“21-ci əsrin dini” olaraq önə sürülən “Yeni Çağ” dini Allahın mütləq varlığını inkar edən, ilahi vəhyə söykənməyən, hər hansı yazılı kitabı olmayan, mərkəzi təşkilata sahib olmayan, üzvləri və başçısı olmayan, inancları və tətbiqləri qəti xətlərlə təyin oluna bilməyən özünə xas bir hərəkatdır. İstəyən, bu batil dinə istədiyi inancı əlavə edə bilər, istədiyini də çıxara bilər. Yeni Çağ təlimləri Hinduizm, Buddizm, Taoizm, Şamanizm, Şintoizm, Gnostik ənənələr, Spiritualizm (ruh çağırma), Wicca (cadugərlik) kimi bir çox fərqli batil inanca söykənir.
Xüsusilə də son illərdə ateist və materialist fikrə sahib kütlələr Yeni Çağ mədəniyyətinin təbliğat işlərinə sürət qatmışlar. Bunun üçün də kütləvi informasiya vasitələrini çox sıx olaraq istifadə edirlər. Məqsədləri isə qərb cəmiyyətlərində çox böyük sürət qazanan haqq dinlərə (xüsusilə də İslam dininə) yönəlişin onlara görə qarşısını kəsmək, batil dinlərinin qəbul görməsini təmin edir. Həmin kütlələr bu inancları doğrudan batil təlim olaraq insanlara təqdim etmir, daha çox bəzəkli reklamlarla, üstü bağlı ifadələrlə, şüur altına yeridilən mesajlarla təlqin etməyə çalışırlar. “Quru” adını verdikləri saxta ruhani liderlərlə bütpərəst inanclarını və azğın fəlsəfələrinin reklamını edir, bu şəkildə insanları aldatmağa çalışırlar. Cəmiyyətin yaxından tanıdığı şəxslər də bu təbliğatda əhəmiyyətli rol oynayırlar.
Ateist və materialist kütlələr tərəfindən müxtəlif təbliğat üsullarıyla gündəmdə tutulmağa çalışılan Yeni Çağ inancları, insanları Allah inancından uzaqlaşdırma, din əxlaqının gətirdiyi əxlaqi gözəllikləri tərk etmə və Allahın vəhyi yerinə batil işlərə yönəltmə hədəfini daşıyır. Məsələn yoqa, meditasiya, şəfaçılıq, bioenerji müalicələri, transandantal meditasiya kimi tətbiqlər Yeni Çağ inanışlarında çox böyük yer tutarlar. Astrologiya, tarot kartları, falçılıq, kahinlik bu mədəniyyətin əhəmiyyətli bir hissəsini meydana gətirərlər.
Bununla yanaşı karma, reinkarnasiya, reiki, feng shui, astral bədən, kristalların insanlar üzərində fərqli gücləri olduğuna inanma, ağ və qara cadu, kahinlik, tilsim tərzi obyektlərlə pis ruhların qovula biləcəyinə inanma, şeytan çıxarma, telepatiya və telekinezi kimi tətbiqlər azğın Yeni Çağ inanclarından yalnız bəziləridir. Dövrümüzdə isə bu terminlər materialist kütlələr tərəfindən tez-tez təbliğat edilir. Bu azğın inanışlardan bəziləri bu şəkildədir.
- Yeni Çağ hərəkatında cadu və sehr çox böyük yer tutur. Uzaq Şərq dinlərinin bütün cadu ritualları, Şamanizm kimi cadu əsaslı batil inanışları və tarix boyunca davam etmiş hər cür gizli inanc bu batil dinlə təkrar dünya gündəminə gətirilmişdir. Halbuki, fal, cadu kimi inanışlar Allahın haram etdiyi çirkin əxlaqsızlıqlardır.
- Falçılıq, tarot kartları, ruhlarla əlaqə quraraq gələcəkdən məlumat alma yalanı, kahinlik kimi batil inanclar Yeni Çağ mədəniyyətinin əhəmiyyətli bir hissəsini meydana gətirərlər. “Quru” adını verdikləri kəslər də ümumiyyətlə ruhlarla əlaqə qurduqları, kahinlik etdikləri, tarot kartları ilə gələcəyi söyləyə biləcəkləri kimi yalanlarla insanları aldatmağa çalışan şəxslərdir. Halbuki qeybi də, müşahidə edilə biləni də yalnız Allah bilər.
