(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)
Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq. Görüldüyü kimi, hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da… Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.
