Quranda bağ sahibləri olaraq bəhsi keçən kəslər də Qarun ilə bənzər yanılmaya düşmüş və ağılsız hərəkət etmişlər. Onlar da sahib olduqları bağın onlara Allahın verdiyi nemət olduğunu unutmuşlar.
İnsan gələcəkdə reallaşacaq olan heç bir şeydən qəti olaraq əmin ola bilməz. Allah, insanı dilədiyi anda ümid etmədiyi bir hadisə ilə müqayisə edə bilər və ya çox fərqli mühitə sala bilər. Bu səbəblə belə bir vəziyyətdə göstərilməli olan ən ağıllı və ən gözəl rəftar, ancaq Allah icazə versə bunu edə biləcəyini dərk etmək və Allahdan istəməkdir.
Bağ sahiblərinin burada etdikləri səhv də, hər şeyin sahibinin və hökmranının Allah olduğunu unutmuş olmalarıdır. Necə ki, səhər erkəndən oraya getdiklərində necə böyük yanılmaya düşdüklərini və nə qədər ciddi ağılsızlıq etdiklərini açıq şəkildə görmüşlər. Çünki Allah, gücün də, mülkün də həqiqi sahibinin yalnız Özü olduğunu anlamaları üçün bu kəslərin bağlarına bəla müsəllət etmiş və əkinlərini kökündən qurutmuşdur.
Bağlarına erkən getmələrinin, yoxsullarla qarşılaşmalarını maneə törədə biləcəyini zənn etmişlər. Halbuki Allah dilədikdən sonra onlar hər nə etsələr, olacaqlara maneə törətməyə güc çatdıra bilməzlər.

