Batil inancları qəbul etmək doğrudurmu?

Batil inanclar insanlar arasında ağızdan-ağıza yayılan, lakin heç bir əsası və etibarlılığı olmayan inanclardır. İnsanlar müxtəlif varlıqların onlara uğursuzluq gətirdiyinə dair əsassız inanclar səbəbindən narahatlıq keçirirlər. Halbuki hər hansı bir maddənin və ya varlığın uğur və ya uğursuzluq gətirməsi kimi bir hal mümkün deyildir. Çünki kainatda baş verən heç bir hadisə təsadüf nəticəsində meydana gəlməz. Hər bir insanın, hər bir bitkinin, heyvanın və ya əşyanın bir taleyi vardır. Onların nə qədər yaşayacaqları, necə bir həyat sürəcəkləri, necə bir görünüşə sahib olacaqları kimi hər şey Allah Qatında əvvəlcədən məlumdur. Allahın izni olmadan bir ağac budağındakı tək bir yarpağın belə düşməsi mümkün deyildir.

Kainatın yaradılışından etibarən baş vermiş və gələcəkdə baş verəcək bütün hadisələri Allah təqdir etmişdir. Bu taleni nə bir insanın, nə bir heyvanın, nə də bir əşyanın dəyişdirməyə gücü çatmaz. Əgər bir insanın başına gözləmədiyi bir anda bir qəza gəlirsə, bu, onun hələ yaradılmamışdan əvvəl müəyyən edilmiş taleyi ilə əlaqədardır. Bir insanın uğur qazanması, sağlamlığına qovuşması və ya başına hər hansı bir xeyir gəlməsi də onun uğurundan deyil, Allahın lütfündəndir.

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59) göndərilmişdir?