Uşaqlara xitab edən Youtube kanalımıza hər kəs daxil olub, videoları uşaqlarına göstərə bilər. Övladlarımıza uşaq vaxtından düzgün tərbiyə, təhsil və Allah inancı aşılamaq lazımdır, islamın əsaslarını öyrətmək lazımdır. Bunu isə məcbur edərək yox, sevdirərək, sevgi ilə öyrətmək lazımdır. Xurafatçılar elə bilirlər balaca uşaqlara zorla hicab geyindirmək və ya zorla namaz qıldırmaqla düzgün iş görürlər, əslində zorla edilən hər şey günahdır. İslamı düzgün öyrədərək, uşağın özünün bunları etməsinə və quran əxlaqını uşaqlıqdan öyrənməsinə vəsilə olmaq lazımdır.
Quran əxlaqına uyğun həyat yaşayan bir ailədə müasir dövrdəki bir çox ailələrin yaşadığı problemlərin heç biri yaşanmaz. Hal-hazırda ana və ataya itaətsiz, doğru ilə yanlışı bir-birindən ayıra bilməyən, təcavüzkar uşaqlara, eyni zamanda uşaqlarına doğru ilə yanlışı izah edə bilməyən, onları başıboş buraxan, öz aralarında da bir-birini başa düşməyən ana-atalara çox tez-tez rast gəlinir. Bu evlərdə sevgi, hörmət, mərhəmət və şəfqət yerinə, döyüş və təhqir hakimdir. Halbuki Quran əxlaqı yaşandıqda ana-ataya itaət edən, hətta Allahın əmrinə görə onlara “of” belə deməyən, doğru və yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edən, vicdanına uyaraq pis davranışılardan uzaq duran uşaqlar yetişər. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, öz aralarında da sevgi və hörməti yaşayan, davranış və danışıqları ilə uşaqlarına nümunə olan ana-atalar ortaya çıxar. Qısacası sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.
Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zəif, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış bir dövlətin güclü olması mümkün deyil. Xüsusilə, dinsiz cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə, bu əxlaqi degenerasiya çox böyük surət qazanır və bu da cəmiyyətin hər addımında özünü göstərir. Bu cür cəmiyyətlərdə həyat yalnız qarşılıqlı maddiyyat üzərində qurulur.
Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi hislər zəifləsə, o millətin varlığını davam etdirməsi çox çətin olar və bu kimi hallar bütün cəmiyyəti bürüyər. Məktəblərdə, məsclislərdə sevgi və hörmət kimi ülvi hislər yerinə həsəd, ikiüzlülük, təkəbbür, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də hər şey maddi münasibətlər üzərinə qurular. Heç kəs bir-birinin haqqını qorumaz, ədalətlə rəftar etməz, məzlumlara qarşı şəfqət və mərhəmət hissi olmaz. Qısacası, belə millətin fərdlərinin bir yerdə dinc və sülh içində yaşamaları qeyri-mümkün olar.
Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə isə dövlətinə və millətinə faydalı vətəndaş, ailəsini sevən və qoruyan övlad, əxlaqı ilə nümunə olan ana-ata formalaşar. Beləliklə, pis əxlaq xüsusiyyətlərinə rast gəlinməz. Bu cür təməli möhkəm cəmiyyətdəki bir millətin ömrü uzun, həyatı dinc, birlik ruhu da çox güclü olar. Allah Quranda bir millətin birlik və güclü olmasının sirrini belə bildirmişdir:
Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)
Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zədələnmiş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış dövlətin güclü olması mümkün deyil.
Allah qorxusu dünya həyatında möminin ən böyük dayağıdır. Çünki Allah qorxusu insanı hər anında Allahın istədiyi kimi davranmağa, Onu razı etmək üçün şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı ayıq və tədbirli olmağa sövq edir.

