, hz. Mehdinin özündən sonrakı tarixdə gələcək şəxs olduğunu müjdələyir.

Bədiüzzaman İslam birliyi ilə Müsəlman və Xristian dünyasının haqq din uğrunda ittifaq etməsi kimi böyük hadisənin ancaq üç şərtin meydana gəlməsi ilə reallaşa biləcəyinə diqqət çəkmişdir. Bədiüzzaman “çox böyük səltənət və güc” sözləri ilə bu şərtlərdən ikisini açıqlayır. “Səltənət” anlayışı güc və səlahiyyət ifadə edən sözdür. “Güc” anlayışı isə “istədiyi şeyi icra edə bilmə gücü yəni səlahiyyət”i təyin etməkdir. Bədiüzzaman hz. Mehdinin İslam birliyini meydana gətirib bu birliyin liderliyini boynuna götürəcəyini və “çox böyük güc və səlahiyyətə sahib olacağını” bildirmişdir. Bədiüzzamanın “çox böyük” sözləri hz. Mehdinin sahib olacağı bu gücün və səltənətin miqyasının böyüklüyünü ifadə edir. Belə böyük gücün Bədiüzzaman və ondan əvvəlki mücəddidlərin zamanında yaşanmadığı bir həqiqətdir. Bədiüzzaman da hz. Mehdinin bu əhəmiyyətli əlamətini vurğulayaraq, bu mübarək şəxsin öz yaşadığı dövrdə hələ gəlmədiyini, ortaya çıxdığında isə bu xüsusiyyətlər ilə tanınacağını xatırlatmışdır.

Bədiüzzaman “milyonlarla fədakar insanlar ilə tətbiq edilə bilər” sözləri ilə hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirə bilməsi üçün lazım olan üçüncü şərtin “milyonlarla fədakar insan” olduğunu ifadə etmişdir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdiyə tabe olan, onu dəstəkləyən milyonlarla insan olacağını bildirmişdir. Belə geniş miqyaslı dəstək Bədiüzzamanın imani xidmətində olmamışdır. Üstəlik, Bədiüzzaman hz. Mehdinin bu vəzifəsini yerinə yetirə bilməsi üçün yalnız “milyondan çox fədakarcasına dəstək” deyil, eyni zamanda “böyük güc, qüdrət və hakimiyyət”in də bununla bir yerdə meydana gəlməli olduğunu ifadə etmişdir. Bu həqiqəti xatırladaraq da, hz. Mehdinin öz yaşadığı dövrdə gəlmədiyini ortaya qoymuşdur.

“Birinci vəzifə, o iki vəzifədən üç-dörd dərəcə daha dəyərlidir, lakin o ikinci, üçüncü vəzifələr çox parlaq və çox geniş dairədə (sahədə) və dəbdəbəli tərzdə olduğundan və xalqın gözündə daha əhəmiyyətli görünürlər.” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin, birincisi ilə müqayisədə daha geniş sahədə təsir meydana gətirəcək böyük çalışmalar olduğunu açıqlamışdır.

“Ta Axırzamanda həyatın geniş dairəsində (dünya səviyyəsində) əsl sahibləri, yəni Mehdi və şagirdləri (tələbələri) Allah Təalanın icazəsi ilə gələr, o dairəni genişlədər və o toxumlar sümbüllənər. Biz də qəbrimizdə seyr edib Allaha şükür edərik.” (Sikke-i Tasdik-i Gaybi, səh. 138)

Bədiüzzaman hz. Mehdinin Axırzamanda ortaya çıxacağını xəbər verir. Bədiüzzaman hz. Mehdi və tələbələrini Risalə-i Nurun əsl sahibləri olaraq xarakterizə edir, Risalə-i Nurun başlatdığı xidməti bu mübarək şəxsin tamamlayacağını müjdələyir.

Bədiüzzaman burada istifadə etdiyi “ta Axırzamanda” sözləri ilə hz. Mehdinin gələcəyi zamanı ifadə edir. Bədiüzzaman bu ifadəsi ilə əvvəlcə hz. Mehdinin ondan “irəli tarixdə” gələcəyini dilə gətirir. Bədiüzzamanın burada istifadə etdiyi “ta” sözü isə bu mövzuya açıqlıq gətirən əhəmiyyətli ifadədir. “Ta” sözü uzaqlıq ifadə edir. Bədiüzzaman həm də Axırzamanın öz yaşadığı dövrün çox irəlidə, daha uzaqda olduğunu ifadə edir. Bədiüzzaman Risalə-i Nurun dar dairədə, yəni məhdud təbəqə daxilində başlatdığı xidmətləri daha irəli tarixdə gələcək hz. Mehdi və tələbələrinin davam etdirəcəklərini və bunu dünya səviyyəsində xidmətə çevirəcəklərini bildirmişdir. Bədiüzzaman bu sözləri ilə onun hz. Mehdi olmadığını, hz. Mehdinin ondan sonrakı dövrdə gələcəyini açıq şəkildə ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifədən bəhs etdiyi kimi sözlərində “dar və geniş dairə” (dar və geniş aləmlər) anlayışlarından istifadə etmişdir. Bədiüzzaman Risalə-i Nurun təsirinin və bu yolla edilən imani xidmətin dar dairədə, yəni məhdud bölgədə edilən fəaliyyət olduğunu ifadə etmişdir. Hz. Mehdinin edəcəyi fəaliyyətlərin isə “həyatın geniş dairəsində”, yəni “dünya səviyyəsində” həyata keçirəcəyini ifadə etmişdir. Hz. Mehdi, Allahın icazəsi ilə, Quran əxlaqını bütün dünyaya hakim edəcək, hal-hazırda dünyanın bir çox yerində dağınıq halda olan müsəlmanlar arasında İslam birliyini təmin edəcək və bütün müsəlmanların liderliyini boynuna götürəcək. Bütün bunlar hz. Mehdinin “həyatın geniş dairəsində” yerinə yetirəcəyi vəzifələrin dəlillərini meydana gətirəcək və hz. Mehdinin tanınmasını təmin edən əlamətlər olacaq. Bədiüzzaman da sözlərinin bir çoxunda bu mövzunu gündəmə gətirərək, bunu, özünün hz. Mehdi olmadığına dair dəlil olaraq göstərmiş, hz. Mehdinin edəcəyi fəaliyyətlərin təsirinin böyüklüyünü xatırlatmışdır.

Bədiüzzaman Səid Nursi burada Axırzamanda gələcək və Quran əxlaqını bütün dünyada hakim edəcək olan hz. Mehdidən Bədiüzzamanın atdığı toxumların “əsl sahibləri” olaraq bəhs edir. Bu açıqlamalarına görə, Bədiüzzaman Quran əxlaqının dünya hakimiyyətinin toxumlarını atan bir mücəddid, hz. Mehdi isə bu hakimiyyətin əsl sahibi olacaq. Hz. İsa ilə birlikdə İslam əxlaqını dünya səviyyəsində hakim edən şəxs Axırzaman birliyinin lideri, Allahın icazəsi ilə, hz. Mehdi olacaq. Bu səbəbdən Bədiüzzaman hz. Mehdi və onun tələbələri üçün burada istifadə etdiyi “əsl sahibləri” ifadəsi ilə hz. Mehdinin və tələbələrinin dünya səviyyəsində yerinə yetirəcəyi vəzifələrin əsl sahibinin özü olmadığını açıqlamış və beləliklə, özünün hz. Mehdi olmadığını da ifadə etmişdir.

Bədiüzzamanın bu sözlərində vurğuladığı bir başqa əhəmiyyətli nöqtə isə, hz. Mehdi və onun şəxsi-mənəvisini meydana gətirən tələbələrinin iki ayrı anlayış olduğudur. Bədiüzzaman “hz. Mehdi və şagirdləri” deyərkən burada istifadə etdiyi “və” kəliməsi ilə bu vəziyyətə açıqlıq gətirir. Bu ikisi bir-birindən ayrıdır və ancaq ikisinin bir yerə gəlməsindən hz. Mehdinin şəxsi-mənəvisi meydana gəlir. Amma bu şəxsi-mənəvinin meydana gələ bilməsi üçün hz. Mehdi bir şəxs olmalıdır. Bədiüzzaman da burada “hz. mehdi və şagirdləri” sözləri ilə bu həqiqəti dilə gətirir və hz. Mehdinin şəxsi-mənəvi olaraq deyil, tələbələrinin başında ayrı şəxsiyyət olaraq var olacağını ifadə edir.

Bədiüzzaman hz. Mehdidən əvvəl gəlmiş, insanların Allahın dinindən uzaqlaşdığı bir mühitdə Quran əxlaqı və iman həqiqətləri üzərində dayanaraq çox böyük imani hərəkat başlatmışdır. “O toxumlar sümbüllənər” sözləri ilə bu böyük fikri mübarizəsini toxum əkməyə bənzədir. Sonradan hz. Mehdi zamanında bu iman toxumlarının sümbüllənəcəyini, yəni hz. Mehdinin Bədiüzzamanın başlatdığı bu imani çalışmaları genişlədəcəyini və nəticə əldə edəcəyini ifadə edir. Bədiüzzaman bu nümunə ilə özünün hz. Mehdidən əvvəlki dövrdə yaşadığını, hz. Mehdinin gəlişinin isə özündən sonrakı dövrdə olacağını açıq şəkildə ifadə edir.

Bədiüzzaman “biz də qəbrimizdən seyr edib” sözləri ilə əkdiyi iman toxumlarının sümbüllənəcəyi, yəni hz. Mehdinin Quran əxlaqını bütün dünyaya hakim edəcəyi dövrdə özünün artıq vəfat etmiş olacağını ifadə etmişdir. Bədiüzzaman bu sözü ilə bir daha özünün hz. Mehdi olmadığını, onun gəlib vəzifəsinə başladığı dövrdə özünün həyatda olmayacağını xatırladaraq ifadə etmişdir.

“Bu zamanda bu üç vəzifənin eyni zamanda bir şəxsdə, yaxud camaatda mükəmməl şəkildə olması və bir-birinə mane olmaması mümkün deyil. Bu, Axırzamanda Ali Beyt-i Nəbəvinin (s.ə.v) nurani camaatını (Peyğəmbərimiz (s.ə.v)-in soyunun nurani camaatını) təmsil edən həzrəti Mehdi və camaatındakı şəxsi-mənəvisi də bir araya gələ bilər, toplana bilər.” (Sikke-i Tasdik-i Gaybi, səh. 156)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üç vəzifəsi olduğunu ifadə edir, bu üç vəzifənin bir yerdə yerinə yetirilməsinin hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkir. Bədiüzzaman özünün yaşadığı dövrdə bu üç vəzifənin eyni zamanda yerinə yetirilmədiyini, bunu ancaq hz. Mehdinin edə biləcəyini söyləyir.

Bədiüzzaman əsərlərinin bir çox hissəsində hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifə olduğundan bəhs etmişdir. Bədiüzzaman hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən birinin bu üç vəzifəni eyni zamanda yerinə yetirməsi olduğunu ifadə edir. Bu vəzifələrin birincisi materialist, darvinist və ateist fəlsəfələrlə fikri mübarizə edilməsi və bu axınların fikirlə tam olaraq susdurulmasıdır. İkincisi, İslam dünyasının liderliyini boynuna götürərək İslam Birliyinin təmin edilməsi, üçüncüsü isə Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən canlandırılması ilə bütün yer üzünə hakim edilməsidir. Axırzamanda gələcək hz. Mehdi bu vəzifələrin üçünü də eyni zamanda yerinə yetirəcək. Bu əlamət, onun tanınmasını təmin edəcək və onun ən əhəmiyyətli xüsusiyyətlərindən olacaq.

Bədiüzzaman əsərlərində hz. Mehdinin eyni anda, “siyasət Mehdisi, səltənət Mehdisi və diyanət Mehdisi” olaraq üç xüsusiyyətə birdən sahib olacağını və bu üç sahədə eyni zamanda Mehdilik edəcəyini söyləmişdir. Bədiüzzaman Quran əxlaqını dünya üzərində hakim etmək məqsədi ilə əvvəlki əsrlərdə də bəzi Müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin Axırzamanda hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni bu şəkildə bir yerdə yerinə yetirmədiklərini ifadə etmişdir. Bu səbəblə də, Axırzamanın “böyük Mehdisi” ünvanını ala bilmədiklərini ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin “üç vəzifəni eyni zamanda” yerinə yetirəcəyini xatırlatdığı sözü ilə bu mövzunun əhəmiyyətini bir daha xatırladır. Özü də daxil olmaqla əvvəlki mücəddidlərin heç birinin bunların üçünü bir yerdə həyata keçirmədiyini ifadə edərək hz. Mehdinin o dövrdə hələ gəlmədiyini ifadə edir.

