Babur məscidinə hücum

Hindistan torpaqlarında yaşayan müsəlmanlar xüsusilə də hindu milliyyətçiliyinin yüksəlişə

Hindistan torpaqlarında yaşayan müsəlmanlar xüsusilə də hindu milliyyətçiliyinin yüksəlişə keçdiyi son yarım əsrdir barbar şəkildə hücumlara məruz qalır. Bu hücumların ən əhəmiyyətlisi heç şübhəsiz Ayodhya şəhərində olan Babur Şah (ya da Babur) məscidinin dağıdılmasıdır.

430 il əvvəl Moğol İmperatoru Babur Şah tərəfindən inşa edilən bu məscid Hindistanlı müsəlmanlar üçün çox böyük əhəmiyyət daşıyır. Ancaq bu məscid illərdir hindularla müsəlmanlar arasında çox böyük anlaşılmazlıqlar doğurur. Hindular İslam mədəniyyətindən qalan çox qiymətli bir tarixi əsər olan bu məscidin qondarma ilahlarından biri olan Ramanın doğulduğu yerin üzərinə tikildiyini iddia edir, bu səbəblə də məscidin bir an əvvəl dağıdılıb yerinə bir hindu məbədinin tikilməsini istəyirlər. İddiaların tək dayağı, qulaqdan qulağa yayılan əfsanələrdir. Öz ağıllarına uydurmuş və əsrlərdir bu axmaq inanca görə hərəkət etmişlər.

Hindistan tarixi və Hinduizm mövzusundakı ən əhəmiyyətli alimlərdən biri olan Kaliforniya Universitetindən prof. Brian K. Smith “Re-envisioning Hinduism and Evaluating the Hindutva Movement” (Hindiuizmi yenidən hazırlamaq və hindutva hərəkətini qiymətləndirmək) başlıqlı çalışmasında Ayodhya və Rama məbədi ilə əlaqədar çox təəccüblü həqiqətlər ortaya qoyur. Prof. Smithin ortaya qoyduğu dəlillərdən biri “Archaeological Survey of India” tərəfindən aparılan bir araşdırmadır.

Bu təşkilatın sədri prof. B. Lal 1970-ci illərdə apardığı detallı araşdırmalar nəticəsində keçmişdə Ayodhya bölgəsində hər hansı hindu məbədi olduğuna dair ən kiçik sübut belə tapa bilmədiyini açıqlamışdır. Smithin bir başqa qaynağı isə Hindistanın ən əhəmiyyətli universitetlərindən biri olan Jawaharlal Nehrunun nəşr etdiyi bir araşdırmadır. Universitetin Tarix Araşdırmaları Mərkəzi “The Political Abusa of History” (Tarixin siyasi baxımdan sui-istifadə edilməsi) başlıqlı nəşrlərində bu mövzuya toxunmuş və Ayodhya mövzusunda çox böyük yalan olduğunu ortaya qoymuşdur.

Çalışmalarında Ayodhyada keçmiş dövrlərdə bir məbəd olduğuna dair “heç bir dəlilin heç bir zaman” olmadığını ifadə etmişlər. Ancaq hindu radikallar bu təyin etmələrə heç bir şəkildə etibar etməmiş və Ayodhyanın xaricində Hindistan daxilindəki 3000 fərqli hindu müqəddəs bölgəsinin müsəlman imperatorlar tərəfindən ələ keçirildiyini iddia etməyə davam etmişlər. Bu bölgələrin də gələcək illərdə bir Ayodha ola biləcəyi bir çox insan tərəfindən dilə gətirilir. Hindli tədqiqatçılara görə çox yaxın zamanlarda hinduların hədəfi ola biləcək mərkəzlərdən biri isə Benaresdə olan 17-ci əsrə aid bir məsciddir.

Babur məscidinin dağıdılması üçün edilən ilk böyük kampaniya 1990-cı ilin payızında, hamin dövrdə iqtidar partiyası olan BJP tərəfindən başladıldı. BJP-nin lideri L. K. Advani, məscidin dağıdılıb, yerinə məbəd inşa edilməsinə qarşı hinduların qiyamını qızışdırmaq məqsədiylə avtomobil ilə gəzməyə çıxdı.

Hindu bütlərindən Mahabharatanın at arabasını təmsilən, bəzəklərlə bəzənmiş bir mikroavtobus, təxminən 20 böyük şəhər ilə yüzlərlə qəsəbə və kəndi dövr edərkən, müsəlmanlara istiqamətli ardı arxası kəsilməyən şiddət hadisələrini başlatmış oldu. Azğınlaşan izdihamlı bir qrup, Babur Məscidini əhatə edən divarları aşaraq, məscidin 16-cı əsrdən qalma qübbələrinə hindu bayraqları asdılar. Ancaq bu hadisələrin ardından heç bir istintaq açılmadığı kimi, bu hücum BJP-nin oy nisbətində böyük bir partlayış meydana gətirdi.

