“Teozofi dərnəyi” (Theosophical Society) ilk olaraq, Uzaq Şərq dinlərinə (xüsusilə də Hinduizmə və Buddizmə qarşı böyük heyranlıq duyan Helena Petrovna Blavatsky və Polkovnik Henry Steel Olcott tərəfindən 1875-ci ildə Nyu Yorkda quruldu. Quruluşun məqsədi “köhnə və müasir dinlərin, fəlsəfələrin, elmlərin araşdırılması” olaraq ifadə edilirdi. Halbuki həqiqi məqsəd yalnız araşdırmaq deyil, bəzi köhnə təlimləri diriltmək idi.
Helena Blavatsky gizli təlimlərə, ruhlarla əlaqə qurduqlarını iddia edən inanışlara, caduya, mistisizmə, Uzaq Şərq dinlərinin batil rituallarına böyük maraq duyan, bu məqsədlə Hindistan, Tibet, Çin, Yaponiya kimi ölkələri bir çox dəfə ziyarət etmiş səyyah idi. Kitablarında da cadu, ilana tapınma, ruhlarla əlaqə, əlkimya kimi bir çox batil inanca geniş yer verirdi. Qərbdə gizli fikirlərin yerləşməsində böyük payı olan şəxslərdən biri olaraq qəbul edilən Helena Blavatsky, eyni zamanda özünü də fövqəlbəşər güclərə sahib insan olaraq tanıdırdı.
Tibetdəki Budist rahiblərdən və müxtəlif qurulardan (Quru sözü Sanskritçe hörmətli mənasını verər. Hinduizmdə ruhani lider, ruhani rəhbər mənalarında istifadə edilər) təhsil aldığını, guya özünün ruhlarla insanlar arasında vasitəçi olduğunu iddia edirdi. Hətta bu azğın iddiaları səbəbi ilə Hind mətbuatı tərəfindən saxtakarlıqla günahlandırılmış, haqqında bir çox mənfi xəbər və hesabatlar nəşr olunmuşdu.
Blavatskyın təlimlərində Allah inancı yer almır, insan yalandan ilahlaşdırılırdı. (Allahı tənzih edirik) Ona görə insan müqəddəs bir varlıq idi və cadu, ruhlarla əlaqə qurma, meditasiya, yoqa kimi üsullar istifadə edərək sahib olduğu gücü çölə çıxarmalı idi. Blavatskyın bu azğın inancları Teozofi dərnəyinin də təməlini meydana gətirmişdi.
Blavatskyın bu azğın inanışlarının hər biri ağıl və məntiqlə uyğun gəlməyən, böyük yalan idi. İnsanı və bütün kainatı yoxdan var edən aləmlərin Rəbbi olan Allahdır. Allah əzəli və əbədi olandır, sonsuz güc və qüdrət sahibidir. İnsan isə Allaha möhtac, aciz varlıqdır. İnsanı yoxdan var edən, ona həyatını, gücünü, ağlını və sahib olduğu bütün xüsusiyyətləri bəxş edən böyük rəhmət sahibi olan Rəbbimizdir.
İnsanın Allahın xaricində heç bir gücü, iradəsi yoxdur. Allahın bənzərsiz yaradılışına qarşı nankorluq içində olanların vəziyyəti ayələrdə bu şəkildə xəbər verilər:
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız. (Yasin surəsi, 77-83)
İnsan Allahın “OL” əmri ilə var olmuşdur və Allahın təyin etdiyi tale üzrə həyatını davam etdirir. Bu səbəbdən aciz və möhtac bir bəndə olan insanın öz səyi ilə fövqəlbəşər güclər əldə edə biləcəyi kimi inanc çox böyük axmaqlıqdır, ağıl və məntiqlə ziddiyyət təşkil edən çox böyük yalandır. Ancaq “insanı həyatın mərkəzinə qoyub, heç kimə məsul olmayan bir varlıq kimi göstərən” bu aldatma, ateist və materialist dünyagörüşünə sahib kütlələr tərəfindən əsrlərdir gündəmdə tutulur.
Blavatksyın təlimi də həqiqətdə bəhs etdiyimiz ateist təlimin fərqli versiyası idi. Necə ki, bu dərnəyin ideologiyasını şəkilləndirən bir başqa inanc isə “təkamül nəzəriyyəsi” idi. Teologiya və fəlsəfə mövzularındakı məqalələri ilə tanınan və St. Tomas Aquinas İlahiyyat fakültəsində tarix professoru olan Rama P. Coomaraswamy bir çalışmasında Blavatskyın qurduğu Teozofi dərnəyini bu şəkildə açıqlayır:
O dövrün təkamüllü düşüncəsindən çox təsirlənən teozofistlər, ya ruhi varlıqlar, ya da ümumiyyətlə bilinəndən daha çox təkamülləşmiş şanslı insanlar olan “ustadların” varlığına inanırdılar. Teozofistlər ən başından bəri dinin bütün Ortodoks şəkillərinə və hamısının üzərində Roma Katolik Kilsəsinə qarşı idilər.