Bədiüzzaman “bu zamanda” sözləri ilə özünün yaşadığı dövrdən bəhs edir. Onun zamanında hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni eyni zamanda və mükəmməl şəkildə, haqqıyla və biri digərinə mane olmadan, zərər vermədən, əskiksiz və qüsursuz olaraq bacara biləcək bir şəxs, ya da camaat olmadığını ifadə edir. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu “çox uzaq” və “sanki mümkün görünmür” sözləri ilə açıq şəkildə ifadə etmişdir. Bu da hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövrdə ortaya çıxmadığını göstərən başqa əhəmiyyətli dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə, üç vəzifənin eyni zamanda yerinə yetirilməsi üçün imkan olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra gələcək böyük Mehdinin bu vəzifələrin hamısını yerinə yetirəcəyini bildirir.

Bədiüzzaman dəfələrlə əsərlərində hz. Mehdinin hədislərdə bildirildiyi kimi “seyid”, yəni “Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn bir şəxs” olacağını, “özünün isə seyid olmadığını” ifadə etmişdir. Bədiüzzaman bu sözündə də bu mövzuya bir daha açıqlıq gətirir, “Ali Beytin nurani camaatını təmsil edən” sözləri ilə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək soyundan olacağına diqqət çəkir. Bədiüzzaman hz. Mehdinin bu əhəmiyyətli əlamətlərindən birini xatırladaraq özünün hz. Mehdi olmadığını ifadə edir.

Bədiüzzamanın açıqladığı üç böyük vəzifə ancaq Axırzamanda gələcək hz. Mehdinin yerinə gətirə biləcəyi vəzifələrdir. Bədiüzzaman burada istifadə etdiyi “ancaq” sözü ilə başqasının bu vəzifələri bacarmasının Allahın diləməsi ilə “qeyri-mümkün” olduğunu ifadə etmişdir. Çünki Allah bu vəzifələri yalnız hz. Mehdiyə vermişdir. Hz. Mehdi də taleyində belə təqdir edildiyi üçün bu vəzifələri Allahın icazəsi ilə müvəffəqiyyətlə yerinə yetirəcək. İslam tarixində hələ bunu bacaran kimsə, ya da birlik görülmədiyi kimi, Bədiüzzaman öz yaşadığı dövrdə də bu vəziyyətin həyata keçmədiyini vurğulayır.

“Uzun müddət əvvəl əhli vəlayətdən (vəli şəxsdən) eşitdim ki; o şəxs, əvvəlki vəlilərin qeybi işarələrindən istihrac etmiş (mənasını ortaya çıxarmış) və qənaəti gəlmişdir ki: “Şərq tərəfdən bir nur zühur edəcək (ortaya çıxacaq), bidətlər zülümatını (dinə sonradan girmiş xurafatları) dağıdacaq. Mən belə nurun zühurunu (ortaya çıxmasını) çox intizar etdim (gözlədim) və gözləyirəm. Lakin çiçəklər baharda gələr. Ona görə də o müqəddəs çiçəklərə zəmin hazırlamaq lazımdır. Anladıq ki, bu xidmətimizlə o nurani şəxslərə (nurlu şəxslərə) zəmin hazırlayırıq.” (Sikke-i Tasdik-i Gaybi, səh. 189)

Bədiüzzaman hz. Mehdi və köməkçilərini “baharda gələcək müqəddəs çiçəklər” olaraq xarakterizə etmiş, özünün isə “etdiyi xidmətlərlə bu mübarək şəxsə zəmin hazırlayan qabaqcıl” olduğunu ifadə etmişdir.

Bədiüzzaman “bir nur” olaraq ifadə etdiyi Axırzamanda gələcək hz. Mehdinin ortaya çıxmasını hələ də gözlədiyini ifadə edir. Bədiüzzaman bu sözləri ilə çox açıq şəkildə özünün hz. Mehdi olmadığını və özünün də bu mübarək şəxsin çıxışını böyük həyəcanla gözlədiyini ifadə edir. Tək Bədiüzzaman deyil, səhabələr dövründən etibarən milyonlarla səmimi müsəlman, İslam alimləri, məzhəb imamları, müctəhidlər hz. Mehdi və yanlarındakı möminlərə qarşı dərin sevgi bəsləyiblər. 1400 ildir bu mübarək şəxsi sevgi və hörmətlə anıblar. Ona və camaatına dua ediblər, onlar üçün Allahdan kömək diləyiblər. Hz. Mehdi və camaatı gəlmiş keçmiş bütün müsəlmanların ortaq dostudur. Bütün inananlar üçün şövq və həyəcan vəsiləsidirlər. Bədiüzzaman da sözlərində bu dünyagörüşünü dilə gətirir, özünün də böyük həyəcan və sevgi ilə hz. Mehdinin gəlişini gözlədiyini ifadə edir. Bədiüzzaman burada istifadə etdiyi “çox intizar etdim və edirəm”, yəni “çox gözlədim və hələ də gözləyirəm” sözləri ilə bu vəziyyəti dilə gətirmiş, ancaq həyatda olduğu müddətdə bu müqəddəs şəxsin zühurunun həyata keçmədiyini bildirmişdir.

Bədiüzzaman Axırzamanda gələcək hz. Mehdi və camaatına səmimi sevgi bəsləyir. Hz. Mehdi və yanındakıların gözəl əxlaqını və mübarizələrini “çiçəklər”ə bənzədir və onların baharda, yer üzünün bütün gözəlliklərinin ortaya çıxdığı dövrdə gələcəklərini izah edir. Bədiüzzaman hz. Mehdinin gələcəyi dövrü qaranlıq quru bir qışın ardından gələn aydın, günəşli, gözəlliklərlə dolu bahara bənzədir. Bədiüzzamanın çiçək bənzətməsi bu dövrdə yaşanacaq hüzur, sülh, ədalət və gözəllikləri izah etmək üçün edilmiş çox gözəl nümunədir. Bədiüzzaman bu bahar dövrünün çox yaxın olduğunu bildirir. Bir başqa açıqlamasında isə özünün “tələsib qışda gəldiyini” ifadə etmiş; qışın ardından baharın gəlməsi kimi Axırzamanda gələcək mübarək şəxs və camaatının da özündən dərhal sonra baharı gətirəcəyini müjdələmişdir. Bədiüzzaman bu sözləri ilə çox açıq şəkildə özünün hz. Mehdi olmadığını, ancaq bu mübarək şəxsə mühit hazırlayan qabaqcılı olduğunu ifadə etmişdir.

Bədiüzzaman bir daha “müqəddəs çiçəklər” sözləri ilə bəhs etdiyi hz. Mehdi və tələbələrinə qarşı olan sevgisini dilə gətirmiş, hz. Mehdinin gəlişini çox gözlədiyini və hələ də gözləməyə davam etdiyini ifadə etmişdir. Bu vəziyyətdə gələcək olan şəxslərə, yəni hz. Mehdi və camaatına zəmin hazırlamaq lazım olduğunu söyləyən Bədiüzzaman özünün və camaatının bu vəzifəni boynuna götürdüyünü ifadə etmişdir. Onlardan əvvəl gəlib onlar üçün ön xidmət və hazırlıq etdiyini söyləyərək, hz. Mehdinin özündən sonra gələcək bir şəxs olduğunu bir daha dilə gətirmişdir.

Bədiüzzaman “anladıq ki” sözləri ilə özünün hz. Mehdi olmadığı, ancaq etdiyi xidmətlərlə bu mübarək insana zəmin hazırladığı mövzusundakı qənaətini dilə gətirir. “Anladıq ki” ifadəsi, Bədiüzzamanın ürəyinə gələn həqiqəti və Bədiüzzamanın bu həqiqətə dəqiq və səmimi olaraq inandığını göstərir. Bədiüzzaman bu sözlə, təvazökar olduğu üçün belə söz söyləmədiyini, dəlilləri ilə açıq şəkildə ortada olan bu mövzuda qəti qənaətini ifadə etdiyini ortaya qoyur.

Bədiüzzaman bu sözündə “xidmətimizlə” deyərək cəm isimdən istifadə etmişdir. Deməli, Bədiüzzaman bu xidmətdə yalnız deyil; ona kömək edən Nur camaatı da vardır. Bədiüzzaman “xidmətimizlə” deyərkən bütün Nur tələbələrini də bu xidmətə daxil edir.

“Axırzamanın ən böyük fəsadı olanda, əlbəttə, ən böyük müctəhid (ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi) həm ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə öyrətmək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm Hakim, həm Mehdi, həm Mürşid (doğru yolu göstərən adam) həm Qütb-ü Əzəm (Müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir şəxsi nuranini (nurlu şəxsi) göndərəcək və o şəxs də, Əhli Beyti Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) olacaq. Allah-Təala bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmi) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizin fırtınalarını dindirər və bahar vaxtı bir saatda yaz mövsümünü və yayda bir saatda qış fırtınasını icad edən Kadir-i Zül Celal (hər şeyə müqtədir olan Uca Allah) hz. Mehdi ilə də İslam aləminin zülm dövrünü, qaranlığını dağıda bilər. Vəd etmişdir və vədinə əməl edəcək.” (Mektubat, səh. 411-412)

Bədiüzzaman Axırzaman əlamətlərinin şiddətləndiyi dövrdə Allahın insanların qurtuluşuna vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-in soyundan nurani şəxs olan hz. Mehdini göndərəcəyini bildirmiş və bu müqəddəs şəxsi keçmiş dövrlərdəki mücəddidlərdən ayıran xüsusiyyətləri izah etmişdir.

Peyğəmbərimiz (s.ə.v) hədislərində hər əsrin əvvəlində insanlara din əxlaqını və hökmlərini izah edən, dövrün ehtiyaclarına görə açıqlamalar edən mücəddid göndəriləcəyini bildirmişdir. Məsələn, İmam Rəbbani hicri 1000-ci ilin mücəddididir. Mövlanə Xalidi Bağdadi hicri 1193-cü (Miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Buna görə də bu mübarək insan hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman Səid Nursi isə Mövlanə Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü ildə (Miladi 1878-ci) ildə doğulmuşdur. Vəfatı isə hicri 1379-cu (Miladi 1960) ildir. Bədiüzzaman da hicri 12-ci əsrin mücəddidi Mövlanə Xaliddən tam yüz il sonra nəşr olunan Risalə-i Nurun müəllifi olduğuna görə özünün də 13 və 14-cü əsrlər arasındakı mücəddid olduğunu ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin isə özündən sonra gələcəyini tarix verərək bildirmiş, hicri 14 və 15-ci əsrlər arasındakı “mücəddid”in hz. Mehdi olacağını müjdələmişdir. Bədiüzzaman bu sözündə də hz. Mehdiyə “ən böyük mücəddid və ən böyük müctəhid” söyləyir. “Mücəddid” dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlayan “müctəhid” də ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi və öndəridir. Bu xüsusiyyətdəki böyük şəxslər, İslam camaatlərinə nümunə olmuş, yol göstərmiş, zamanın qütbü olmuş öndərlərdir. Bu öndərlərdən bəzisi ictihad etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm vermə xüsusiyyətlərinə görə “məzhəb öndərləri” olublar; müsəlmanlar da onlara itaət ediblər.

İmam Hənəfi, İmam Şafi, İmam Hənbəli, İmam Maliki bu öndərlərdən olmuş və 4 məzhəbin qurucularıdır. Bütün əhli sünnə onların verdiyi hökmlərlə əməl edir. Bədiüzzaman bu “müctəhid və mücəddid”lərin ən böyüklərinin isə hz. Mehdi olacağını ifadə etmişdir. Bu da hz. Mehdinin ictihad etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm verməyə ən səlahiyyətli adam olaraq, özünün də “bütün məzhəbləri ləğv edəcəyini” göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə bütün digər məzhəbləri ləğv etməlidir. Zamanında hər kəsin ona itaət edəcəyini bildirməsi də bunu təsdiqləyir.

Bədiüzzaman hz. Mehdinin “ən böyük mücəddid və müctəhid” olduğunu söyləyərək onun bütün məzhəblərdən üstün olacağını ifadə etmişdir. Keçmişdən günümüzə qədər bir çox İslam alimi əsərlərində bu mövzuya toxunublar. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Fütühat-ül Mekkiye” adlı əsərində bu mövzuda belə məlumat vermişdir:

“Mehdi, dini peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri ləğv edəcək. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.” (Məhəmməd ibn Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)

Helmi İşık isə “Saadet-i Ebediye” adlı əsərində hz. Mehdinin bu xüsusiyyətini belə xəbər vermişdir:

“Həzrəti Mehdi Axırzamanda dünyaya gələcəkdir. Rəsullulah (s.ə.v)-in soyundan olacaq. İsa əleyhissalamla görüşəcək, məzhəbləri qaldıracaq, tək onun məzhəbi qalacaq.” (H. Helmi İşıq, Saadeti Ebediye, səh. 35)

Bədiüzzaman Səid Nursi Şafi məzhəbindəndir. Məzhəb sahibi deyil və bir başqa məzhəb qurucusuna tabe olmuşdur; İmam Şafini imamı olaraq qəbul etmişdir. Bədiüzzaman bu mövzunu əsərlərində belə ifadə etmişdir:

“Əvvəla: Mən Şafiyəm…” (Emirdağ Lahikası, səh. 38)

“…Şafi məzhəbinə uyğun ibadət edirəm.” (Büyük Tarihçe-i Hayat, səh. 202)

“Yalnız bu qədər. Mən Şafiyəm…” (Büyük Tarihçe-i Hayat, səh. 206)

“Hətta Şafi məzhəbində olduğu üçün…” (Emirdağ Lahikası, səh. 573)

Halbuki, hz. Mehdi bütün məzhəbləri qaldıracaq və bütün məzhəblərin üzərində olacaq. Bir məzhəbə bağlı olan Bədiüzzaman da, bu xüsusiyyətin hz. Mehdiyə aid olacağını ifadə edərək özünün hz. Mehdi olmadığını açıqlamışdır.