1992-ci ildə məscidə edilən hücumlar daha da artdı. 4 dekabr 1992-ci il cümə günü Advaninin kampaniyasının ardından hərəkətə keçən 50 minə yaxın hindu, Babur Məscidi qarşısında toplanaraq böyük nümayiş etdi. Hindular sabahısı gün də izdihamlı qruplarla məscidə hücumlar edərək 430 illik Babur Məscidini yerlə bir etdilər.

Məhz bu hadisəni hindularla müsəlmanlar arasında şiddətli qarşıdurmaların meydana gəlməsinə səbəb oldu. Bu, VHP kimi Sangh Parivar üzvü partiyalar tərəfindən dəstəklənilən və illərdir planlanan bir hücum idi.

Bu hücumdan əvvəl, Babur Məscidi yerinə uzun zamandan bəri Rama məbədini tikmək üçün hər cür şiddətə müraciət edən həddindən artıq milliyyətçi Vişha Hindu Parişad Partiyası (VHP) liderlərindən Ram Chandra Pramhans təcavüzkar açıqlamalar etmişdir.

Bu hadisənin ardından çıxan qarşıdurmalarda isə 2000-dən çox müsəlman vəhşicə qətl edildi. İqtidardakı BJP və Baş nazir Vajpayee isə bu hadisələrin ən qabaqcıl dəstəkçilərindən idi. VHP kimi irqçi təşkilatlarla möhkəm əlaqədə idi. Qarşıdurmalar yalnız Hindistan torpaqları ilə məhdud qalmadı. Banqladeş, Pakistan və İngiltərədə də müxtəlif qarşıdurmalar oldu. Həmçinin bu hadisələrə görə Pakistan ilə Hindistan arasındakı gərginlik daha da artdı.

1992-ci ildə adı çəkilən məscidin dağıdılmasından sonra çıxan qarşıdurmaları yatırmaq üçün Hind hökuməti bu məscid yerinə yenisinin tikiləcəyi vədini verdi. Lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq, bu vədini yerinə yetirmək üçün hər hansı bir addım atmadığı kimi hinduların, məscidin yerinə bir Hindi məbədi tikmə planlarının qabağına keçmək üçün də ciddi səy göstərmədi.

Hind Hökumətinin bu vəziyyətindən cəsarət alan hindular 2003-cü ildə Babur Məscidinin ərazisi üzərinə bir hindu məbədi tikmək üçün hərəkətə keçdilər. Müsəlmanlar da buna fürsət vermək istəməyincə yenə qarşıdurmalar çıxdı və yeddi yüz insan daha həyatını itirdi.

Dünyanın ən böyük insan haqları təşkilatı olan “Human Rights Watch” (İnsan haqları izləmə təşkilatı), nəşr etdiyi hesabatlarda Hindistanda müsəlmanlara istiqamətli bu və bənzəri hücumlar haqqında çox detallı məlumatlar verir. HRW 1994-cü ilə aid bir hesabatında Ayodhyadakı Babur Məscidinin dağıdılmasının iqtidardakı BJP Partiyası və hindu milliyyətçi qruplar tərəfindən icra edilən bir kampaniya nəticəsində reallaşdığını, polisin və digər təhlükəsizlik güclərinin heç bir şəkildə hadisələrə müdaxilə etmədiyini ifadə edir. Hesabatda əhəmiyyətli məlumatlar yer alır:

“BJP Hökumətinin məscidi qorumaq üçün verdiyi sözə baxmayaraq, bölgədəki polis söz-söhbətlərə görə nə bölgədəki dağıntıya, nə də ardından jurnalistlərə və digərlərinə edilən hücumlara müdaxilə etmədi. Şimali Hindistanın kənarındakı şəhərlərdəki vəhşiliklə 1000-dən çox insan öldü. Ölənlərin böyük hissəsi polis tərəfindən vurulan müsəlmanlar idi. Öldürülənlərdən bəziləri evlərindən çıxarılıb dərhal edam edilmişdi.

Qucarat Əyalətinə bağlı Suratda müsəlmanlara hücumda qadınlara təcavüz edildi. Yanvar ayında 700-dən çox insanın öldüyü Bombeydəki doqquz gün müsəlmanlar yenə ana hədəf idilər. Əksəriyyətinin hindu militan Shiv Sena təşkilatını müdafiə etdiyi Bombey polisi isə kastadan müsəlmanları hədəf aldı və insanlar müsəlmanların evlərini talan edərkən onlar yalnız seyr etdilər.”

Ölkədə hadisələr vaxtaşırı durğunlaşsa da müharibənin atəşi tamamilə söndürülə bilinmir. Bunda hinduların məbəd tikmə cəhdlərini təkrar etmələrinin və Hindistan hökumətinin hindulara cəsarət verən davranışının əhəmiyyətli rolu var. Buna görə vaxtaşırı yeni qarşıdurmalar çıxır, hindu militanlar müsəlmanların evlərini talan edir, qadınlara hücum edir və demək olar ki, hər hücumda günahsız insanlar həyatını itirir və ya yaralanır.