Sonradan ezoterik ya da hermetik xristianlıq və daha sonra uydurma Liberal Katolik Kilsəsi kimi müxtəlif təşkilatlar quraraq, xristianlıq təşkilatına həm içəridən, həm də çöldən hücum etdilər.
Teozofi dərnəyinin ideologiyası, materialist və təkamülçü dünyagörüşü ilə eyniylə üst-üstə düşürdü. Onlar da Allahın varlığını inkar edir, kainatın yaranmasını təsadüflərlə açıqlayır, insanın həm fiziki həm də ruhi olaraq təkamülləşdiyini və təkamülləşmə prosesinin hələ də davam etdiyini iddia edirdilər. Uzaq Şərq dinlərinin təməlini meydana gətirən karma və reinkarnasiya inancını da bu uydurma təkamül prosesinin bir ifadəsi olaraq qəbul edirdilər. İnsanın bir-biri ardına gələn yeni həyatının nəticəsində mükəmməlləşəcəyini, çox dərin qavrayışa, müqəddəs mövqeyə, hətta guya ilah mövqeyinə çatacağını (Allahı tənzih edirik) iddia edirlər.
Halbuki bu heç bir məntiqli təməli olmayan, içi boş bir aldatma, azğın fəlsəfə idi. Üstəlik bu axmaq iddia Teozofi hərəkatının və bu hərəkatı izləyən digər batil inancların da təməl dayağını meydana gətirirdi. Alan Morrison uzun illər boyunca Yeni Çağ dinində olduqdan sonra xristianlığı qəbul edən və o zamandan bu yana Yeni Çağ axınının batil tərəflərini izah etmək üçün müxtəlif kitablar və məqalələr yazan xristian tədqiqatçıdır. Morrison, Blavatskyın ortaya atdığı ruhi təkamül anlayışını bu şəkildə açıqlayırdı:
“Teozofi dərnəyinin Yeni Qnostizmə təməl qatqılarından biri, Blavatskyın əhatəli çalışmasında ortaya çıxan “ruhi təkamül” (spiritual evolution) anlayışıdır.” Teozofi dərnəyi kimi daha bir çox batil axının təməlini meydana gətirən “ruhun təkamülü” iddiası çox böyük yalandır. Onsuz da bu əsassız iddianı müdafiə edən kütlələrin də ortaya qoyduqları hər hansı bir dəlil, göstərdikləri hər hansı nümunə yoxdur. Təkcə etdikləri bu azğın iddianı bəzəkli cümlələrlə və fəlsəfi şəkildə izah etmək, insanların da bu xəyali dünyaya həqiqət kimi inanmalarını gözləyir.
İnsan ruhunun mahiyyəti haqqındakı həqiqətləri tək öyrənə biləcəyimiz qaynaq Qurandır. Rəbbimiz Quranda ruh haqqında bu şəkildə buyurmuşdur:
Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)
Ayədə də bildirildiyi kimi insan ruhun mahiyyəti haqqında çox az məlumata malikdir. Sahib olduğu məlumat isə Quran ayələriylə bildirilir. Ayələrdə bu şəkildə xəbər verilir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi. (Sad surəsi, 71-73)
Bütün kainatı yoxdan var edən Rəbbimiz insana Öz ruhundan üfləmişdir. Təbiətdə ruhu olan tək canlı insandır. İnsan şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağlaya bilən, qərar verə bilən, mühakimə edə bilən, sevə bilən, zövq ala bilən, sevinən bir varlıqdır. Bütün bunlar isə bir ət və sümük yığınından ibarət olan bədəninin deyil, sahib olduğu “ruh”unun xüsusiyyətləridir.
Ruh ölümlə birlikdə bu dünyadakı insanların içində yaşadıqları ölçüdən ayrılıb fərqli ölçüyə keçərkən, geridə cansız bədənini buraxır. Cansız bədən dünyada çürüyüb yox olarkən, ruh sonsuz bir həyata başlayacaq. Bu səbəbdən ruh, batil inancların arxasında qaçan insanların iddia etdikləri kimi təkamülləşmir, ya da daha “müqəddəs bir mövqeyə” çatmır (Allahı tənzih edirik).
Blavatsky 1891-ci ildə öldüyündə Annie Wood Besant adlı başqa bir hindu pərəstişkarı, dərnəyin başına keçdi. Annie Besant da caduya, gizli elmlərə, psixi təcrübələrə marağı vardı. Ateist şəxsiyyəti ilə tanınırdı. Besant, bir tərəfdən teozofik elmlər üzərində işləyib tamamilə boş sözlərə söykənən kitablar yazarkən, bir tərəfdən də dərnəyin ruhi təkamül iddiası ilə metafizik mövzular üzərində sıxlaşmasını təmin etdi. Bugün də onun yazdığı kitablar, bu batil inancın arxasında gedən, cadu bənzəri axmaq işləri olan bir həyat şəkli olaraq qəbul edən insanların ən çox oxuduğu kitablar arasında yer alır.