Üstəlik, Bədiüzzaman bu sözü ilə hz. Mehdinin şəxs olduğunu bir daha çox açıq dəlillər verərək ortaya qoymuşdur. Bədiüzzaman hz. Mehdinin eyni zamanda həm “mücəddid”, həm də “müctəhid” olacağını söyləmişdir. Hz. Mehdinin bu xüsusiyyətlərinə uyğun olaraq “dini dövrün ehtiyaclarına görə açıqlaya bilməsi və ehtiyac olduğunda ayələrdən hökm çıxara bilməsi, bir İslam alimi və öndəri ola bilməsi” üçün çox açıqdır, buna görə də o “bir insan” olmalıdır. Şəxsi-mənəvinin “şərh etməsi, hökm çıxarması, ya bir İslam alimi və öndəri olması” mümkün deyil. Bədiüzzaman də bu xüsusiyyətlərini vurğulayaraq “hz. Mehdinin şəxs olduğunu” ifadə etmişdir.

Bütün elçilər və peyğəmbərlər kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və İslam tarixində olan heç bir mücəddid və ya müctəhid şəxsi-mənəvi kimi göndərilməmişdir. Allahın Quranda bildirdiyi Adətullahına uyğun olaraq bütün mücəddidlər, insanları xəbərdar edib qorxudacaq, onları Allahın rizası, rəhməti və Cənnəti ilə müjdələyəcək, onlara doğrunu yanlışdan ayıran, hidayət rəhbəri olacaq “insan” kimi gəlmişdirlər. Məsələn, Mövlanə Xalidi Bağdadi və Bədiüzzaman kimi mücəddidlər yaşadıqları əsrlərdə şəxs olaraq gəlmiş böyük İslam alimləridir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi, 1400 ildir həyəcanla gözlənilən hz. Mehdi də, Allahın icazəsi ilə, bu Adətullaha uyğun olaraq mücəddid və müctəhid sifətlərini daşıya biləcək “şəxs” olaraq gələcəkdir.

Bədiüzzamanın istifadə etdiyi “hakim” sözünün lüğəti mənası, “haqlı və haqsızı ayırıb ədalət üzrə hökm edən, idarə edən”dir. Bədiüzzaman əsərlərində hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrindən bəhs etmiş, hal-hazırda dağınıq halda olan bütün İslam dünyasını birləşdirib bu birliyin liderliyini boynuna götürmənin də hz. Mehdinin bu vəzifələrindən biri olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdinin, burada ifadə etdiyi “hakim”lik sifətindən istifadə edərək, bütün İslam aləminin başında olacağını və müsəlmanların məsələlərini həll edəcəyini bildirmişdir. Buna görə, hz. Mehdi qərar mexanizminin başında olacaq, onun ədalətli hökmləri və istiqamətləndirməsi ilə İslam dünyası idarə ediləcək. İndiyə qədər belə hadisə baş verməmişdir. Necə ki, Bədiüzzaman da bu həqiqəti xatırladaraq hz. Mehdinin hələ gəlmədiyini dilə gətirmiş; ortaya çıxdığında hz. Mehdinin bu “hakimlik xüsusiyyətini daşıması ilə tanınacağına” diqqət çəkmişdir.

Bununla yanaşı, Bədiüzzaman bu sözü ilə hz. Mehdinin şəxsi-mənəvi olmadığı mövzusuna da qəti ifadələrlə açıqlıq gətirmişdir. Şəxsi-mənəvinin “hakimlik” sifətini daşıması, müsəlmanların liderliyini boynuna götürərək ədalət mövzusunda hökm verə bilməsi, birliyi idarə edə bilməsi qeyri-mümkündür. Bunlar ancaq bir insanın sahib ola biləcəyi xüsusiyyətlərdir. Yenə bunlar ancaq imanla, ağıl, mühakimə və vicdandan istifadə edərək yerinə gətirilə biləcək məsuliyyətlərdir. Şəxsi-mənəvinin isə bu xüsusiyyətlərin heç birinə sahib olmadığı, bu səbəbdən də hakim xüsusiyyəti ilə müsəlmanları idarə edə bilməyəcəyi çox açıq həqiqətdir. Bədiüzzaman da sözlərində bu həqiqəti açıqca ifadə etmiş, hz. Mehdinin “bir şəxs” olduğunu açıqlamışdır.

Bədiüzzaman Rəbbimizin Axırzamanın ən çətin mühitində, bütün insanların qurtuluşuna vəsilə olması üçün göndərəcəyi mübarək şəxsin “Mehdi” xüsusiyyətini də daşıyacağını bildirmişdir. “Mehdi” sözü, “hidayətə çatan, hidayətə vəsilə olan və hidayətə yönəldən” mənalarındadır. Mehdi sifəti, xüsusi lütf olaraq Allahın hidayətinə məzhər olan və Allahın ona yol göstərdiyi insanı təyin edir. Axırzamanda gələcək hz. Mehdi də adını bu xüsusiyyətindən alır. Şəxsi-mənəvinin “Mehdi xüsusiyyətini daşıması” isə mümkün deyil. Allahdan bir lütf olaraq verilən “hidayət tapma” xüsusiyyətinin “insani” xarakterizə etdiyi çox açıqdır. Şəxsi-mənəvinin “hidayət tapma” və “insanların hidayətlərinə vəsilə olma” xüsusiyyətləri ola bilməz. Bədiüzzaman da burada bu həqiqəti vurğulamış, hz. Mehdinin “Mehdi” xüsusiyyətini ifadə edərək, onun “bir şəxs” olduğunu bir daha vurğulamışdır.

Bədiüzzaman hz. Mehdinin xüsusiyyətlərindən bəzilərini bu sözündə onun eyni zamanda həm “mürşid”, həm də “qütb-ü əzəm” olacağını bildirmişdir. “Mürşid” sözü “doğru yolu göstərən şəxs” mənasını verir. “Qütb-ü əzəm” ifadəsi isə “müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi” mənasındadır. Bədiüzzaman bu sözünün əvvəlindəki “Axırzamanın ən böyük fəsadında” ifadəsi ilə hz. Mehdinin dünyanın bəlkə də ən böhranlı halı olan Axırzamanda dünya səviyyəsində edəcəyi fəaliyyətlərlə, imandan və doğru yoldan, din əxlaqından uzaqlaşmış bəşəriyyəti qəflətdən oyandırıb hidayətə yönəldəcəyini bildirmişdir. Hz. Mehdi müsəlmanların bağlandıqları, zamanın ən böyük yol göstəricisi olacaq.

Bədiüzzamanın bu sözündə istifadə etdiyi yuxarıdakı xüsusiyyətlər, mənalarından da aydın olacağı kimi “tək bir şəxs”ə aid olacaq xüsusiyyətlərdir. Şəxsi-mənəvinin “mürşid” və “qütb-ü əzəm” olması mümkün deyil. Bədiüzzaman açıq şəkildə hz. Mehdinin yaşadığı dövrdə “bütün müsəlmanların bağlandığı ən böyük övliyalardan, zamanının doğru yolu göstərən ən böyük mürşidi olan şəxs” olacağını ifadə etmişdir.

Bədiüzzaman burada hz. Mehdinin “nurani şəxs” olduğundan bəhs edir. Əgər Bədiüzzaman hz. Mehdinin şəxsi-mənəvi olduğunu vurğulamaq istəsəydi, burada “şəxsi nuranidən” deyil, “şəxsi-mənəvi nuranidən” bəhs edərdi. Ancaq çox açıq olaraq hz. Mehdi üçün “bir şəxs” ifadəsindən istifadə etmişdir. Üstəlik, “nurani” sözü ilə də bu mübarək şəxsin xüsusiyyətini də vurğulamış, onun “nurlu şəxs” olduğunu ifadə etmişdir. Bir şəxsi-mənəvinin “nurlu” olmasından söz gedə bilməz. Bu insanda görülə biləcək bir xüsusiyyətdir. Bədiüzzaman da bütün bu vurğuları və açıqlamaları ilə hz. Mehdinin şəxsi-mənəvi olmadığını, mübarək “insan” olduğunu açıqca ifadə etmişdir.

Üstəlik, Bədiüzzaman burada “iki şəxs”, ya da “üç şəxs” kimi ifadələrə yer verməmiş, istifadə etdiyi “şəxsi nurani” ifadəsi ilə hz. Mehdinin yalnız “tək bir şəxs” olduğunu da ifadə etmişdir.

Bədiüzzaman bununla yanaşı bu sözündəki “göndərəcək” ifadəsi ilə də hz. Mehdinin gəlişinin, Allahın icazəsi ilə, həyata keçəcəyinə ümid etdiyini ifadə edir. Bədiüzzaman bu sözü ilə eyni zamanda hz. Mehdinin gəlişinin keçmişdə, ya da öz dövründə hələ baş vermədiyini də ifadə edir. Əgər belə qənaəti olsaydı, heç şübhəsiz ki, Bədiüzzaman “Allah-Təala göndərdi”, ya da “göndərmiş” kimi, keçmiş zamanı ifadə edən hərəkətdən istifadə edərdi. Ancaq Bədiüzzaman bu ifadələrin heç birinə yer verməmiş və gələcək zamana işarə edərək Rəbbimizin hz. Mehdini özündən “irəli zamanda göndərəcəyini” bildirmişdir.

Bədiüzzaman “hz. Mehdinin peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn bir şəxs olacağını” ifadə edir. Bədiüzzaman əsərlərində bu mövzunu da tez-tez vurğulayır. Bədiüzzaman şəxsi-mənəvinin, Peyğəmbər soyundan gələ bilməyəcəyini şübhəsiz ki, çox yaxşı bilir. Bu xüsusiyyətini xatırladaraq hz. Mehdinin mübarək soydan gələn “insan” olacağını ifadə edir. Bununla yanaşı, Bədiüzzaman risalələrdə dəfələrlə özünün Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmadığını ifadə etmiş və hz. Mehdi gəldiyində digər mücəddidlərdən bu xüsusiyyəti ilə ayırd edilə biləcəyinə diqqət çəkmişdir.

Bədiüzzaman Cəlal və Qüdrət sahibi olan Rəbbimizin, hz. Mehdi ilə dinsizlik və zülm dövrünü ortadan qaldıracağını ifadə etmişdir. Rəbbimizin yer ilə göy arasındakı bütün aləmi buludlarla bir dəqiqə içində doldurub boşaltdığı, bir saniyədə dənizin fırtınalarını dayandırdığı və bahar mövsümündə yaz mövsümünün nümunəsini və yazda qış fırtınasını yaratdığı kimi, bu hadisəni də dərhal etməyə qadir olduğunu xatırlatmışdır. Bədiüzzaman Allahın bu vədinin haqq olduğunu və vədini mütləq həyata keçəcəyini ifadə etmişdir.

Hz. Mehdi Allahın icazəsi ilə, İslam dünyasının qarşı-qarşıya qaldığı zülm və çətinliklərə son verməklə məsul olacaq və çalışmaları ilə bütün dünya səviyyəsində təsirli olacaq. Ancaq bütün dünyanın gözü qarşısında baş verəcək belə vəziyyət nə Bədiüzzamanın yaşadığı dövrdə, nə də daha əvvəl baş verməmişdir. Bədiüzzamanın dövründə bu zülm davam edirdi; kommunizm də hələ devrilməmişdi. Müsəlmanlara edilən zülm isə bütün dünyanın gözü qarşısında həyata keçirdi. Çox yaxın tarixə qədər Bosniyada, dövrümüzdə isə hələ Kəşmirdə, Moroda, Fələstində və dünyanın bir çox yerində müsəlmanların ən təməl haqlarının belə əlindən alındığı, haqsız yerə öldürüldükləri məlumdur.

