BASİT – Açan, Genişlədən, Bollaşdıran

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıq və xəstəlikdə yalnız Allah`a sığınırlar və Onu vəkil edirlər.