“GƏLƏCƏK QƏRİBƏ (təəccübləndirən, heyrətləndirən, bənzərsiz) ŞƏXSİN XİDMƏTÇİSİ və ONA ZƏMİN HAZIRLAYACAQ DÜMDARI (kömək edən güc) olduğumu düşünürəm.” (Barla Lahikası, səh. 162)
Bədiüzzamanın bu açıqlamasında hz. Mehdi haqqında “GƏLƏCƏK” sözünü işlətmişdir. Bədiüzzaman öz yaşadığı dövrə və əvvəlinə işarə edərək “gəldi” və ya “gəlmiş” kimi ifadələr işlətməmiş; “gələcək” deyərək hz. Mehdinin özünün yaşadığı dövrdən sonra gələcəyini bəyan etmişdir. “GƏLƏCƏK” sözü gələcək zamana aiddir və Bədiüzzamanın bu mövzudakı düşüncəsini etiraz edilməyəcək şəkildə ortaya qoyur.
Bu sözlərlə Bədiüzzaman öz əsərlərinin hz. Mehdi üçün zəmin hazırlayacağını bildirir və özünü bu mübarək insanın “XİDMƏTÇİSİ” adlandırır. Şübhəsiz ki, bu çox dəqiq izahdır. Əgər Bədiüzzaman, özünün hz. Mehdi olduğuna inansaydı, özünə “hz. Mehdinin xidmətçisi” deməzdi. Çünki “bir insan eyni zamanda həm hz. Mehdi, həm də onun xidmətçisi ola bilməz”. Bu ifadə ilə Bədiüzzaman açıq şəkildə hz. Mehdi olmadığını ifadə etmişdir.
Bədiüzzaman burada “ZƏMİN HAZIRLAYACAQ” ifadəsini işlədərək hz. Mehdinin ondan sonra gələcəyini izah etmişdir. Məlum olduğu kimi, “hazırlıq” bir şeydən əvvəl edilən hərəkətdir. Artıq mövcud olan bir şeyə hazırlıq edilməz. Bədiüzzaman da “hz. Mehdinin gəlməsindən əvvəl hazırlıq gördüyünü” bildirir. Bu, hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövründə hələ zühur etmədiyini və bu dövrün “hazırlıq dövrü” olduğunu göstərir.
Hədislərə və Bədiüzzamanın izahlarına görə, Axırzaman mübarizəsi geniş miqyaslı zehni mübarizə olacaq. Bu fikri mübarizədə həm hz. Mehdinin dövründə yaşayan saleh möminlər vəzifə alacaqlar, həm də ondan əvvəl gəlib onun üçün zəmin hazırlayacaq köməkçiləri və dostları olacaq. Bədiüzzaman da bu sözləri ilə bu həqiqətə işarə edir. Böyük İslam alimi hz. Mehdi üçün mühit hazırladığını bildirir. Əqli mübarizəsinin, xidmətlərinin, əsərlərinin hz. Mehdinin fəaliyyətinə faydası olacaq və hz. Mehdinin bunlardan qaynaq kimi istifadə edəcəyi bildirilir. Bu ifadələr ilə Bədiüzzaman bir daha Axırzamanın gözlənilən Mehdisi olmadığını bildirir.
Bədiüzzaman bu sözləri ilə mövqeyini açıq şəkildə ifadə etmişdir. Yuxarıda qeyd edildiyi kimi, bir şəxsin eyni zamanda “hz. Mehdi olması və ona zəmin hazırlayacaq şəxs olması” mümkün deyil. Çünki zəmin hazırlayacaq şəxs bu işi həmin şəxs ilə eyni vaxtda etmir. Onun vəzifəsi bu hadisədən əvvəl gəlir; gələcək şəxs, yəni hz. Mehdi isə bu zəmin hazır olduqdan sonra vəzifəsinə başlayacaq.
“DÜMDAR” sözü “köməkçi güc” deməkdir. Bədiüzzaman bu ifadəsi ilə özünü əsas mübarizəni həyata keçirən şəxsə yardım edən köməkçi gücə bənzədir. Bu şəkildə hz. Mehdinin köməkçisi olduğunu bildirir. Əgər Bədiüzzamanın özü Mehdi olduğunu düşünsəydi, şübhəsiz ki, burada özünü “hz. Mehdinin köməkçisi” olaraq xarakterizə etməzdi. Çünki “hz. Mehdi və köməkçisinin “bir-birindən fərqli iki şəxs” olduğu çox açıqdır. Əgər Bədiüzzaman “köməkçisiyəm” deyirsə, bu onun hz. Mehdi olmadığını göstərən çox açıq ifadədir.
Bədiüzzaman hz. Mehdi haqqında danışarkən “O BÖYÜK KOMANDİR” sözlərindən istifadə edərək, onun “komandir vəsfinə” diqqət çəkir. Şəxsi-mənəvinin komandir vəsfinə sahib olması mümkün deyil.
Burada Bədiüzzaman tərəfindən istifadə edilən “PİŞDAR BİR NƏFƏR” ifadəsi “QABAQCIL ƏSGƏR” mənasını verir. Bədiüzzaman bu ifadəsi ilə özünü aparıcı güclərə bənzədərkən, hz. Mehdinin ondan sonra gələcəyini bir daha vurğulamışdır. Əgər Bədiüzzamanın özünün hz. Mehdi olduğunu bildirmək istəsəydi, belə ifadə işlətməzdi. Çünki bu ifadə əks edilən bütün iddiaları etibarsız edir və bu mövzuya qəti aydınlıq gətirir. Bədiüzzamanı “qabaqcıl” bir insan olaraq təsvir edərək; “hz. Mehdinin ondan SONRA GƏLƏCƏK” bir şəxs olduğunu bildirir.
Bədiüzzaman “BİR NƏFƏR”, yəni əsgər sözünü də işlədərək özünün hz. Mehdi olmadığını, onun köməkçisi və ona xidmət edən bir şəxs olduğunu ifadə edir. Bədiüzzaman özünü “XİDMƏTÇİSİ, QABAQCILI” olaraq xarakterizə etdiyi, tərifləyərək və hörmət ilə bəhs etdiyi hz. Mehdi bütün İslam dünyası tərəfindən əsrlərdir gözlənilir. Bədiüzzaman bu açıqlamalar ilə möminlərə hz. Mehdinin Axırzamanda, Allahın izni ilə, mütləq zühur edəcəyini müjdə verir.