Bu səbəbdən, Bədiüzzamanın yaşadığı dövrdə zülm və əsarət ortadan qaldırılmamışdır. Hətta Bədiüzzamanın şəxsən özü bu şərtlərə görə həyatının çox böyük hissəsini zülm və əsarət altında keçirmişdir. Bədiüzzaman hədislərdə bildirildiyi kimi, İslam dünyasının üzərindəki bu zülmü qaldıracaq şəxsin ancaq hz. Mehdi olacağını ifadə etmişdir. Özünün belə hadisəyə vəsilə olmadığını və bu vəzifəni yerinə yetirəcək şəxsin hz. Mehdi olduğunu ifadə etmişdir.

“Belə camaat-ı azimə (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn böyük seyidlər camaatı) içindəki müqəddəs gücü hərəkətə keçirəcək və hadisat-i azimə (böyük hadisələr) meydana gələcək. Əlbəttə, o böyük gücə sahib fəaliyyət başlayacaq və həzrəti Mehdi başına keçib haqq yola və həqiqətə sövq edəcək.” (Məktubat, səh. 473)

Bədiüzzaman Axırzamanda müsəlmanların həmrəylik, yəni qoruma duyğularını hərəkətə keçirəcək, fəaliyyətlərini artıracaq böyük hadisələr yaşanacağına diqqət çəkir və hz. Mehdinin müsəlmanların öndərliyini boynuna götürərək, onları doğru yola gətirdiyini açıqlayır.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Axırzamanda insanları heyrətə salacaq çox böyük hadisələrin meydana gələcəyi xəbər verilir. Axırzaman fövqəladə təbiət hadisələrinin yaşanacağı, texnoloji inkişaf nəticəsində heyrətləndirici hadisələrin meydana gələcəyi dövrdür. Hədislərdə bildirildiyinə görə, hz. Mehdinin ortaya çıxışından əvvəl dünyada xaos, anarxiya və terror artacaq, aclıq və yoxluq yayılacaq, müsəlmanlar böyük çətinliklər yaşayacaqlar. Məhz bu mühitdə Allah hz. Mehdini vəsilə edərək insanları düşdükləri vəziyyətdən qurtarıb, onları aydınlığa və qurtuluşa yönəldəcək. Bədiüzzaman da “hadisat-i azimə” sözləri ilə bu həqiqəti dilə gətirmiş, belə böyük hadisələrin meydana gəlməsinin hz. Mehdinin gəlişindən əvvəl meydana gələcək mühitin əlaməti olduğunu ifadə etmişdir.

Bədiüzzaman “hamiyet-i aliyə (həmrəylik) həyata keçəcək” sözləri ilə hz. Mehdinin çıxışından əvvəl müsəlmanların həmrəylik hisslərinin hərəkətə keçəcəyi çətin mühit olacağına diqqət çəkir.

Bədiüzzamana görə bu çətin mühit, müsəlmanların fəaliyyətini artıracaq və beləliklə, müsəlmanlar böyük mənəvi güc əldə edəcəklər. Bu mühit dövrümüzdə, yəni Axırzamanda meydana gəlir. Dünyanın bir çox yerində İslama və müsəlmanlara qarşı yaradılan çətin mühit, müsəlmanlar arasında İslami həmrəylik hissini artırır və bu da müsəlmanları həll yolları axtarmalarına sövq edir. Bədiüzzaman da bu sözləri ilə hz. Mehdinin çıxışından əvvəl həyata keçəcək bu vəziyyəti xatırladır. Bədiüzzaman burada istifadə etdiyi “hərəkətə keçəcək” sözləri ilə “gələcək zamanda” baş verəcək hadisəyə işarə edərək “hz. Mehdinin irəli tarixdə ortaya çıxacağını” və bu vəzifəni boynuna götürəcəyini xəbər verir. Əgər belə vəziyyət Bədiüzzamanın yaşadığı dövrdə meydana gəlmiş olsaydı, şübhəsiz ki, Bədiüzzaman bunu o dövrün zamanını ifadə edən bir söz ilə açıqlayardı. Ancaq Bədiüzzaman hz. Mehdinin zühurunu o dövrdə hələ baş vermədiyi üçün bunu gələcək zamanı ifadə edən “hərəkətə keçəcək” sözləri ilə dilə gətirmişdir.

Bədiüzzaman bu sözü ilə müsəlmanlarda yaranan İslamı qoruma cəhdinin artması nəticəsində hz. Mehdinin başa keçərək insanları “Tariq-i Haqq və həqiqətə”, yəni “haqq yola və həqiqətə” yönəldəcəyini bildirmişdir. Bədiüzzaman hz. Mehdinin həmrəylik hisləri artan Müsəlman camaatının lideri olacağını söyləyir. Diqqət yetirilsə Bədiüzzaman, hz. Mehdidən yenə “şəxs” kimi bəhs edir. “Hz. Mehdinin müsəlmanların öndərliyini boynuna götürəcəyini” bildirir.

Bir şəxsi-mənəviin, ya da birliyin, “öndərlik” və ya “liderlik” etməsi mümkün deyil. Bədiüzzaman da Axırzamanda hz. Mehdinin müsəlmanların lideri olacağını ifadə edərək şəxsi-mənəvi olmadığını, “bir şəxs” olduğunu ifadə edir.

“Bəzi ayə və hədislər Axırzamanda gələcək ən böyük mücəddidə işarə edir. Lakin o gələcək şəxsin və camaatının üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi görünən imanı qurtarmaq və iman həqiqətlərini günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və tələbələrinin şəxsi-mənəvini tam etdiklərindən; o gələcək şəxsə aid xəbərləri və işarələri, Risalə-i Nurun şəxsi-mənəvisinə, hətta bəzən tərcüməçisinə də tətbiq etməyə çalışıblar və çox geniş sahədə tətbiq edilən şəriəti və mühüm vəzifəsini nəzərə almayıblar.” (Tılsımlar Mecmuası, səh. 168)

Bədiüzzaman hz. Mehdinin üç böyük vəzifəsi olacağından bəhs etmiş və onun digər mücəddidlərdən bu xüsusiyyətləri ilə fərqlənəcəyini xatırlatmışdır.

Bədiüzzaman hz. Mehdidən bəhs edərkən “Axırzamanda gələcək” ifadəsindən istifadə etmişdir. Əgər hz. Mehdi Bədiüzzamanın dövründə və ya daha əvvəl gəlmiş olsaydı, Bədiüzzaman “gələcək” sözündən deyil, “gəldi” və ya “gəlmiş” kimi ifadələrdən istifadə edərdi. Ancaq Bədiüzzaman burada çox açıq şəkildə gələcək zaman bildirmiş və hz. Mehdinin “irəli tarixdə gələcəyini” ifadə etmişdir. Bu ifadəni əsərlərində təkidlə və dəfələrlə təkrarlamışdır. Bunlar hz. Mehdinin gəlişinin Bədiüzzamanın öz dövründə, ya da əvvəlində baş verməmiş; ancaq Axırzamanda olacağı gözlənilən bir hadisə olduğunu irəli sürür.

Bədiüzzaman burada “O gələcək şəxsin və camaatının” ifadəsindən istifadə etmişdir. “O gələcək şəxs” və “bu şəxsin camaati” iki ayrı anlayışdır. Bədiüzzaman “və” sözündən istifadə edərək bu ikisinin ayrı mənaları ifadə etdiyini açıqca ifadə etmişdir. Əgər hz. Mehdi bir şəxsi-mənəvi olsaydı, ya da bu camaat Mehdilik vəzifəsini boynuna götürmüş olsaydı, Bədiüzzaman burada “o gələcək camaat”, ya da “Mehdilik vəzifəsini boynuna götürəcək camaat” kimi bu mövzunu dəqiqləşdirən açıq ifadələrdən istifadə edərdi. Ancaq Bədiüzzaman heç bir etiraza yer verməyəcək açıq şəkildə “o gələcək şəxs və camaatı” sözlərindən istifadə etmiş və hz. Mehdinin onun davamçılarından ibarət toplumun başında olan bir şəxs olduğunu ifadə etmişdir. Bədiüzzamanın vurğuladığı bu həqiqət bir neçə sual ilə açıqca görülür:

Bədiüzzaman Axırzamanda gələcək bu şəxsin tək başına olduğunu bildirmişdir?

Xeyr, Bədiüzzaman hz. Mehdi ilə yanaşı camaatının də olacağını açıqlamışdır.

Bədiüzzaman bəhs etdiyi bu camaatın başında hər hansı bir şəxsin olacağını ifadə etmişdir?

Bəli, Bədiüzzaman bu camaatın başında şəxsən hz. Mehdinin olacağını bildirmişdir.

Bədiüzzaman burada bir camaatın varlığından bəhs etmişdir. Bu camaat, Bədiüzzamanın “o gələcək şəxs” sözləri ilə müjdələdiyi hz. Mehdinin köməkçilərinin və dəstəkçilərinin meydana gətirdiyi camaatdır. Bədiüzzaman əsərlərinin bir çox hissəsində Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində hz. Mehdinin camaatı olacağını və camaatın hz. Mehdinin edəcəyi fəaliyyətlərdə onun köməkçiləri olacağını ifadə etmişdir. Ancaq hz. Mehdinin bu hərəkətin öndəri və lideri olaraq, şəxsən bu birliyin başında olacağını da ifadə etmişdir. Bədiüzzaman hz. Mehdiyə tabe olan və onun təbliğini izləyən bu kütlə və hərəkəti “hz. Mehdinin şəxsi-mənəvisi” olaraq adlandırmışdır. Ancaq Bədiüzzamanın da ifadə etdiyi kimi öndərin, liderin şəxsi-mənəvi olması mümkün deyil. Hz. Mehdi də bu camaatının başında, onlara öndərlik etmək üçün şəxsən iştirak edəcək. Bu səbəbdən, Bədiüzzamanın bu açıqlamasına görə “hz. Mehdi onu izləyən bir camaatı olan və onlara liderlik edən tək bir şəxsdir”.

Xəbərləri və işarələri, Risalə-i Nurun şəxsi-mənəvisinə sözü ilə Bədiüzzaman geniş şəkildə edilən yanlış şərhə işarə edir. Bədiüzzaman hz. Mehdiyə dair xəbər və işarələrin Risalə-i Nur camaatı ilə əlaqələndirilməyə çalışıldığını, ancaq bunun hz. Mehdi ilə əlaqədar verilən məlumatlara uyğun olmadığını ifadə etmişdir. Bədiüzzaman bunu edən şəxslərin hz. Mehdinin iki böyük və əhəmiyyətli vəzifəsini gözardı etdikləri üçün belə yanlış qənaətə gəldiklərini ifadə edir. İslam birliyinin təmin edilməsi və hz. Mehdinin bütün müsəlmanların liderliyini boynuna götürməsi, xristianlarla ittifaq edilməsi və Quran əxlaqının bütün yer üzünə hakim olması indiyə qədər olmamışdır. Bədiüzzaman da daxil olmaqla, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə gələn mücəddidlərin heç biri bu böyük vəzifələri yerinə yetirməyib. Buna görə də, Bədiüzzaman da bu həqiqəti dilə gətirərək Risalə-i Nurun şəxsi-mənəvisini Mehdiliklə səciyyələndirənlərin yanıldıqlarını ifadə edir.

Bədiüzzaman risalələrin müəllifi olduğu üçün bəzi şəxslər tərəfindən onun hz. Mehdi olaraq xarakterizə edildiyini ifadə etmişdir. Ancaq yuxarıda da açıqlandığı kimi Bədiüzzaman, hz. Mehdinin yerinə yetirəcəyi iki böyük vəzifə diqqətə alınmadığı üçün belə səhv şərh edildiyini ifadə etmişdir. Bu səbəbdən, Mehdilik mövzusundakı bu düşüncənin əsassızlığını bir daha ifadə etmişdir.

Bədiüzzaman bu düşüncənin yanlışlığını “hətta” sözü ilə bir daha vurğulamışdır. Bədiüzzaman “hətta” sözünü burada “bundan daha da qəribə və daha da qəribə olanı” mənasında istifadə etmişdir. Risalə-i Nurun Mehdi olduğunun zənn edildiyini, bundan daha da qəribəsi ona qarşı da belə iddianın edildiyini ifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə, qarşıya qoyulan bu Mehdilik iddiasının yanlışlığını bir daha vurğulayır.

Bədiüzzaman bu sözündə ona Mehdilik ithaf edilməsinin “davamlı edilən iddia olmadığını” istifadə etdiyi “bəzən” sözü ilə ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifədən bəhs etdiyi sözlərində hz. Mehdinin fərqli xüsusiyyəti olaraq “çox geniş sahədə hökm etməsi”nə diqqət çəkmişdir. Hz. Mehdinin bu xüsusiyyəti çox əhəmiyyətlidir. Hz. Mehdi vəzifələrini yalnız müəyyən bölgədə yerinə yetirməyəcək, onun təsir sahəsi çox geniş dairədə, yəni dünya səviyyəsində olacaq. Bədiüzzaman “dar dairə” olaraq ifadə etdiyi “kiçik diametrli” tətbiqlərin müsəlmanları yanıltmamalı olduğunu ifadə edir. Hz. Mehdinin ikinci və üçüncü vəzifələrini geniş dairədə həyata keçirəcəyini xatırladaraq, Risalə-i Nurun şəxsi-mənəvisinə edilən Mehdilik yaraşdırmasının yanlışlığını dəlilləri ilə birlikdə açıqlayır.

