BARİ – Yaradan, Qüsursuz Şəkildə Var Edən

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Yaşadığımız kainatda hara baxsaq, tarazlıq və ahəngə rast gəlirik. Əgər kainat və kainatla yanaşı, dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin yaradıcısı olan Rəbbimizin hər şeyi bir-birinə uyğun olaraq yaratması ilə mümkündür.