“…Baş Komandanları olan “böyük Mehdi”nin kemali-ədalətini (uca ədalətini) və haqqaniyyətini (haqdan və düzgünlükdən ayrılmadığını) dünyaya göstərmələri məqbul olmaqla yanaşı, lazım və zəruri və həyati ictimaiyyəi insaniyyətdəki düsturların (cəmiyyətə adi qanunların) muktezasıdır (ehtiyacıdır).” (Şualar, səh. 456)
Peyğəmbərimiz (s.ə.v)-dən nəql olunan bir çox hədisdə hz. Mehdi zamanında yer üzünün ədalətlə dolacağı bildirilir:
“Qiyamətin baş verməsi üçün bir gün qalsa belə, Allah mənim Əhli-Beytimdən (soyumdan) olan bir şəxsi göndərəcək, yer üzü zülm ilə dolduğu kimi, o yer üzünü ədalət ilə dolduracaq.” (Sünen-i Ebu Davud, 5/92)
“Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu düzgünlük və ədalət ilə doldurar.” (Sünen-i Ebu Davud, 5/93)
“İnsanlar yer üzünü zülm ilə doldurduqları kimi, bu (əmir) də hz. Mehdi də yer üzünü ədalət ilə dolduracaq.” (Sünen-i İbn-i Mace, 10/348)
Hədislərdə qeyd edildiyi kimi bu ədalət və sülh mühiti geniş miqyaslı və bənzərsiz olacaq. Bədiüzzaman “kemali-ədaləti” və “haqqaniyyəti” sözləri ilə hz. Mehdinin ədalətinin ən mükəmməl şəkildə olacağını bildirir. Bədiüzzaman Mehdinin bu xüsusiyyətlərini dilə gətirərək, əvvəlcə şəxsi-mənəvi olmadığını, “ədalətli, haqq və doğru yolu izləyən insan” olduğunu bildirir. Şəxsi-mənəvinin “ədalətli olması və ya doğru yoldan azmaması” mümkün deyil. Bədiüzzaman və hz. Mehdinin əxlaqındakı bu “mömin vəsflərinə”ə diqqət çəkərək, bu məsələyə aydınlıq gətirmiş və mübarək “insan” olduğunu xatırlatmışdır.
Bu sözlərdən əvvəl isə Bədiüzzaman “böyük Mehdi”nin “baş komandan” sifətinə diqqət çəkmişdir. Bu, yalnız “insan”ın sahib ola biləcəyi xüsusiyyət və bir insanın öhdəsindən gələ biləcəyi vəzifədir.
Bədiüzzaman dövrünün mücəddidi olaraq çox dəyərli xidmətlər göstərmişdi, ancaq baş komandan deyildi.
Bədiüzzaman “baş komandanları olan “böyük Mehdi”nin kemali-ədalətini və haqqaniyyətini dünyaya göstərmələri” sözləri ilə burada hz. Mehdinin uca ədalətinin, haqdan və doğruluqdan ayrılmamağına “bütün dünyanın şahid olacağını” ifadə edir. Bütün insanlar bu şəxsi tanıyacaqlar, Allahın Adil isminin təcəllisini hz. Mehdidə görəcəklər. Hz. Mehdinin böyük fikri mübarizəsi nəticəsində bəlkə də dünya tarixində ilk dəfə bütün dünyada zülm və qarışıqlıq bitəcək, dünya miqyasında sülh, hüzur və ədalət olacaqdır. Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin keçmişdə gəlmədiyini, zühur edəndə isə Allahın onu bu hadisələrlə insanlara tanıdacağını bildirir.