Bədiüzzamanın hz. Mehdinin yerinə yetirəcəyini ifadə etdiyi vəzifələr mövzusunda “çox böyük sahədə hökm etmə”, yəni “dünya səviyyəsində” nəticə isə bu günə qədər əldə edilməmişdir. Bu da hz. Mehdinin keçmiş dövrdə ortaya çıxmış bir şəxs, ya da şəxsi-mənəvi olmadığını açıq şəkildə ortaya qoyur. Bu üç vəzifənin dünya səviyyəsində yerinə yetirilməsi, Allahın icazəsi ilə, hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən olacaq və onu bütün insanlara tanıdacaq.

Bədiüzzaman hz. Mehdinin dünya səviyyəsində reallaşacaq ikinci (İslam Birliyini qurmaq) və üçüncü (Quran əxlaqını bütün dünyaya yaymaq ) vəzifələrinin, onu fərqləndirən və tanıdıcı xüsusiyyətlər olduğunu xatırlatmışdır. Çünki bu vəzifələri dünya səviyyəsində edəcək olan tək şəxs hz. Mehdidir. Bu səbəbdən, əgər bu vəzifələr bu xüsusiyyətləri ilə birlikdə həyata keçməyibsə, bu vəziyyətdə Mehdilik mövzusunda hər hansı iddia etmək də doğru deyil.

Çünki belə iddia Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə İslam alimlərinin və Bədiüzzamanın bu istiqamətdə etdikləri açıqlamalar ilə tamamilə ziddiyyət təşkil edəcək.

Bədiüzzaman da bu sözləri ilə hz. Mehdi mövzusunda iddia edə bilmək üçün dünya səviyyəsində reallaşmalı olan bu iki böyük vəzifənin yerinə yetirilib yetirilmədiyinin diqqətə alınmalı olduğunu xatırladır. Bədiüzzaman bu dəlillərin meydana gəlmədiyi vəziyyətdə ediləcək Mehdiyyət bənzətməsinin yanlış olacağını ifadə edir. Bədiüzzaman istifadə etdiyi “nəzərə almayıblar” ifadəsi ilə özünü və ya Risalə-i Nuru hz. Mehdi zənn edənlərin bu əhəmiyyətli məqamı gözdən qaçırdıqlarını və bu səbəblə də yanıldıqlarını ifadə etmişdir.

“Risalə-i Nurun şəxsi-mənəvisini (camaatını) haqlı olaraq hz. Mehdi kimi qəbul edirlər (şəxsi fikir kimi qəbul edirlər). O şəxsi-mənəvinin də bir nümayəndəsi Nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi-mənəvisi və o şəxsi-mənəvidən bir cür mümessili (mümkün) olan biçarə tərcümanı zənn etdikləri üçün bəzən o adı (hz. Mehdi adını) ona verirlər. Hərçənd bu iltibasdır (qarışdırmadır), yanlışdır.” (Tilsimlər Məcmuəsi, səh. 201)

Bədiüzzaman Risalə-i Nurun və bu əsərin müəllifi özünün hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun yanlış olduğunu və qarışdırıldığını ifadə etmişdir.

Bədiüzzaman burada “haqlı olaraq” deyimini Risalə-i Nur camaatının Mehdi qəbul edilməsini haqlı hesab etdiyini vurğulamaq üçün deyil, belə düşüncənin asanlıqla ediləcək və üzrlü hesab edilməli yanlış olduğunu vurğulamaq üçün istifadə etmişdir. Bu mövzudan bu məna asanlıqla aydın olur. Necə ki, Bədiüzzaman əvvəlki sətirlərdə açıqlanan sözlərində də bu yanılmanın hz. Mehdinin dünya səviyyəsində yerinə yetirəcəyi iki böyük vəzifəsinin gözardı edilməsindən qaynaqlandığını ifadə edərək bunun “haqlı düşüncə olmadığını” açıqlamışdır.

Bədiüzzaman Risalələri qələmə alan şəxs olaraq, Risalə-i Nurlar kimi özünün də hz. Mehdi olaraq qiymətləndirildiyini, ancaq bunun “zənn” olduğunu ifadə etmişdir. “Zənn etmək” sözü həqiqət deyil, yanılma və aldanmanı ifadə edən bir sözdür. Bədiüzzaman tələbələrinin yalnız hz. Mehdinin əhəmiyyətli vəzifəsi olan iman həqiqətlərini izah etmə mövzusunu qiymətləndirdiklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan “İslam birliyinin təmin edilməsi, bütün İslam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim qılınması”nın onda olmayan xüsus olduğunun nəzərə alınmadığını söyləmişdir. Elə bu səbəbdən də Risalə-i Nura və ona edilən Mehdilik yaraşdırmasının yalnız “zənn”dən ibarət olduğunu ifadə etmişdir.

Bununla yanaşı Bədiüzzaman “zənn edirlər” deyərək burada bir daha özünü bu düşüncədəki insanlara aid etmədiyini, onlarla eyni fikri paylaşmadığını ifadə edir.

Bədiüzzaman özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin bir “iltibas” olduğunu ifadə etmişdir. “İltibas” sözünün mənası “bir-birinə bənzəyən şeyləri qarışdırmaq”dır (Yeni Lüğət, səh. 267). Buna görə də burada, bir-birinə qarışdırılan, ancaq əslində bir-birindən fərqli olan iki anlayış vardır. Bədiüzzaman Risalə-i Nurun, ya da özünün hz. Mehdi ola biləcəyinin “zənn edildiyini”; ancaq həqiqətdə bunun “yanılma və qarışdırma” olduğunu ifadə edir.

Bədiüzzaman bu qarışıqlığın Risalə-i Nurun, hz. Mehdinin üç təməl vəzifəsindən biri olan “imanı qurtarmaq” vəzifəsini boynuna götürməsindən qaynaqlandığını açıqlamışdır. Bədiüzzamanın açıqladığı kimi, tarix boyunca göndərilmiş bütün mücəddidlər hz. Mehdinin vəzifələrindən birini ediblər. Ancaq Bədiüzzaman da daxil olmaqla “üç vəzifə, heç bir mücəddid tərəfindən eyni anda yerinə yetirilməmişdir”. Tarixdə Mehdilik mövzusunda bunun kimi bənzətmələr çox insana edilmişdir.

Ancaq Bədiüzzaman “hz. Mehdinin hamısını bir yerdə və dünya səviyyəsində edəcək vəzifələrini” izah edərək, bu Mehdilik iddialarının heç birinin doğru olmadığını və hz. Mehdinin irəlidə gələcək bir şəxs olduğunu açıqlamışdır.

Risalə-i Nura və Bədiüzzamana edilən bu bənzətmədə də eyni vəziyyətdir. Bədiüzzaman hz. Mehdi ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki və İslam alimlərinin şərhlərindəki izahlar və xüsusiyyətlərinə dair verilən məlumatlar diqqətə alınmadığı üçün “yanıldığını və qarışdırıldığını” ifadə edir.

Bədiüzzaman özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin eyni zamanda “sehiv” olduğunu söyləmişdir. “Sehiv”in mənası “səhv, yanlış, yanılma”dır (Yeni lüğət, səh. 617). Bədiüzzaman, özünə və Risalə-i Nura hz. Mehdi adının verilməsinin “qarışdırma” olacağını ifadə etməklə kifayətlənmir, cümləsinin ardında bunun “sehiv”, yəni “xəta” olacağını da vurğulayır. Bu, çox açıq ifadədir. Əgər Bədiüzzaman özünə və Risalə-i Nurun şəxsi-mənəvisinə edilən Mehdilik iddialarının hər hansısa birinin doğru olduğunu görsəydi, şübhəsiz ki, bunu “xəta” olaraq xarakterizə etməzdi. Bu iddiaların doğru olduğunu vurğulayan sözlərdən istifadə edərdi. Bunun səhv olduğunu ifadə etməsi, Bədiüzzamanın bu mövzudakı qənaətini çox açıq və heç bir etiraza yer buraxmayacaq şəkildə ortaya qoyur. Bədiüzzaman Risalə-i Nurun, ya da özünün hz. Mehdi ola biləcəyi fikrini qəbul edir.

“Hətta “həzrəti İsa əleyhissalam gələr, namazda hz. Mehdiyə tabe olar” deyə rəvayəti bu birliyə və hakikat-ı kuraniyənin (Quran həqiqətlərinə) iman gətirilməsinə və tabe olunmasına işarə edər.” (Şualar, səh. 493)

Peyğəmbərimiz (s.ə.v) bir hədisi şərifində hz. İsanın hz. Mehdinin arxasında namaz qılacağını bildirmişdir:

“İmamları saleh bir insan olan Mehdi olduğu halda, Beytül Məqdisə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi sırada, bir də baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Mehdi hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa əlini onun çiyinlərinə qoyar və ona deyər ki, “Keç önə namazı qıldır. Çünki qamət (fərz namazı etmək üçün oxunan azan; namaza başlama işarəsi) sənin üçün gətirilmişdir.” (Əbu Rəfidən rəvayət edilmişdir; İmam Şarani, “Ölüm, Kıyamet, Ahiret və Ahır Zaman alametleri”, Bədir nəşriyyat, səh. 495-496)

Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in bu hədisinə diqqət çəkir, bu hadisənin hz. İsa və hz. Mehdinin zühurunun əhəmiyyətli əlamətlərindən biri olduğunu xatırladır. Bədiüzzaman sözlərində hz. İsa və hz. Mehdi dövründə, Allahın icazəsi ilə, İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə edir. Bu hakimiyyətə, hz. İsa və hz. Mehdinin ittifaqıyla icra ediləcək böyük fikri mübarizənin vəsilə olacağını ifadə edir.

Bədiüzzaman bu sözündə Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri istiqamətində “hz. İsanın hz. Mehdi ilə birlikdə namaz qılacağını” ifadə etmişdir. Namaz Rəbbimizin insanlar üçün fərz etdiyi ibadətdir. Şəxsi-mənəvilərin birlikdə namaz qılması, namazda imamlıq etmələri mümkün deyil. Bədiüzzaman da bu həqiqəti çox yaxşı bilir və bu sözləri ilə hz. İsanın və hz. Mehdinin “şəxs” olaraq ortaya çıxacaqlarını xəbər verir. Hz. İsa yer üzünə əvvəlki gəlişində namaz ibadətini yerinə yetirdiyi kimi ikinci dəfə gəlişində də Allahın icazəsi ilə bu ibadətinə davam edəcək. Quranda bu mövzu belə bildirilir:

“(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni Peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 30-31)

Axırzamanda hz. İsa və hz. Mehdinin mübarək şəxsləri ortaya çıxacaq, hz. İsa hz. Mehdinin imamlığında namaz qılacaq, bu iki mübarək şəxsin edəcəkləri böyük fikri mübarizə nəticəsində İslam əxlaqı yer üzünə hakim olacaq. Bədiüzzaman bir çox səhih hədisdə yer alan bu mövzunu xatırladaraq, hz. İsa ilə hz. Mehdinin gəldiklərində qarşılıqlı dialoq içərisində olacaqlarını bildirir. Bunun üçün hər iki müqəddəs şəxs də eyni dövrdə ortaya çıxmalı və bir yerə gəlməlidirlər. Ancaq Bədiüzzaman həyatda ikən belə hadisə baş verməmişdi. Hz. İsanın gəlişi və hz. Mehdi ilə birlikdə namaz qılmaları bütün dünya müsəlmanları tərəfindən gözlənilir.

Bədiüzzaman hz. İsa və hz. Mehdinin Quran əxlaqının bütün yer üzünə hakim olması üçün ittifaq edəcəklərini bildirmişdir. İki dinin birləşməsinin İslamiyyət üzərinə olacağını hədislərlə açıqlayan Bədiüzzaman, Quranın tabe olunan kitab olacağını, onun hökmlərinin etibarlı və hakim olacağını bildirmişdir. Bu ittifaq və bu böyük hadisələr hələ baş verməyib və bu tarixi hadisə də bütün dünya müsəlmanları tərəfindən böyük həyəcanla gözlənilir. Bədiüzzaman həyatda ikən baş verməmiş bu hadisələrin hz. Mehdinin əhəmiyyətli xüsusiyyətlərindən olduğunu ifadə edərək, hz. Mehdinin özündən sonrakı dövrdə gələcəyini ifadə etmişdir.

