Allah Quranda möminlərə bir-birlərinə yaxşılığı əmr etməyi və pislikdən çəkindirməyi tövsiyə etmişdir. Bu, Allahın bəyəndiyi bir davranışdır. Lakin ən mühüm olan, insanın başqalarına xatırlatdığı məsələlərə özünün də diqqət etməsi və davranışları, eləcə də əxlaqı ilə onlara nümunə ola bilməsidir. Çünki əgər insan edilən bir davranışın yanlış olduğunu bilir və bundan narahatlıq duyursa, bu halda özü də həmin yanlışdan uzaqlaşmaq və doğru olanı tətbiq etmək məsuliyyətini eyni dərəcədə daşıyır. Allah bu mövzunu möminlərə belə xatırlatmışdır:
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki siz kitabı oxuyursunuz. Yenə də düşünüb-daşınmırsınız? (Bəqərə surəsi, 44) yanlışlığı Quranda necə izah edilir?

