BƏDİ – Nümunəsiz olaraq yaradan

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol” deyər, o da olar. (Bəqərə surəsi, 117)

İnsanın ətrafında gördüyü və görə bilmədiyi hər şeyi Allah nümunəsiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta sadəcə bir hüceyrənin belə olmadığı zamanda Allahın diləməsi və: “Ol”, -deməsi ilə atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət olan qüsursuz bir sistem meydana gəlmişdir.