Bədiüzzaman hz. Mehdi haqqında “keçmişdə qaldı” deyibmi?

“O “İRƏLİDƏ GƏLƏCƏK” ACİB (qəribə, heyrətverici, bənzərsiz) ŞƏXSİN (Hz. Mehdinin) bir XİDMƏTÇİSİ və ONA ZƏMİN HAZIR EDƏCƏK DÜMDARI (köməkçisi) və O BÖYÜK KOMANDİRİN PİŞDARI (öndə gedən əsgəri) olduğumu zənn edirəm.” (Barla Lahikası, səh. 162)

Bədiüzzaman həzrətləri hz. Mehdi ilə əlaqədar etdiyi bütün açıqlamalarda onun mütləq “gələcəyini” vurğulamışdır. Hz. Mehdinin gözlənildiyini, özünün yaşadığı dövrdən daha irəlidəki bir zamanda gələcəyini, o gələndə özünün vəfat etmiş olacağını, çalışmaları ilə ona zəmin hazırladığını, özünü hz. Mehdinin bir əsgəri olaraq gördüyünü, Axırzamanla əlaqədar yazdığı yüzlərlə səhifədə təkidlə vurğulamışdır.

Bədiüzzaman Səid Nursinin hz. Mehdinin keçmişdə zühur etdiyinə dair heç bir izahatı olmamaqla yanaşı, hz. Mehdinin gələcək zamanda gələcəyinə dair bir çox əsərində dəfələrlə fərqli ifadələri vardır. Aşağıda Bədiüzzamanın əsərlərində hz. Mehdi üçün irəlidə “gələcək” ifadəsinin keçdiyi bəzi səhifələr yer alır:

(Sözler, səh. 318 və səh. 358; Kastamonu Lahikası, səh. 57, və səh. 99; Barla Lahikası, səh. 162; Tılsımlar Mecmuası, səh. 168; Sikke-i Tasdik- i Gaybi, səh. 9 və səh. 138)