Baş örtmək Quranın əmri deyil

Nur” surəsinin 31-ci ayəsində, demək olar, bütün tərcümələrdə “baş örtüklərini yaxalarının

“Nur” surəsinin 31-ci ayəsində, demək olar, bütün tərcümələrdə “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində tərcümə edilən cümlənin orijinal ərəbcəsində, əslində, “baş örtüyü” kəlməsi keçmir. Burada keçən söz “örtük”dür. Ayədəki sözlərin ərəbcə mənalarını araşdırdıqda bu, açıq şəkildə görünür. Ayədə belə keçir: “vəl yadribnə bi humurihinnə ala cuyubihinnə”.

“Yadribnə” sözü “darabə” felindən törəyib və “vurmaq”, “döymək”, “buraxmaq”, “örtmək” mənalarını ifadə edir.

“Xumurihinnə” “Xamara” sözünün törəməsidir. “Xamru” isə “şərab”, “sərxoşedici” mənalarındadır. Kəlmə bu ayədə örtük mənasını verir. Ümumiyyətlə, hər cür örtük, pərdə, sipər kimi mənalar daşıyır.

“Cuyubihinnə” “cuyub” sözünün cəmidir. Sinə, yaxa, cib, qoyun (sinə hissəsi), bağır kimi mənaları var.

“Cuyub” sözünün mənası

Bu söz bildiyimiz “cib” sözünün cəmidir (köynəkdə cib açmaq, cibinə qoymaq, cibindən çıxartmaq kimi mənalarda işlənir). Bundan başqa, “sinə”, “yaxa”, “qoyun (sinə hissəsi)”, “bağır”, “deşik”, “oyuq”, “qəpik qabı”, “yarıq”, “boyun” kimi mənalar da ifadə edir.

“Cuyub” kəlməsi Quranda 3 dəfə keçir. Bu söz “Nur” surəsinin 31-ci ayəsində işlənir və kəlmənin tək halı, yəni “ceyb” isə hz. Musa (ə.s) qissəsində iki ayədə keçir. Kəlmə bu iki ayədə belə keçir:

“Cuyub” sözünün tək halı, yəni “ceyb” hz. Musa (ə.s) qissəsində iki dəfə keçir:

Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın… (Nəhl surəsi, 12)

Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın… (Qəsəs surəsi, 32)

Göründüyü kimi, yuxarıdakı iki ayədə “cuyub” sözü hz. Musanın yaxası, qoynu mənasında işlənib. Bütün bunlara nəzər saldıqda “cuyub” kəlməsinin “himar”, yəni “örtmək” sözü ilə birlikdə işləndiyində sinənin örtülməsi mənasına gəldiyi məlum olur. “Başı örtmək” kimi bir məna isə ayənin heç bir yerində yoxdur.

Dolayısilə, “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində təfsir edilən hissənin həqiqi mənası “örtüklərini yaxalarının üstünə çəksinlər” şəklindədir. Ayədə bildirilən hökm başın deyil, sinənin örtülməsidir.

Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, YAXUD QADINLARIN ÇILPAQLIĞINI HƏLƏ ANLAMAYAN UŞAQLARDAN BAŞQASINA GÖSTƏRMƏSİNLƏR; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. [Nur surəsi, 31]

“Nur” surəsinin 31-ci ayəsində keçən “ZİNƏTLƏR” sözünün baş, saç, inci, muncuq və s. ilə əlaqəsi yoxdur. Burada qadınların ailə içindəki həyatı nümunə verilir və qadınlara ailədə sərbəstlik verildiyi göstərilir. Ayənin açıqlamasından buradakı zinət sözünün açıq şəkildə məhrəm yerlərinə işarə edildiyi görünür. Ayədə zinətlərin göstərilə biləcəyi şəxslər sayılmışdır. Bu şəxslərin arasında qadına ehtiyacı olmayan (arzusuz və ya iqtidarsız) xidmətçilər və qadınların hələ məhrəm yerlərini tanımayan uşaqlar göstərilir. Xüsusilə qadınların məhrəm yerlərini tanımayan uşaqlardan bəhs edilməsi zinət sözünün məhrəm yerlərinə işarə etdiyini göstərir.

Quranda çox sadə və çox mükəmməl açıqlama vardır. Bu səbəbdən, sözlər çox incə şəkildə işlənmişdir və ətraflı araşdırıldığında bu, aydın olur. Məhrəm yerlərinin tərifi Qurandakı nəzakətə və ədəbi sənətə uyğun şəkildə verilmiş və zinət kimi təsvir olunmuşdur.

Bizim ölçümüz Quran olduğu üçün və Qurandakı izahlar da çox açıq olduğuna görə, qadınların kişilərlə eyni mühitdə başı açıq şəkildə olması Qurana uyğun davranışdır.

Quranda baş örtüyü deyil, cilbab təsvir olunur

Cilbab çöl paltarı deməkdir. Qadın bunu getdiyi mühitə görə müəyyən edir.

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini (cilbablarını) örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab surəsi, 59)

“Cilbab” kəlməsinin mənası başdan-ayağa qədər örtən üst geyimi deməkdir. Dolayısilə, həmin ayədə açıq şəkildə başı və bütün vücudu örtən çarşab təsvir edilir. Belə geyim üçün isə ayədə bildirilən əhəmiyyətli bir şərt var: MÜSƏLMAN QADINLARIN AZAD VƏ İFFƏTLİ TANINMALARI.

Bunun mənası odur ki, bəzi mühitlər qadınların rahat davranması və rahat geyinməsi üçün uyğun deyil. Cəmiyyətin ümumi quruluşu və oradakı insanların əxlaq anlayışı bəzən mədəni səviyyədən geri qalır. Bəzi cəmiyyətlər hər açıq qadını müəyyən baxış yönü ilə damğalayır və onlara söz atıb təcavüz edəcək qədər irəli gedirlər. Normal şərtlərdə müsəlman qadınlar məcbur olmadıqca belə yerlərdə olmurlar. Lakin mütləq orda olması lazım olduqda müsəlman qadın tədbir almalı və ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərib ehtimal olan əziyyətdən qaçmalıdır. Belə mühitlərdə müsəlman qadınlar geyindiyi çarşab ilə buna tədbir almış olurlar.

Əlbəttə, bu, qadının öz qənaətinə qalan vəziyyətdir. Ümumiyyətlə, dövrümüzdəki demokratik və müasir cəmiyyətlər bu güvənsiz mühit təsvirinə uyğun gəlmir. Dolayısilə, qərb cəmiyyətlərində qadınlar özlərini güvənlikdə hiss edib çarşaba ehtiyac duymurlar. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də təhlükəli şəxslər ola bilər. Odur ki, bir müsəlman qadın əgər özünü güvənlikdə görmürsə, qərb cəmiyyəti içində də çarşab geyinə bilər. Çünki ayədəki şərt bir müsəlman qadının geyimi üzündən yanlış dəyərləndirilib əziyyət görməsinin əngəllənməsidir.