Bədənimizin yarısı bakteriyadır

Bədəndəki bakteriyaların sayı

Alimlər indiyə qədər bədənimizdəki hüceyrələrin 10 misli qədər bakteriya olduğunu təxmin edirdi. Ancaq son hesablar daha fərqli nəticə verdi.

İsrail və Kanadalı araşdırma qrupunun 2016-cı ildə etdiyi yeni hesablara görə, bədənimizdə təxminən hüceyrələrimiz qədər bakteriya vardır.

Bakteriyaların çoxu qalın bağırsaqda yer alır. 1 qram nəcisdə 90 milyard bakteriya olduğu hesablanaraq bədənimizdəki cəmi bakteriya sayının 38 trilyona yaxın olduğu müəyyən edildi.

Ortalama bir bədəndəki insan hüceyrəsi sayı isə 30 trilyondur.