Həm həssas quruluşu, həm də çox əhəmiyyətli vəzifələri olan beyin, bədəndə hər tərəfli qorunur. Bunlardan ən maraqlısı isə beynimizin bir maye içərisində olmasıdır.
Hissiyyat, hərəkət, eşitmə, görmə, dad və qoxu hissi, ürəyin işləməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz idarə edir. Eyni zamanda hormonları bədənin ehtiyacına görə nizamlayır. Çox həssas bir sistemə sahib olan bu orqan, elektrik siqnalları ilə işləyən sinir hüceyrələri, bunları saxlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. Beyin təxminən 1,5 kq-lıq çəkiyə sahibdir. Əgər beyin bir mayenin içində olmasa və birbaşa kəllə sümüyünə təmas etsə öz ağırlığı ilə əzilərdi. Bu da beynin həyati funksiyaları yerinə yetirən mərkəzlərində təzyiq meydana gəlməsinə və insanın ölümünə səbəb olardı. Ancaq belə bir problem, xəstəliklər istisna olmaqla, heç vaxt baş vermir. Çünki, beynimiz içində olduğu maye vasitəsilə çəkisini 1400 qr-dan 50 qr-a qədər düşürür. Yəni, beyində çəkini otuzda birə qədər endirən bir sistem var.
Bu sistem belə işləyir: Beynin içində bəzi boşluqlar və bu boşluqların içində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beyinə gedən qandakı serumu (qan və ya limfa zərdabı) süzməkdir. Serum əvvəl beynin içindəki boşluqları doldurur və sonra da müxtəlif yollardan beynin xaricinə çıxır. Sonda da bu maye beynin üst hissəsində olan bir tərəfli klapan (qapaqcıq) sistemi (arachnoid villous) vasitəsilə ümumi dövrana (qan dövranına) geri qayıdır. Bu klapanların çox əhəmiyyətli vəzifəsi var: Mayenin beyinə təzyiqini nizamlamaq.
Əgər bu nizamlama olmasa və təzyiq çox yüksək səviyyəyə qalxsaydı, o zaman beyinə olan təzyiq beynin funksiyalarına təsir edər və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı. Buna nümunə kimi “hidrosefaliya” deyilən xəstəliyi göstərə bilərik. Bu xəstəlik dövrandakı hər hansı bir axsaqlığa görə beyindəki mayenin bir müddətdən sonra yığılmağı ilə başlayır və yaranan təzyiq beyin funksiyalarına mənfi təsir edir. Əgər kənardan müdaxilə edilməsə, yəni, əməliyyatla bu maye boşaldılmasa artan təzyiq əqli çatışmamazlıq, hərəkət pozuqluqları, korluq, hətta ölümlə nəticələnə bilər.
Beynimizin ən çətin işini yerinə yetirməsinə kömək edən bu dizayn təsadüfən yarana bilməz. Bütün bunları bilən çox yumşaq bir ət parçasından ibarət olan beyin də ola bilməz. Belə bir iddia qeyri-ciddi qəbul edilər.
Bütün bu nizamı qüsursuz şəkildə yaradan, hər şeyin yaradıcısı olan Allahdır.

