“Axırzamanda həyatın geniş dairəsində (dünya miqyasında) əsl sahibləri, Mehdi və şagirdləri (tələbələri), Cənabı Haqqın icazəsi ilə gələr, o dairəni genişlədər və o toxumlar sünbüllənər. Biz də qəbrimizdə seyr edib Allaha şükür edərik.” (Kastamonu Lahikası, səh. 99)
Bədiüzzaman hz. Mehdinin Axırzamanda zühur edəcəyini xəbər verir. Bədiüzzaman hz. Mehdini və tələbələrini Risalə-i Nurun əsl sahibləri olaraq təsvir edir və bu mübarək insanın Risalə-i Nurun başladığı xidməti tamamlayacağı ilə müjdə verir.
Burada istifadə olunan “TA AXIRZAMANDA” sözləri ilə Bədiüzzaman hz. Mehdinin gələcəyi zamanı göstərir. Bədiüzzaman bu ifadəsi ilə hər şeydən əvvəl hz. Mehdinin ondan “SONRAKI TARİXDƏ” gələcəyini bildirir. Bədiüzzamanın burada istifadə etdiyi “TA” sözü bu məsələyə aydınlıq gətirən əhəmiyyətli ifadədir. “TA” sözü məsafə ifadə edir. Bu əlavə ilə Bədiüzzaman, Axırzamanın onun yaşadığı dövrdən sonra olduğunu bildirir. Bədiüzzaman Risalə-i Nurun dar dairədə, yəni məhdud təbəqə daxilində başladığı xidmətləri daha sonra gələcək hz. Mehdinin və şagirdlərinin davam etdirəcəklərini və dünya miqyasında xidmətə çevirəcəklərini ifadə etmişdir. Bu sözlərlə Bədiüzzaman hz. Mehdi olmadığını və bu mübarək insanın ondan bir müddət sonra gələcəyini açıq şəkildə bildirmişdir.
Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifədən bəhs etdiyi bəzi sözlərində “dar və geniş dairələr” (dar və geniş sahələr) anlayışlarından istifadə etmişdir. Bədiüzzaman Risalə-i Nurun və bu şəkildə edilən iman xidmətinin təsirinin dar dairədə, yəni məhdud sahədə həyata keçirilən fəaliyyət olduğunu ifadə etmişdir. Hz. Mehdinin həyata keçirəcəyi fəaliyyətlərin “GENİŞ HƏYAT DAİRƏSİNDƏ” də, yəni “DÜNYA MİQYASINDA” həyata keçiriləcəyini bildirmişdir. Hz. Mehdi, Allahın izni ilə, Quran əxlaqını bütün dünyaya hakim edəcək, hal-hazırda dünyanın bir çox ölkəsində ayrı halda yaşayan müsəlmanlar arasında İslam Birliyini quracaq və bütün müsəlmanlara liderlik edəcək. Bunlar hz. Mehdinin “GENİŞ HƏYAT DAİRƏSİNDƏ” də yerinə yetirəcəyi vəzifələrin və hz. Mehdinin tanınmasını təmin edəcək əlamətlər olacaq. Bədiüzzaman ifadələrinin əksəriyyətində bu mövzunu ələ alaraq özünün hz. Mehdi olmadığını sübut etmiş, hz. Mehdinin fəaliyyətinin təsirinin böyüklüyünü xatırlatmışdır.
Bədiüzzaman Axırzamanda buraya gələcək və Quran əxlaqını bütün dünyada hakim edəcək hz. Mehdini əkdiyi toxumların “HƏQİQİ SAHİBİ” adlandırır. Bu ifadələrinə görə Bədiüzzaman Quran əxlaqının dünyadakı hökmranlığının toxumlarını əkmiş bir mücəddid, hz. Mehdi isə bu hökmranlığın əsl sahibi olacaq. Hz. İsa ilə birlikdə İslam əxlaqını dünyanın hər yerində hakim edəcək Axırzaman camaatının lideri, Allahın icazəsi ilə, hz. Mehdi olacaq. Buna görə də Bədiüzzaman hz. Mehdi və şagirdləri üçün burada istifadə edilən “ƏSİL SAHİBLƏRİ” ifadəsi ilə hz. Mehdi və şagirdlərinin bütün dünyada yerinə yetirəcəkləri vəzifələrin əsl sahibinin özünün olmadığını və bununla da, hz. Mehdi olmadığını da ifadə etmişdir.
