Bədbəxt olmağın səbəbi

Bədbəxtlik heç bir şəkildə həyatın həqiqəti deyil

Bədbəxtlik heç bir şəkildə həyatın həqiqəti deyil. Tam əksinə, insanların yaşadıqkaları sıxıntının həlli çox asandır. Allah Quranda “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır” (Rəd surəsi, 28) ayəsi ilə insanlara həqiqi xoşbəxtliyin yalnız imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətrafındakı gözəllikləri təqdir edib, xoşbəxt olmağı bacara bilərlər.

Allah, “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) ayəsində iman edən bəndələrini dünyada və axirətdə gözəl həyat yaşadacağını vəd edib. Məhz Qurana əməl edənlər dünyada və axirətdə uca Allahın vəd etdiyi bu nemətdən istifadə edirlər.

Amma bu məqamda da insanların unutmamalı vacib bir həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün imanın qəlbə həqiqi mənada yerləşməsi lazımdır. Yoxsa insanların yalnız dilləri ilə iman etdiklərini demələri, ya da iman edənlərə yalnız müəyyən formada bənzəmələri onları bu bədbəxtlikdən xilas etməz.

Həqiqi xoşbəxtlik üçün qəlbən Allaha tam itaət etmək və həyatın hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaq lazımdır. Əks təqdirdə həyatın hər mərhələsində əzab çəkərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də buna nail ola bilməzlər. Əksinə həyatlarına kədər, pessimizm, ümidsizlik kimi mənfi cəhətlər hakim olar.