Bədiüzzaman öz vəzifəsini necə izah edib?

“MƏN BELƏ BİR NURUN ZÜHURUNU ÇOX GÖZLƏDİM VƏ HƏLƏ DƏ GÖZLƏYİRƏM. LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLİR. ELƏ İSƏ O QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIRLAMAQ LAZIMDIR. ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ŞƏXSLƏRƏ (nurlu şəxslərə) ZƏMİN HAZIRLAYIRIQ.” (Mektubat, səh. 371)

Bədiüzzaman hz. Mehdi və köməkçilərini “baharda gələcək qüdsi çiçəklər” olaraq xarakterizə etmiş, “özünün isə, etdiyi xidmətlərlə bu mübarək şəxsə zəmin hazırlayan qabaqcıl olduğunu” ifadə etmişdir.

Bədiüzzaman “bir nur” olaraq ifadə etdiyi Axırzamanda gələcək hz. Mehdinin zühurunu çox gözlədiyini və hələ də gözləməkdə olduğunu ifadə edir. Bədiüzzaman bu sözləri ilə çox açıq şəkildə özünün hz. Mehdi olmadığını və özünün də bu mübarək şəxsin zühurunu böyük həyəcanla müşahidə etdiyini ifadə edir. Tək Bədiüzzaman deyil, səhabələr dövründən etibarən milyonlarla səmimi müsəlman, İslam alimləri, məzhəb imamları, müctəhidlər hz. Mehdi və yanındakı möminlərə qarşı dərin hörmət bəsləyiblər. Ona və camaatına dua ediblər, onlar üçün Allahdan kömək diləyiblər. Hz. Mehdi və camaatı gəlmiş keçmiş bütün müsəlmanların ortaq dostudur. Bütün inananlar üçün şövq və həyəcan vəsiləsidir. Bədiüzzaman da sözlərində bu düşüncəni dilə gətirir, özünün də böyük həyəcan və sevgi ilə hz. Mehdinin gəlişini gözlədiyini ifadə edir. Bədiüzzaman burada istifadə etdiyi “ÇOX İNTİZAR ETDİM VƏ EDİRƏM”, yəni “ÇOX GÖZLƏDİM VƏ HƏLƏ DƏ GÖZLƏYİRƏM” sözləri ilə bu vəziyyəti dilə gətirmiş, ancaq yaşadığı müddətdə bu müqəddəs şəxsin zühurunun həyata keçmədiyini bildirmişdir.

Bədiüzzaman Axırzamanda gələcək hz. Mehdi və camaatına qarşı səmimi və dərin sevgi sahibidir. Hz. Mehdi və yanındakıların gözəl əxlaqını və mübarizələrini “çiçəklər”ə bənzədir və onların baharda, yer üzünün bütün gözəlliklərinin ortaya çıxdığı dövrdə gələcəklərini izah edir. Bədiüzzaman hz. Mehdinin gələcəyi dövrü qaranlıq quru qışdan sonra gələn aydın, günəşli, gözəlliklərlə dolu bahara bənzədir. Bədiüzzamanın çiçək bənzətməsi bu dövrdə yaşanacaq hüzur, sülh, ədalət və gözəllikləri izah etmək üçün edilmiş çox gözəl nümunədir. Bədiüzzaman bu bahar dövrünün çox yaxın olduğunu bildirir. Bir başqa açıqlamasında isə özünün “tələsib qışda gəldiyini” ifadə etmiş; necə ki, qışdan dərhal sonra bahar gəlirsə, Axırzamanda gələcək mübarək şəxs və camaatının da, özündən dərhal sonra baharı gətirəcəyini müjdələmişdir. Bədiüzzaman bu sözləri ilə çox açıq şəkildə “özünün hz. Mehdi olmadığını, ancaq bu mübarək şəxsə mühit hazırlayan qabaqcılı olduğunu” ifadə etmişdir.

Bədiüzzaman bir daha “QÜDSİ ÇİÇƏKLƏR” sözləri ilə bəhs etdiyi hz. Mehdi və tələbələrinə qarşı olan sevgisini dilə gətirmiş, hz. Mehdinin gəlişini çox gözlədiyini və hələ də gözləməkdə olduğunu ifadə etmişdir. Bu vəziyyətdə gələcək olan şəxslərə, yəni hz. Mehdi və camaatına zəmin hazırlamaq lazım olduğunu söyləyən Bədiüzzaman, özünün və camaatının bu vəzifəni boynuna götürdüyünü ifadə etmişdir. Onlardan əvvəl gəlib onlar üçün hazırlıq gördüyünü söyləyərək, hz. Mehdinin özündən sonra gələcək bir şəxs olduğunu bir daha dilə gətirmişdir.

Bədiüzzaman “ANLADIQ Kİ” sözləri ilə özünün hz. Mehdi olmadığı, ancaq etdiyi xidmətlərlə bu mübarək adama zəmin hazırladığı mövzusundakı qənaətini dilə gətirir. “ANLADIQ Kİ” ifadəsi, Bədiüzzamanın ürəyinə gələn həqiqəti və Bədiüzzamanın bu həqiqətə dəqiq və səmimi olaraq inandığını göstərir. Bədiüzzaman bu sözlə, təvazökar olduğu üçün belə söz söyləmədiyini, dəlilləri ilə açıqca ortada olan bu mövzuda qəti qənaətini ifadə etdiyini ortaya qoyur.

Bədiüzzaman bu sözündə “XİDMƏTİMİZLƏ” deyərək çoxluq bildirən ifadədən istifadə etmişdir. Deməli, Bədiüzzaman bu xidmətdə tək deyil; ona kömək edən Nur camaatı da vardır. Bədiüzzaman “xidmətimizlə” deyərkən bütün Nur tələbələrini də bu xidmətə daxil edir.