“O qədər qüvvətlidir və davam edər; “tək həzrəti İsa (ə.s) onu yox edə bilər, başqa çarə ola bilməz” deyə rəvayət edilmişdir. Yəni, onun peşəsini və dağıdıcı rejimini pozacaq, yox edəcək; ancaq səmavi və ülvi, xalis (vəhyə söykənən və uca, əlavələrsiz) bir din isəvilərdə zühur edəcək (ortaya çıxacaq) və Quranın həqiqətlərinə tabe olan və İslamiyyət ilə birləşən bu İsəvi dinidir ki, həzrəti İsa (ə.s)-in yer üzünə enişi ilə o dinsiz peşə məhv olar, yox olar…” (Şualar, səh. 581)

Bədiüzzaman bu sözündə Dəccalın fitnəsini ancaq hz. İsanın təsirsiz hala gətirə biləcəyinə işarə edən bir hadisə diqqət çəkmişdir. Dəccalın inkara əsaslanan nizamını, təcavüzkar rejimini ortadan qaldıracaq, “dinsizliyi insanlar arasında yaymaq və dini-mentaliteti pozmaq” olaraq təsvir edilən peşəsini pozacaq olan şəxslərin hz. İsa və ona tabe olan səmimi İsəvilər olduğunu ifadə etmişdir. Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi ilə Məsih Dəccalın dinsiz məsləyi yox olub təsirsiz hala gələcək.

Bədiüzzaman bu sözləri ilə Peyğəmbərimiz (s.ə.v)-in hədisləri əsasında Dəccalı fikirlə təsirsiz hala gətirib, onun fitnəsini dünya üzərindən qaldıra biləcək adamın yalnız hz. İsa olduğunu ifadə edir. Bədiüzzaman burada istifadə etdiyi “onu” sözü ilə, Dəccalın “şəxs” olduğunu dilə gətirmişdir. Bədiüzzamana görə, bu şəxsin inkara əsaslanan səyini dayandıracaq olan adam isə yenə “bir şəxs olan hz. İsa”dır. Bədiüzzamanın bu sözləri çox açıqdır. Bədiüzzaman Dəccalı təsirsiz hala gətirə biləcək tək şəxsin hz. İsa olduğunu açıq şəkildə ifadə etmiş və bütün inananları bu qiymətli şəxsin yer üzünə ikinci dəfə gəlişi ilə müjdələmişdir.

Bədiüzzaman Məsih Dəccalın fitnəsinin bütün yer üzündə böyük təxribata səbəb olacağına diqqət çəkir. Bu fitnənin tam mənası ilə ortadan qaldırılmasının isə hz. İsa vəsiləsi ilə olacağını bildirir. Bədiüzzaman Məsih Dəccalın peşəsinin dinsizliyi bütün yer üzünə yaymaq və dinsizlikdən qaynaqlanan fəlakətlər meydana gətirmək olduğunu ifadə edir. Yenidən yer üzünə qayıdanda hz. İsanın Dəccalın səbəb olduğu fəlakətlərə maneə törədəcəyini, onun peşəsini təsirsiz hala gətirəcəyini və İslam əxlaqını bütün dünyaya hakim edəcəyini müjdələyir.

Hz. İsa Allahın mübarək elçisidir. Bütün peyğəmbərlər kimi o da insanları bir və tək olaraq Allaha iman etməyə, Allahın əmr etdiyi din əxlaqını yaşamağa dəvət etmişdir. Ancaq hz. İsanın Allah Qatına yüksəldilməsinin ardından, xristianlıq inancında degenerasiya meydana gəlmiş, xristianlar hz. İsanın onlara təbliğ etdiyi haqq dindən uzaqlaşıblar. Hz. İsa ikinci dəfə yer üzünə gələndə xristianlığın təhrif olmuş tərəflərini təmizləyəcək, yenidən haqq dinə çevirəcək. Bədiüzzaman da “İsəvilərdə xalis din ortaya çıxacaq” sözləri ilə bu həqiqətə diqqət çəkir. Bədiüzzaman xristianlığın Qurana tabe olaraq İslamiyyət ilə birləşəcəyini bildirmiş və bütün bu hadisələrin hz. İsanın yer üzünə ikinci dəfə gəlişinin əlamətlərindən olacağını xatırlatmışdır. Bədiüzzamanın müjdələdiyi bu hadisələr hələ baş verməyib. Bədiüzzaman da yaşadığı dövrdə bu mövzuya diqqət çəkərək, həm hz. İsanın sonrakı tarixdəki gəlişini müjdələmiş, həm də hz. İsa ilə eyni dövrdə yaşayacaq olan hz. Mehdinin çıxışının da onun dövründə hələ baş vermədiyini vurğulamışdır.

Bədiüzzaman Quran ayələrində yer alan işarələrə və hədislərdə verilən məlumatlara əsaslanaraq hz. İsanın yer üzünə yenidən gələcəyini söyləyir. Bədiüzzaman burada istifadə etdiyi “nüzul” sözü ilə hz. İsanın “bir məna, ruh, ya da təmsili şəxs” deyil, Allahın möcüzəsi olaraq insan bədəni ilə ikinci dəfə yer üzünə gələcək “bir şəxs” olduğunu açıqlayır. Bədiüzzaman Dəccalın inkara əsaslanan cəhdlərinin də hz. İsanın “nüzulu”, yəni “bir şəxs kimi yer üzünə gəlişi”nin ardından sona çatacağını ifadə edir.

“Böyük Mehdinin dörd əhəmiyyətli vəzifəsinin və daha əvvəl gəlib keçən kiçik mehdilər “böyük mehdi”nin bəzi vəzifələrini bir cəhətdə (bir baxımdan) icra etdiklərini və Peyğəmbərimiz (s.ə.v)-in yolunu, Quran əxlaqını və Quran əxlaqının əsaslarını, həqiqətlərini və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini ihya ilə yenidən canlandıraraq, elan və icra ilə hər kəsə bildirəcək və tətbiq edərək baş komandirləri “böyük Mehdi” nin uca ədalətini və haqdan və düzgünlükdən ayrılmamağı, doğruluğunu dünyaya göstərmələri çox məqbul olmaqla yanaşı, camaat həyatına aid qaydaların gərəyidir.” (Şualar, səh. 456)

Bədiüzzaman hz. Mehdinin İslam əxlaqını yenidən yaşanar hala gətirəcəyini, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi ilə hərəkət edəcəyini, üstün ədalət anlayışı olacağını izah edir.

Bədiüzzaman yuxarıda yer alan sözlərində, iki ayrı növ Mehdi olduğunu ifadə etmişdir. Bunlardan birini “kiçik Mehdilər” adlandırmış, digərinin isə Axırzamanda gələcək olan “böyük Mehdi” olduğunu ifadə etmişdir. Bədiüzzaman “böyük Mehdi”nin çox açıq görülən və təqlid edilməsi mümkün olmayan bəzi əlamətləri olduğunu ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən canlandırılması və İslam əxlaqının bütün dünyada hakim olması, bütün müsəlmanlar arasında İslam birliyinin yaradılması, xristianlarla müsəlmanların ittifaqının təmin edilməsi, hz. Mehdinin rədd edilməsi mümkün olmayan əlamətləridir. Bədiüzzaman, “kiçik Mehdi” olaraq bəhs etdiyi, əvvəlki əsrlərdə gələn Müsəlman şəxslərin hz. Mehdinin edəcəyi xidmətlərdən bəzilərini bir baxımdan yerinə yetirdiklərini, ancaq heç birinin bu vəzifələrin hamısını bir yerdə yerinə yetirə bilmədiklərini ifadə etmişdir. Bədiüzzaman bu sözləri ilə Axırzamanda gəlməsi gözlənilən “böyük Mehdi”nin keçmişdə göndərilən Müsəlman şəxslərlə qarışdırılmamalı olduğunu; “böyük Mehdi”nin ancaq sayılan bütün vəzifələri bir yerdə həyata keçirməsi ilə tanınacağını” xatırlatmışdır. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən canlandırılaraq İslam əxlaqının bütün dünyaya hakim qılınması, İslam birliyinin yaradılması, Xristian və Müsəlman ittifaqının təmin edilməsi nə Bədiüzzamanın yaşadığı dövrdə, nə də ondan əvvəlki dövrlərdə olmamışdır. Bədiüzzaman da bu həqiqətə diqqət çəkərək hz. Mehdinin özündən sonrakı tarixdə gələcəyini və bu mübarək insanın, keçmişdə İslama xidmət edən digər Müsəlman şəxslərdən bu əlamətləri ilə fərqlənəcəyini ifadə etmişdir.

Bunun yanında Bədiüzzaman bu açıqlamaları ilə “hz. Mehdinin şəxs olduğunu” bir daha vurğulamışdır. Axırzamanın “böyük Mehdi”sindən əvvəl gələn bütün İslam böyükləri, mücəddidlər və Bədiüzzamanın “kiçik Mehdi” olaraq adlandırdığı şəxslər həmişə şəxs olublar. Bədiüzzaman Allahın bu Adətullahının Axırzamanda da dəyişməyəcəyinə və “böyük Mehdi”nin də yenə “bir şəxs” olacağına diqqət çəkir.

Bədiüzzaman “Peyğəmbərimiz (s.ə.v)-in yolunu, Quran əxlaqını və Quran əxlaqının əsaslarını, həqiqətlərini və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi”ni sözləri ilə bir çox hədisdə də bildirildiyi kimi hz. Mehdinin Axırzamanda Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi ilə əməl edəcəyini və dini bidətlərdən təmizləyəcəyini və İslam dinini əslinə qaytaracağını ifadə edir. Peyğəmbərimiz (s.ə.v)-in bu mövzunu bildirən hədislərindən bəziləri belədir:

“Hz. Mehdi heç bir bidəti buraxmayacaq.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)

“Mehdi bütün bidətləri ləğv edəcək. Axırzamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək.” (Kıyamet Alametleri, səh. 163)

Hz. Mehdi İslam dinini, Əsri Səadət olaraq adlandırılan Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşanan və Quranda bildirilən şəklinə qaytaracaq. Bu vəzifə İslam tarixində digər İslam alimlərinə nəsib olmamış, bu günə qədər həyata keçməmişdir. Bədiüzzaman da bu açıqlaması ilə İslam dinini əslinə qaytarma vəzifəsinin ancaq hz. Mehdiyə nəsib olacağını və bunun hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərdən olduğunu xatırladır.

Bədiüzzaman bu sözlərində hz. Mehdinin izləyəcəyi yolu izah etməkdə, insanları haqq dinə dəvət edərkən istifadə edəcəyi üsulları açıqlayır.

Bədiüzzamanın burada istifadə etdiyi “ihya” sözünün mənası, “yenidən canlandırma”dır. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi Axırzamanda Qurandan uzaqlaşmış insanların yenidən Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.

“Elan” sözünün mənası isə, “hər kəsə bildirmə”dir. Bədiüzzamanın açıqlamalarına görə hz. Mehdi Quranın həqiqətlərini və Quran əxlaqını hər kəsin görə biləcəyi, çata biləcəyi şəkildə eşitdirəcək. Kütləvi informasiya vasitələrindən və texnologiyadan çox yaxşı istifadə edəcəyi aydın olan hz. Mehdi İslam həqiqətlərini çox müxtəlif və hikmətli üsullardan istifadə edərək bütün dünyaya açıq şəkildə göstərəcək və elan edəcək.

“İcra” sözünün mənası da “tətbiq”dir. Bədiüzzaman bu sözləri ilə də hz. Mehdinin Quran əxlaqını bütün dünyada hakim edəcəyini və bütün cəmiyyətlərdə yaşanacaq hala gətirəcəyini ifadə edir.

Bədiüzzamanın burada hz. Mehdinin fəaliyyətləri haqqında üzərində dayandığı böyük miqyaslı xidmətlər, bütün dünyanın gözləri qarşısında baş verəcək hadisələrdir. Bədiüzzaman bunların heç birinin, özü yaşadığı zaman həyata keçmədiyinə diqqət çəkir, ancaq bu əlamətlərin həyata keçməsinə vəsilə olan şəxsin hz. Mehdi ola biləcəyini ifadə edir.

Bədiüzzaman diqqət çəkdiyi bu əhəmiyyətli mövzu ilə birlikdə hz. Mehdinin şəxsi-mənəvi olmadığını da vurğulayır. Bədiüzzaman İslam dininin əsaslarını, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini “ihya, elan və icra edəcək bir şəxsin” varlığından danışır. Bütün bu çalışmalar “iman, ağıl və vicdan sahibi müqəddəs şəxsin yerinə gətirə biləcəyi” vəzifələrdir. Buna görə də, Bədiüzzaman bu izahları ilə “hz. Mehdinin şəxsi-mənəvi ola bilməyəcəyi” mövzusunda da qəti dəlil daha ortaya qoyur.