- Dövrümüzdə Yeni Çağ inancları müəyyən kütlələr tərəfindən trend axını halına gətirilməyə çalışılır. Xüsusilə də ictimaiyyət tərəfindən tanınan şəxslər istifadə edilərək bu azğın tətbiqlərin mənimsənməsi üçün bəzəkli təbliğat işləri görür. Televiziya proqramlarında, internetdə insana heç bir fayda təmin verməyən batil təlimlərinin reklamı edilir və bu təlqinin təsirində qalan bəzi insanlar isə meyl göstərərək və nə etdiklərini belə bilmədən eyni şeyləri tətbiq etməyə başlayırlar. Son zamanlarda “Reiki” modası da eyni yalanın bir məhsuludur. Cəmiyyət içində diqqət çəkmək, orijinal olub maraq toplamaq istəyən şəxslər bu batil təlimin təbliğatından təsirlənirlər. Halbuki reiki də digər azğın Uzaq Şərq inancları kimi böyük yalandır.
- Daşların və mineralların müxtəlif güclərə sahib olduğunu düşünmək də bu səhvlərdəndir. Bu batil inancın təqibçiləri kvars kristalının müalicə və cadu sahələrində çox təsirli olduğunu qəbul edərlər. Hematit daşının qərar vermə gücü verdiyinə, almazın bədəni təmizləyərək mənfi qüvvətləri yox etdiyinə, mərcanın nəzərin qarşısını aldığına inanarlar. Bunun kimi daha bir çox daşa və minerala bu kimi axmaq güclər ətf edərlər. Halbuki bu inancların hamısı axmaq və batil inanışlardır. Hər hansı bir daşın, ya da bir obyektin bir insanı qoruması, ona güc verməsi, mənfi halları ortadan qaldırması qəti olaraq mümkün deyil.
İnsanların yoqa, meditasiya, reiki kimi üsullara meyl etmələrinin səbəblərindən biri də yaşadıqları həyatın çətinliyindən, stressdən uzaqlaşa bilmək və hüzuru tapmaqdır. Necə ki, bu kimi batil tətbiqlərin reklamlarında da ümumiyyətlə “daxili hüzur, ruhi tarazlıq, daxili dünya…” kimi anlayışları istifadə edirlər. Halbuki bu batil inancların insanlara daxili hüzuru və ruhi tarazlığı təmin etməsi mümkün deyil. Tam əksinə Uzaq Şərq dinləri insanları daş və taxtadan düzəldilmiş bütlərdən kömək gözləyən, cadu və batil ritualların problemlərinə həll tapa biləcəyini zənn edən, ağıllı və məntiqli hərəkət etmə qabiliyyətlərini itirmiş kəslər halına gətirir.
Bu açıq bir həqiqətdir ki, insanların dünya üzərində həqiqi hüzur və xoşbəxtliyi tapmalarının, hər cür pislikdən, mərhəmətsizlikdən, pessimizmdən və bədbəxtlikdən xilas olmalarının tək yolu, Yaradıcımız olan Allaha təslim olmaq və Onun razı olacağı kimi bir həyat sürməkdir. Rəbbimiz, bütün insanların qurtuluş yolunun, hidayət rəhbəri olaraq endirdiyi Qurana sarılmaq olduğunu bildirmişdir.
Allahın varlığını inkar edib batil yollar seçənlər həm dünyada, həm də axirətdə çox böyük itkiyə uğrayacaqlar. Həyatı boyunca özlərinə heç bir fayda verməyən, boş işlərin arxasında qaçmalarının qarşılığını mütləq alacaqlar. Onlar özlərini doğru yolda sanıb, dünya həyatındakı batil işlərlə məşğul olanların qurtulacaqlarını zənn edərkən əslində çox böyük səhv etdiklərini anlayacaqlar.

