Beyin bütün bədənimizi idarə edən orqan olduğu üçün bu orqanda meydana gələn ən kiçik zədə belə qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Beyində 1 mm-lik hissə zədə aldıqda bir çox hüceyrə və hüceyrə rabitəsi məhv edildiyinə görə, hərəkət, hiss və hafizə kimi əsas proseslərdə ciddi problemlər yaranır.
Ancaq zədələnmələrin qarşısını alan tədbirlər də bizim üçün əvvəlcədən hazırlanmışdır. Lazımi bərkliyə malik kəllə sümüyü beyini qoruyur. Beyindən başqa heç bir orqan kəllə sümüyü kimi bir quruluşla xüsusi mühafizə olunmamışdır. Mümkün zərbələrə qarşı görülən bu tədbir sayəsində beyin həyati funksiyalarını mükəmməl yerinə yetirir. Sümük hüceyrələrinin beyinin varlığından, orqanizm üçün əhəmiyyətindən xəbərdar olması və bu şüurla beyinə təzyiq göstərmədən, sıxmadan əhatə edərək birləşməsinin bir açıqlaması var: şüurlu yaradılış. Ön mühakiməsiz düşünən hər ağıllı insan bu cür dizaynın kortəbii təsadüflərin nəticəsi olmayacağını bilər.
Beyinin müdafiəsinə misal olaraq beyinin qan ehtiyacını təmin edən sistemi də göstərə bilərik. Beyin orqanizmdəki bütün prosesləri idarə edir. Ona görə də sabit qan ehtiyacı olan orqandır. Beyinin ehtiyacı olan qan mütləq təmin edilməlidir. Beyinin bu həyati ehtiyacı qeyri-adi nəzarətlə təmin edilir. Bir qanama baş verdikdə, digər bütün orqanlara qanın göndərilməsi dayandırılsa belə, bir çox sinir beyinə qanın ötürülməsi üçün hərəkətə keçir və damarların diametri buna uyğun tənzimlənir. Bəzi orqanlara gedən qan müvəqqəti dayandırılır və qanın axını beyinə gedən damarlara istiqamətləndirilir.

