Bədəvi əxlaqı

İman edənlər üçün yalnız bitkilər, heyvanlar, insanlar yəni yalnız kainatdakı canlılar deyil

İman edənlər üçün yalnız bitkilər, heyvanlar, insanlar yəni yalnız kainatdakı canlılar deyil, bir avtomobildən çaydana, bir iynədən tutmuş hündür binalara qədər hər şeyi dərin düşünməyə səbəb olan iman həqiqətidir. Həyata bu cür baxan müsəlmanlar səthi və düşüncəsiz xarakterdən uzaqlaşar və Allahın icazəsi ilə dərin imana sahib olarlar. Bəzi insanlar isə müsəlmanların şiddətlə uzaqlaşdığı səthi həyatı yaşamaqda qorxu görməzlər. Bu kəslər ömür boyu Quranda yazılan Bədəvi əxlaqına bənzər həyat yaşayıb, dünyada və axirətdə böyük itki içində yaşayarlar.

İman edən insan üçün ətrafında olan hər şey Allahın varlığına inanan iman həqiqətidir. Yer üzündə olan canlı-cansız bütün varlıqları, həssas tarazlıqlarla təchiz edilmiş kainatı və içindəki hər bir obyekti Allahın yaratdığını bilən insan, ətrafında olub bitən hər şeyi buna görə qiymətləndirər. Yaradılış dəlili olaraq yalnız ağacları, çiçəkləri ya da heyvanların xüsusiyyətlərini düşünməz. Onun üçün Allahın yaratdığı vasitələri nümunə göstərsək mobil telefonu, elektronika cihazlarını ya da kompüter belə iman həqiqətidir. Bunların da Allahın diləməsiylə var olduğunu bilər və işlərini asanlaşdırdığı üçün Allaha şükür edər.

Ancaq indiki vaxtda bəzi insanlar böyük şəhərlərin boğucu atmosferində, monoton və sıxıntılı həyatı yaşadıqları üçün qarşılarına çıxan yaradılış dəlillərini görə bilməzlər. Belə insanlar hadisələri iman gözü ilə qiymətləndirmədikləri və ətraflarındakılar üzərində dərin düşünmədikləri üçün son dərəcə səthi dünyagörüşünə sahibdirlər. Bu səthi baxış forması isə zamanla laqeyd, yeri gəldiyində kobud və düşüncəsiz insanların ortaya çıxmasına səbəb olmaqdadır.

Uca Allah Quranda mənəvi dərinlik və qavrayışdan uzaq olan, yalnız dar düşüncə və sadə məntiqlər içində düşünən insanlara nümunə olaraq “Bədəvi”ləri göstərmişdir.

Bədəvilər Peyğəmbər dövründə çöldə yaşayan köçəri qəbilələr idi. Şəhərlərdə yaşayan Ərəblər ədəbiyyat və etik mədəniyyətə sahib ikən Bədəvilər cahil, sərt və kobud təbiətli bir cəmiyyət idi. Belə bir əxlaqı din əxlaqının tələbi kimi qavranması və başa düşülməsi böyük səhvdir. Allah Quranda Bədəvilərin bu pis əxlaq xüsusiyyətlərini belə bildirmişdir:

Bədəvilər inkar və nifaq baxımından həm daha pis, həm də Allahın elçisinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Tövbə surəsi, 97)

Köçəri həyat sürən Bədəvilər itaətsizliyə və sərhəd tanımamağa meylli idilər. Peyğəmbərimiz kimi mübarək bir insanı şəxsən görmələrinə, söhbətlərinə qatılmalarına, onun təbliğinə şahid olmalarına, onun üstün əxlaqına, hər zaman keyfiyyətli və müasir rəftarına şəxsən şahid olmalarına baxmayaraq Bədəvilərin çoxu özlərini inkişaf etdirə bilməmiş, kobud və pis xasiyyətli olaraq qalmışlar.

Bədəvi xarakteri göstərən insanlar çox şeyi anlamırlar, Quranda buyurulduğu kimi incə düşüncəli ola bilmirdilər. Məsələn Peyğəmbərimizə evlərin arxasından səslənir, onun söhbətlərində səslərini yüksəldir, sözdə önə keçməyə çalışırdılar.

Şübhəsiz, evlərin arxasından sənə səslənənlər də, onların çoxu ağlını istifadə etmir. Əgər həqiqətən yanlarına çıxana qədər səbir etmiş olsaydılar hər halda (bu,) özləri üçün daha xeyirli olardı… (Hucurat surəsi, 4-5)

Allah tərəfindən nazil olan bu ayədə də onların rəftarının səhv olduğunu bildirmişdir.

Kobud düşüncə quruluşuna sahib olduqları üçün onlar Peyğəmbərimizin üstün əxlaqını, yüksək vicdanını, səbrini, xoşniyyətini təqdirəlayiq qiymətləndirmir, ədəbdən anlamırdılar. Allahın sevdiyi və seçdiyi mübarək bir peyğəmbərlə eyni dövrdə yaşamanın, onu görmənin, tanımanın nə böyük lütf olduğunun fərqində deyildilər.

Allah Peyğəmbərimizin yanında danışanda önə keçməyə çalışan, səsini yüksəldərək danışan kobud və nəzakətsiz insanların bu çirkin hərəkətinə görə bəzi ayələr endirmiş və bu insanları etdikləri yaxşı əməllərin boşa gedə biləcəyini xatırladaraq xəbərdar etmişdir:

Ey iman edənlər, Allahın Rəsulunun hüzurunda önə keçməyin və Allahdan çəkinin. Şübhəsiz Allah, eşidəndir, biləndir. Ey iman edənlər, səslərinizi Peyğəmbərin səsi üstündə yüksəltməyin və bir-birinizə qışqırdığınız kimi, ona sözlə qışqırıb-söyləməyin; yoxsa siz fərqində olmadan, əməlləriniz boşa gedər. (Hucurat surəsi, 1-2)

Quranda verilən “Bədəvi xarakteri” cəhaləti, düşüncəsizliyi, kobudluğu təmsil etməkdədir. Bu əxlaqı düzəltmək üçün insanların mədəni, dərin düşünən, Allahın yaratmasındakı üstün sənəti və hikmətləri qavraya bilən bir hala gəlməyə cəhd etmələri lazımdır. İman həqiqətlərini araşdırmaq, öyrənmək, düşünmək və şərh etmək isə Allahın bizdən istədiyi əxlaqın təməlidir.

Onlar, ayaqda ikən, oturarkən, yan yatarkən Allahı zikr edərlər və göylərin və yerin yaradılışı mövzusunda mütəfəkkirdirlər. (Və deyərlər ki:) “Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox ucasan, bizi cəhənnəm əzabından qoru”. (Ali İmran surəsi, 191)