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir çox hədisdə hz. Mehdi dövründə yer üzünün ədalətlə dolacağı xəbər verilir:

“Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah, mənim Əhli Beytimdən (soyumdan) bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, o yer üzünü ədalətlə dolduracaq.” (Sünen-i Ebu Davud, 5/92)

“Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu düzgünlük və ədalətlə doldurar.” (Süneni Əbu Davud, 5/93)

“Bu (Əmr) də (hz. Mehdi) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaq.” (Süneni İbni Macə, 10/348)

Hədislərdə ifadə edilən, bu ədalət və hüzur mühiti çox geniş miqyasda və bənzərsiz olacaq. Bədiüzzaman da “Kamali Ədaləti” və “haqqaniyyəti” (haqqı) sözləri ilə hz. Mehdinin ədalətinin ən mükəmməl şəkildə olacağını bildirir. Bədiüzzaman hz. Mehdinin bu xüsusiyyətlərini dilə gətirərək əvvəlcə onun şəxsi-mənəvi olmadığını, “ədalətli, haqq və doğru yolu izləyə biləcək bir şəxs” olduğunu ifadə edir. Bir şəxsi-mənəvinin “ədalətli olması, ya da haqq yoldan ayrılmama xüsusiyyətini daşıması” mümkün deyil. Bədiüzzaman da hz. Mehdinin əxlaqındakı bu “mömin xüsusiyyətləri”nə diqqət çəkərək, bu mövzuya açıqlıq qazandırmış və onun mübarək “insan” olduğunu xatırlatmışdır.

Bədiüzzaman bu sözlərinin başında isə “böyük Mehdi”nin “baş komandir” sifətinə diqqət çəkmişdir. Bu, ancaq “bir insan”ın sahib ola biləcəyi xüsusiyyət və insanın boynuna götürə biləcəyi vəzifədir. Çox açıqdır ki, Bədiüzzaman burada şəxsi-mənəvinin möminlərin baş komandiri olacağından bəhs etmir; “bu vəzifəni yerinə yetirə biləcək xüsusiyyətlərə sahib bir şəxsi” ifadə edir.

Bədiüzzaman “baş komandirləri olan “böyük Mehdi”nin ədalətini dünyaya göstərmələri” sözləri ilə burada hz. Mehdinin uca ədalətinin, haqdan və düzgünlükdən ayrılmamağının mükəmməlliyinə “bütün dünyanın şahid olacağını” ifadə edir. Bütün insanlar, bu mübarək şəxsi görüb tanıyacaqlar, Allahın ədalətli sifətinin yer üzündəki təcəllilərini hz. Mehdidə görəcəklər. Hz. Mehdinin böyük fikri mübarizəsi nəticəsində, bəlkə də bütün dünyada ilk dəfə zülm və xaos tamamilə bitəcək, dünya səviyyəsində sülh, hüzur və ədalət olacaq. Bədiüzzaman bu açıqlamaları ilə hz. Mehdinin keçmiş dövrlərdə gəlmədiyini, gələndə isə Allahın bu hadisələrlə onu insanlara tanıdacağını bildirir.

“Üstəlik, iki Dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda, rəvayətlərdə qarışdırılar, biri o biri zənn edilər. Həm “böyük Mehdi”nin halları sabiq mehdilərə (əvvəlki mehdilərə) işarə edən rəvayətlərə uyğun deyil, təşbehli hədis (bir çox anlama gələ biləcək hədis) hökmünə keçər.” (Şualar, səh. 582)

Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar hədislərində bəhsi keçən Dəccalların xüsusiyyətlərinin və fəaliyyətlərinin bir-birinə bənzədiyini; bu səbəblə birinin digəri zənn edilə bildiyini söyləyir. Ancaq bu hədislərdə “böyük Mehdi”yə dair bildirilən xüsusiyyətlərin, “sabiq Mehdilər” olaraq bəhs etdiyi, əvvəlki dövrlərdə gəlmiş mücəddidlərdən çox fərqli olduğunu ifadə etmişdir.

Bədiüzzaman “iltibas olar (qarışdırılar) biri o biri zənn edilər” sözləri ilə hədislərdə bəhsi keçən dəccalların qarışdırıldığını xatırlatmışdır. Bədiüzzaman Axırzamanda gələcək “böyük Mehdi” ilə “sabiq mehdilər” arasında isə belə qarışdırmanın ola bilməyəcəyini ifadə etmişdir. Bunun səbəbinin də “Peyğəmbərimiz (s.ə.v)-in hədislərində sabiq mehdilər ilə əlaqədar olaraq verilən məlumatların böyük Mehdinin xüsusiyyətləri ilə uyğunlaşmaması” olduğunu ifadə etmişdir.

Bədiüzzaman bu sözləri ilə “böyük Mehdi”nin “keçmiş zamanlarda gəlmədiyini”, bu mübarək şəxsin, “Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün xüsusiyyətlərə birdən sahib olması ilə tanınacağını” dilə gətirmişdir. Çünki bir şəxsin Mehdi ola bilməsi üçün Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən xüsusiyyətlərin hamısını birdən göstərməlidir. Yoxsa bəzi əlamətlərin var olduğu zənn edilməsi ilə o şəxsin Mehdi olduğunun düşünülməsi doğru deyil. Hz. Mehdi, Allahın icazəsi ilə, ortaya çıxdığı zaman, Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün bu əlamətləri üzərində daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi “seyid”, yəni Peyğəmbərimiz (s.ə.v)-in soyundan olacaq, İslam əxlaqını bütün dünyaya hakim edəcək, yer üzünə bənzərsiz bir ədalət, hüzur, bolluq və bərəkət gətirəcək. Bədiüzzaman da buradakı sözləri ilə bu əlamətlərin fərqli olmasına diqqət çəkmiş, bu xüsusiyyətlərə uyğun olmayan şəxslərin hz. Mehdi ola bilməyəcəyini xatırlatmışdır.

Bədiüzzaman bu mövzunu izah etdiyi sözlərində bir başqa mövzunu daha vurğulamış, hədislərdə bildirilən dəccalların, sabiq mehdilərin və hz. Mehdinin “şəxsi-mənəviiyyətlər” deyil, “bir şəxs” olduqlarını ifadə edən izahlar da etmişdir. Çünki “biri və o biri” sözləri burada “insan” ifadə edən əvəzliklər olaraq istifadə edilmişdir. Bədiüzzaman bu sözləri ilə həm “sabiq Mehdilərin”, həm də “böyük Mehdi”nin “bir şəxs” olduqlarını ifadə edir.

Bədiüzzaman əsərlərində sabiq Mehdilərin Axırzaman Mehdisinin üç böyük vəzifəsini yerinə yetirə bilmədikləri üçün böyük Mehdi ola bilməyəcəklərini izah etmişdir. Yuxarıda da açıqlandığı kimi, bunun bir başqa səbəbinin böyük Mehdinin xüsusiyyətlərinin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində sabiq mehdilərə dair bildirdiyi xüsusiyyətlərə uyğun gəlməməsi olduğunu ifadə etmişdir. Bədiüzzaman bu açıqlamaları ilə hz. Mehdinin ortaya çıxdığında bu xüsusiyyətlərə sahib olması ilə tanınacağını xatırlatmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi, hz. Mehdinin əxlaqına, fiziki xüsusiyyətlərinə, soyuna, mübarizəsinə, yerinə yetirəcəyi fəaliyyətlərə aid əlamətlər görülmədiyi təqdirdə isə, bir insanın hz. Mehdi ola biləcəyindən bəhs edilə bilməyəcəyini ifadə etmişdir. Buna görə də verdiyi bu məlumatlarla, hədislərdə bildirilən müjdələrin hələ həyata keçmədiyinə və hz. Mehdinin keçmiş dövrlərdə gəlmədiyinə diqqət çəkmişdir.

Bədiüzzaman bu sözləri ilə eyni zamanda hz. Mehdinin mənəvi varlıq olmadığını, “bir şəxs” olaraq möminlərin başında olub onlara öndərlik edəcəyini də açıqlamışdır. Belə ki:

Bədiüzzaman, daha əvvəl gələn Mehdilərin şəxs olduqlarını izah edib ardından da böyük Mehdi ilə aralarındakı fərqi açıqlamışdır. Deməli, böyük Mehdi də “bir şəxs”dir.

Əvvəlki Mehdilər ifadə edilən vəzifələri yerinə yetirə bilməyiblər. Amma bu vəzifələri böyük Mehdi yerinə yetirəcək. Bu vəzifələrin edilə bilməsi isə, bir şəxsin var olmasını tələb edir. Deməli, böyük Mehdi də “bir şəxs” olacaq.

Böyük Mehdi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində təsvir etdiyi sabiq Mehdilərə dair xüsusiyyətlərə uyğun gəlmir. Böyük Mehdi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində müjdələdiyi Axırzaman Mehdisinin xüsusiyyətlərini daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdinin şəxsi-mənəvi olmadığı fiziki xüsusiyyətləri ilə, əxlaqı ilə təsvir edilən bir şəxs olduğu əsrlərdir bütün İslam alimləri tərəfindən bilinir. Bədiüzzaman da burada böyük Mehdinin hədislərdə izah edilən sabiq Mehdilərdən bu fərqinə diqqət çəkərək, yenə “bir şəxs”dən bəhs etdiyini ifadə etmişdir.

Bu açıqlamalarda bəhsi keçən “sabiq Mehdilərin” bir şəxs olduqları qəbul edilərkən, Bədiüzzamanın eyni izahlarında yenə bir şəxs olacağını ifadə etdiyi “Böyük Mehdi”nin “şəxsi-mənəvi” olacağı düşüncəsini qarşıya qoymaq, əlbəttə ki ziddiyyətlidir. Belə vəziyyətdə, rəvayətlərdə ifadə edilən Axırzaman Mehdisindən əvvəl gələn bütün Mehdilər də şəxsi-mənəvi olmalıdırlar, amma belə şey olmamışdır. Buna görə də belə yanaşma yanlış və məntiqsizdir. Bədiüzzamanın da müjdələdiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olması ilə tanınacaq olan böyük Mehdi, Axırzamanda “bir şəxs” olaraq ortaya çıxacaq və Allahın icazəsi ilə Bədiüzzamanın ifadə etdiyi üç vəzifəni eyni zamanda şəxsən yerinə yetirəcək.

“Böyük Mehdinin çox vəzifələri var, siyasət, dəyanət, səltənət, mübarizə aləmində çox dairələrdə fəaliyyəti olduğu kimi…” (Şualar, səh. 590)

Bədiüzzaman Axırzamanda gələcək hz. Mehdinin;

Siyasət

Dəyanət

Səltənət

sahələrində böyük vəzifələri olacağını bildirir, ancaq bu vəzifələrin hamısını eyni zamanda və tam olaraq yerinə yetirən şəxsin hz. Mehdi ola biləcəyini ifadə edir.

Bədiüzzaman “böyük Mehdi”nin, sabiq Mehdilər olaraq adlandırdığı şəxslərdən ən əhəmiyyətli fərqlərindən birinin, onun yerinə yetirəcəyi “böyük vəzifələr” olduğunu bildirmişdir. Bədiüzzaman “çox vəzifələri var” deyərək, yerinə yetirəcəyi bu vəzifələrin hz. Mehdini insanlara tanıdacaq əhəmiyyətli əlamət olduğunu vurğulayır. Bədiüzzaman bu vəzifələrin hamısı eyni zamanda yerinə yetirilmədiyi təqdirdə isə, kiminsə hz. Mehdi olmasının mümkün ola bilməyəcəyini xatırladır.

Bədiüzzaman bu sözlərində “çox vəzifələri var” dediyi hz. Mehdinin bu vəzifələrinin nələr olduğunu açıqlayır. Hz. Mehdinin, “siyasət, səltənət və diyanət Mehdisi olaraq bu üç xüsusiyyətə birdən sahib olacağını və bu üç sahədə birdən Mehdilik edəcəyini” söyləyir. Diqqət yetirilsə, Bədiüzzaman bu vəzifələri “üç ayrı şəxsin” yerinə yetirəcəyindən bəhs etməmişdir. Əksinə, hz. Mehdinin bu “üç mövzuda eyni zamanda” möminlərin öndərliyini boynuna götürəcəyini ifadə etmişdir. Bu sözləri üstəlik, “Mehdiliyi üç hissəyə bölmənin, tək birinin Mehdilik üçün yetərli olacağını söyləmənin” yanlışlığını ortaya qoyur.

Bədiüzzaman verdiyi bu məlumatlarla hz. Mehdinin imkanlarının çox geniş olacağını və bu vəzifələrin tam edilməsinin bu üç sahədə birdən güc sahibi olunması ilə həyata keçəcəyini açıqlayır. “Bir çox dairədə fəaliyyəti olduğu kimi” sözləri ilə isə hz. Mehdinin bu “fəaliyyətlərinin və təsir sahəsinin miqyasının genişliyini” ifadə edir. Bədiüzzaman yaşadığı müddət ərzində çox böyük iman xidməti icra etmiş, ancaq bu üç sahədə eyni zamanda imkan və səlahiyyətlərə sahib olmamışdır. Əksinə, özü ömrünü əsarət, maddi çətinliklər altında keçirmişdir. Müxtəlif haqsızlıqlara məruz qalmış, əziyyətlərə tabe tutulmuş, həyatının böyük hissəsini həbs və sürgün kimi şərtlər altında davam etdirmişdir. Şübhəsiz ki, əgər Bədiüzzaman Mehdi olsa və dəyanət, səltənət və siyasət sahələrindəki üç vəzifəni yerinə yetirmiş olsaydı, belə vəziyyət mümkün olmazdı. Buna görə də, Bədiüzzaman hz. Mehdi haqqında verdiyi bu məlumat ilə, özünün hz. Mehdi ola bilməyəcəyini şəxsən öz sözləri ilə bir daha sübut etmişdir.

Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin “lider xüsusiyyətləri daşıyan üstün şəxs” olduğuna bir daha diqqət çəkmişdir. Bədiüzzamanın saydığı vəzifələrin hər biri ancaq “insan”ın boynuna götürə biləcəyi məsuliyyətlərdir. “Mehdi” sözü, “hidayət tapan və hidayətə yönəldən” mənasındadır. Bədiüzzaman hz. Mehdinin “dəyanət”, “siyasət” və “səltənət” aləmində bu “Mehdilik xüsusiyyətini” daşıyaraq böyük məsuliyyətlər boynuna götürəcəyini ifadə edir. Şəxsi-mənəvinin dəyanət, siyasət və səltənət mövzularında səlahiyyət sahibi olması; bu sahələrdə insanların məsuliyyətlərini boynuna götürərək ədalət təmin etməsi heç bir şəkildə mümkün deyil. Bu məsuliyyətlərin yerinə yetirilməsi Bədiüzzamanın da ifadə etdiyi kimi, “hidayət tapmış bir insanın”, “iman, ağıl və vicdandan istifadə edərək yerinə yetirə biləcəyi vəzifələr”dir. Bədiüzzaman da sözləri ilə bu həqiqəti vurğulamış, hz. Mehdinin şəxsi-mənəvi ola bilməyəcəyini ifadə etmişdir.

“O gələcək qəribə (təəccübləndirən, heyrətamiz, bənzərsiz) şəxsin bir xidmətçisi və ona zəmin hazırlayacaq kömək edəcək dümdarı (gücü) və o böyük komandirin pişdar bir nəfəri (öndən gedən əsgəri) olduğumu zənn edirəm.” (Barla Lahikası, səh. 162)

Bədiüzzaman bu sözündə, özünü hz. Mehdinin bir növ “qabaqcılı” olaraq xarakterizə etmiş və hz. Mehdinin “ondan sonra gələcəyini” açıqlamışdır.

Bədiüzzaman bu ifadəsində hz. Mehdi üçün, “irəlidə gələcək” sözlərindən istifadə etmişdir. Bədiüzzaman “gəlmiş” və ya “gəldi” kimi öz dövrünü və əvvəlini nəzərdə tutan ifadələrə yer verməmişdir; “irəlidə gələcək” deyərək hz. Mehdinin öz yaşadığı dövrdən sonra gələcəyini açıqlamışdır. “İrəlidə” sözünün gələcək zamanı ifadə etdiyi açıqdır və Bədiüzzamanın bu mövzudakı düşüncəsini heç bir etiraza yer buraxmayacaq şəkildə irəli sürür.

Bədiüzzaman “şəxs” sözündən istifadə edir, müəyyən insandan bəhs edir. Bədiüzzaman bu sözü ilə toplumdan və ya şəxsi-mənəvidən danışmır. Əgər Bədiüzzaman hz. Mehdinin şəxsi-mənəvi olaraq gələcəyini düşünsəydi, (həyatı boyunca həqiqətləri ifadə etməkdən əsla çəkinməmiş böyük alim olaraq) bunu da açıq şəkildə ifadə edərdi. Ancaq Bədiüzzaman, burada bir çox ifadəsində olduğu kimi, hz. Mehdinin müqəddəs şəxsindən bəhs edir. Hz. Mehdinin Axırzamanda “bir şəxs” olaraq gələcəyini açıq söyləyir və bunu dəfələrlə əks şəkildə şərh edilə bilməyəcək şəkildə təsdiq edir.

Bədiüzzaman burada şəxs sözünü xarakterizə etmək üçün bir ifadədən istifadə etmişdir. Deməli, Bədiüzzaman “tək bir şəxs”dən bəhs edir, “iki və ya üç şəxsdən” deyil. Bədiüzzamanın bu sözləri, hz. Mehdinin bir qrup, ya da camaat ola biləcəyi düşüncəsini tamamilə etibarsız edir.

Bununla yanaşı, Bədiüzzaman “şəxs” olduğunu ifadə etdiyi hz. Mehdinin əhəmiyyətli xüsusiyyətini də vurğulamışdır. Hz. Mehdinin “qəribə şəxs” olduğunu ifadə etmişdir. “Qəribə” sözü, “heyrətverici, təəccüblü, bənzərsiz” mənasındadır. Hədislərdə hz. Mehdinin çox böyük fikri mübarizəsi olacağı, gördüyü fəaliyyətlərin dünya səviyyəsində təsir göstərəcəyi bildirilir. Bədiüzzaman da hz. Mehdidən “qəribə” ifadəsi ilə bəhs edir, bu mübarək şəxsin daha əvvəl “bənzərsiz insan” olacağına diqqət çəkir.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdinin istifadə etdiyi üsulların və mübarizə şəklinin çox fərqli olacağı bildirilmişdir. Bu məlumatlara görə hz. Mehdi çox təsirli üsullardan istifadə edəcək, hər mövzuda müvəffəqiyyətli nəticələr əldə edəcək. Bu müvəffəqiyyətinə görə ona hücumlar olmasına baxmayaraq, bunlardan heç təsirlənməyəcək. Bədiüzzaman da bu sözü ilə hz. Mehdinin hər kəsin anlaya bilməyəcəyi vehbi (çalışmaqla qazanılmayıb Allahın lütfü ilə olan) elmlərə də vaqif bir şəxs olacağını ifadə etmişdir. Bədiüzzamanın bu sözündən aydın olduğu kimi hz. Mehdi dövründə heyrətverici hadisələr də yaşanacaq. Hədislərdə bildirildiyinə və İslam alimlərinin ifadələrinə görə, fövqəladə təbiət hadisələri, gözlənilməz siyasi dəyişikliklər, texnologiyanın sürətlə inkişafı, dünya səviyyəsində təbliğ, bənzərsiz dövr olacağını izah edir. Hz. Mehdi hər an Allahın yaxın təqibinə və köməyinə məzhər olacaq. Buna görə də, Bədiüzzamanın da ifadə etdiyi kimi, iman gözü ilə baxmayanların səhv salacağı, asanlıqla açıqlaya bilməyəcəyi möcüzəvi müvəffəqiyyətlərə vəsilə olacaq.

Bədiüzzaman bu sözü ilə özünün etdiyi çalışmaların hz. Mehdiyə zəmin hazırlayacağını ifadə edir, özünü bu mübarək şəxsin “xidmətçisi” kimi xarakterizə edir. Şübhəsiz ki, bu çox qəti açıqlamadır. Əgər Bədiüzzaman hz. Mehdi olduğunun qənaətinə gəlsəydi, özünü “hz. Mehdinin xidmətçisi” kimi xarakterizə etməzdi. Çünki “bir insan eyni anda həm hz. Mehdi, həm də onun xidmətçisi ola bilməz”. Bu ifadədən də Bədiüzzamanın burada çox açıq şəkildə hz. Mehdi olmadığını ifadə etdiyi görülür.

Bədiüzzaman burada “ona zəmin hazırlayacaq” ifadəsindən istifadə edərək, hz. Mehdinin özündən sonra gələcəyini bir daha açıqlamışdır. Bilindiyi kimi, “hazırlıq” nəyinsə əvvəlində edilən hərəkətdir. Hal-hazırda mövcud olan, hazır olan bir şey üçün hazırlıq edilməsi mümkün deyil. Bədiüzzaman da burada özünün “hz. Mehdinin gəlişindən əvvəl hazırlıq etdiyini” ifadə edir. Bu da hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövrdə hələ ortaya çıxmadığını, bu dövrün “hazırlıq dövrü” olduğunu göstərir.

Hədislərdə yer alan təriflərə və Bədiüzzamanın açıqlamalarına görə, Axırzaman mübarizəsi çox əhatəli fikri mübarizə olacaq. Bu fikri mübarizədə hz. Mehdi dövründə yaşayan saleh möminlər vəzifə aldığı kimi, özündən əvvəl gəlib ona zəmin hazırlayacaq köməkçiləri, dostları da olacaq. Bədiüzzaman da bu sözləri ilə bu həqiqətə işarə edir. Böyük İslam alimi, dəyərli xidmətləri ilə Axırzamanda gələcək hz. Mehdiyə mühit hazırladığını dilə gətirir. Fikri mübarizəsinin, xidmətlərinin, əsərlərinin hz. Mehdinin fəaliyyətinə fayda verəcəyini və bunların hz. Mehdi tərəfindən mənbə olaraq istifadə ediləcəyini ifadə edir. Bədiüzzaman bu açıqlamaları ilə özünün Axırzamanın gözlənilən Mehdisi olmadığını bir daha şəxsən öz sözləri ilə ifadə edir.

Bədiüzzaman bu sözləri ilə öz mövqeyini də çox açıq şəkildə bildirmişdir. Yuxarıda da ifadə edildiyi kimi, bir insanın eyni anda həm “hz. Mehdi olması”, həm də ona “zəmin hazırlayacaq şəxs” olması mümkün deyil. Çünki zəmin hazırlayacaq şəxs ilə hz. Mehdinin eyni zamanda bu vəzifəni icra etməsi mümkün deyil. Onun vəzifəsi hadisənin əvvəlindədir; gələcək şəxs, yəni hz. Mehdi isə zəmin hazır edildikdən sonra, yəni gələcək zamanda vəzifəsinə başlayacaq.

“Dümdar” sözü “köməkçi güc” mənasını verir. Bədiüzzaman bu sözü ilə özünü əsl mübarizəni icra edən şəxsə imkan hazırlayan köməkçi gücə bənzətmişdir. Bu şəkildə özündən sonra gələcək olan və edəcəyi böyük fikri mübarizə ilə İslam əxlaqının gətirdiyi bütün gözəllikləri yer üzünə hakim edəcək hz. Mehdinin köməkçisi olduğunu ifadə edir. Əgər Bədiüzzaman özünün hz. Mehdi olduğunu düşünsəydi, şübhəsiz ki, burada özünü “hz. Mehdinin köməkçisi” adlandırmazdı. Çünki “hz. Mehdinin və köməkçisinin”, “bir-birindən fərqli, iki ayrı şəxs” olduğu çox açıqdır. Əgər Bədiüzzaman “köməkçisiyəm” deyirsə, bu onun hz. Mehdi olmadığını çox açıq şəkildə ifadə edir.

Bədiüzzaman hz. Mehdidən bəhs edərkən “o böyük komandir” sözlərindən istifadə edərək hz. Mehdinin “komandirlik xüsusiyyətinə” də diqqət çəkir. Bir şəxsi-mənəvinin komandirlik sifəti daşımasının mümkün olmayacağı çox açıqdır. Bədiüzzaman burada çox açıq şəkildə hz. Mehdinin bu vəzifəni yerinə yetirəcək “şəxs” olduğunu ifadə edir.

Bədiüzzamanın burada istifadə etdiyi “pişdar bir nəfər” ifadəsi, “qabaqcıl əsgər” mənasını daşıyır. Bədiüzzaman bu sözü ilə özünü qabaqcıl güclərə bənzədərkən, hz. Mehdinin özündən sonra gələcəyini bir daha vurğulamışdır. Əgər Bədiüzzaman özünün hz. Mehdi olduğunu ifadə etmək istəsəydi, şübhəsiz ki, belə ifadədən istifadə etməzdi. Çünki bu ifadə əks iddiaları etibarsız edir və mövzuya qəti açıqlıq qazandırmır. Bədiüzzaman “özünü öndən gələn” şəxs olaraq xarakterizə etməklə; “hz. Mehdinin isə özündən sonra gələn” bir şəxs olduğunu dəqiqləşdirir.

Bədiüzzaman burada “bir nəfər”, yəni əsgər sözündən istifadə edərək, özünün hz. Mehdi deyil, onun köməkçisi və ona xidmət edən bir vəzifəli olduğunu bir daha ifadə edir. Bədiüzzamanın özünü “xidmətçisi, qabaqcılı” olaraq səciyyələndirdiyi və bu qədər təriflə, hörmətlə bəhs etdiyi hz. Mehdi əsrlərdir bütün İslam aləmi tərəfindən gözlənilir. Bədiüzzaman da bu açıqlamaları ilə hz. Mehdinin Axırzamanda, Allahın icazəsi ilə, ortaya çıxacağını möminlərə müjdələyir.