Bədiüzzamanın bu sözlər ilə vurğuladığı digər əhəmiyyətli məqam isə hz. Mehdi və onun şəxsi-mənəvisini təşkil edən şagirdlərinin iki fərqli anlayış olduğudur. Bədiüzzaman “hz. Mehdi və şagirdləri” deyərkən istifadə etdiyi “və” bağlayıcısı ilə bu mövzunu daha açıq şəkildə izah edir. Bu iki ifadə bir-birindən fərqlidir və yalnız ikisi bir araya gəldikdə hz. Mehdinin şəxsi-mənəvisi formalaşır. Amma bu şəxsi-mənəvinin formalaşması üçün hz. Mehdi bir şəxs olaraq ortaya çıxacaq. Bədiüzzaman burada “HZ. MEHDİ VƏ ŞAGİRDLƏRİ” sözləri ilə bu həqiqəti dilə gətirir və hz. Mehdinin şəxsi-mənəvi kimi deyil, şagirdlərinin başında ayrı bir şəxsiyyət olaraq mövcud olacağını bildirir.
Bu ifadədə Bədiüzzaman “ALLAHIN İZNİ İLƏ GƏLƏCƏK” deyərək hər şeydən əvvəl hz. Mehdinin Axırzamanda gələcək bir insan olduğunu bir daha xatırlatmışdır. Çünki məlumdur ki, “GƏLƏCƏK” feli mənəvi insanın edə biləcəyi bir hadisə deyil. “GƏLƏCƏK” ifadəsi bir insanın gəlişini müjdələmək üçün istifadə olunan bir feldir. Əgər Bədiüzzaman hz. Mehdinin şəxsi-mənəvi olduğunu bildirmək istəsəydi, əlbəttə ki, belə söz işlətməz, hz. Mehdinin gəlişindən bəhs etməzdi.
Bədiüzzaman yaşadığı dövrdə insanların imanını qurtarmaq üçün mübarizə aparmış və Axırzaman camaatına rəhbərlik etmişdir. Bədiüzzaman “DAİRƏNİ GENİŞLƏDƏR” sözləri ilə “dar dairədə”, yəni “məhdud dairədə” başlatdığı imanı xilas etmə mübarizəsinin hz. Mehdi zamanında genişlənəcəyini və “DÜNYA MİQYASINDA” olacağını ifadə etmişdir. Bədiüzzamanın bu ifadəsi ilə, hz. Mehdinin xüsusiyyətlərini və yerinə yetirəcəyi vəzifələrin bənzərsizliyini xatırladaraq, özünün bir daha hz. Mehdi olmadığını ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdidən əvvəl gəlmiş və insanların Allahın dinindən uzaqlaşdıqları bir mühitdə Quran əxlaqını və iman həqiqətlərini vurğulayaraq böyük iman hərəkatı başlatmışdır. O, bu böyük fikri mübarizəni “TOXUMLAR SÜMBÜLLƏNƏR” sözləri ilə toxum əkməyə bənzədir. Daha sonra hz. Mehdinin dövründə bu iman toxumlarının sümbüllənəcəyini, yəni hz. Mehdi (ə.s)-ın Bədiüzzamanın başlatdığı bu imani fəaliyyətləri genişlədəcəyini və nəticə əldə edəcəyini bildirir. Bu nümunə ilə Bədiüzzaman hz. Mehdidən əvvəl yaşadığını, hz. Mehdinin gəlişinin onun yaşadığı dövrdən sonra olacağını açıq şəkildə bildirir.
Bədiüzzaman “BİZ DƏ QƏBRİMİZDƏN İZLƏYƏRİK” sözləri ilə əkdiyi iman toxumlarının sümbüllənəcəyini, yəni hz. Mehdinin Quran əxlaqını bütün dünyaya hakim edəndə onun artıq dünyadan köçmüş olacağını bildirmişdir. Bədiüzzaman bu sözləri ilə bir daha özünün hz. Mehdi olmadığını ifadə edərək, bu mübarək şəxsin vəzifəyə gəldiyi zaman artıq həyatda olmayacağını xatırlatmışdır.

